Dövlət
Proqramının icrası sürətlə davam
edir
Müsahibimiz «Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovdur
- Arif müəllim, bu gün ölkəmizdə bütün sahələr dinamik inkişaf yolundadır. Bu mənada dəmir yolunda inkişaf prosesləri haqqında nə deyə bilərsiniz? Bu sahənin inkişafının təməlində hansı amillər dayanır?
- Müstəqil Azərbaycanın indi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi, beynəlxalq və regional layihələrdə akitiv iştirak etməsi Ümummilli liderimiz Heydər Əliyevin uzun illər apardığı mübarizənin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-87-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da Ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.
- Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasətin uğurlu davamı hazırda nə kimi nəticələr verməkdədir?
- Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən bir olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» Sərəncam imzalaması, əslində yeni bir mərhələnin başlanğıcı idi. 15 fevral 2010-cu ildə Nazirlər Kabineti tərəfindən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundu və bu işlər sürətləndi. Bununla da gələcəkdə Azərbaycanın dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturunun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsi istiqamətində yeni islahatlar prosesinə start verildi.
Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirib: «Əlbəttə ki, yollar, ilk növbədə, insanların rahatlığı üçün tikilir. Yəni bu, başlıca məqsəddir və digər bütün məqsədlər də gözlənilir. Ona görə nəqliyyatla bağlı olan məsələlər kompleks şəkildə icra edilir. Dəmir yolunun yenidən qurulması gedir və bu layihə imkan verəcək ki, qatarların sürəti də artsın".
- Arif müəllim, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası hansı səviyyədədir?
- “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Dövlət Proqramı çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən Azərbaycan “Dəmir yolu nəqliyyatı haqqında” Qanun layihəsi Ədliyyə Nazirliyinin rəy və təklifləri nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenidən baxılmış və Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.
5 vaqondan ibarət olan “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən vaqonlar 2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının "Sazvrudki" zavoduna göndərilmiş, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilmişdir.
Ümumiyyətlə, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. İstifadədə olan vaqonların təmiri işləri aparılır və bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60 sərnişin vaqonu, eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqonu təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi və Bakı - Moskva istiqamətində xəttə buraxılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə, 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş, görülən işləri yüksək qiymətləndirmişdir.
Dövlət Proqramının icrası istiqamətində 10 dekabr 2013-cü ildə Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdı. Bunun da 256 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.
Dövlət Proqramının icrası istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin bir hissəsini maliyyələşdirmək məqsədilə kredit sazişi imzalanmışdır. Layihənin əsas məqsədi Bakı-Böyük Kəsik dəhlizi boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək və ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində,
Dövlət Proqramına uyğun olaraq dəmir yolunun
Bakı – Böyük Kəsik sahəsində
elektrik təchizatı sisteminin
sabit cərəyandan 25 kv-luq
dəyişən cərəyanlı dartı sisteminə
keçməsinin təmin edilməsi uzun
müddətdir ki, müzakirə olunurdu. Bu məqsədlə 2010-cu ilin may ayında mətbuatda tender elanı verilmişdir. Enerji təchizatı üzrə
keçirilmiş tender vasitəsilə
podratçı şirkət
müəyyən olunmuş
və ATEF şirkətlər
Qrupu (Podratçı)
ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında
03.08.2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-21CB nömrəli
müqavilə imzalanmışdır.
Bu müqavilənin icra
qrafikinə əsasən,
podratçı şirkət
enerji təchizatı ilə bağlı işlərə, “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdıraraq start vermişdir. Eyni zamanda,
işarəvermə və
rabitə təsərrüfatlarının
yenidən qurulması
istiqamətində işlər
isə start mərhələsindədir,
hazırda layihələndirmə
işləri aparılır.
Yeni lokomotivlərin və müxtəlif təyinatlı
vaqonların alınması
da gündəmdədir.
Dünya Bankının Layihəsi çərçivəsində 50 ədəd dəyişən
cərəyanla işləyən
yeni yük lokomotivlərinin alınması
üzrə müvafiq
prosedurlara uyğun olaraq işlər davam etdirilir.
Saloğlu-Poylu mənzilinin 73 km-də
Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən
dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin
2508 km-də Vəlvələçay
üzərində yerləşən
dəmir-beton körpünün
və Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən
metal körpünün rekonstruksiyası
görülən işlər
sırasındadır.
Dəmir
yollarının təmiri
və saxlanması üçün Avstriyadan
alınmış yeni
GSM 09-32, RM-80 və USP-2000 markalı
yol təmiri maşınlarının fəaliyyəti
və onların saxlanması üçün
Biləcəridəki Motorlu
rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir.
22 fevral 2012-ci ildə
24 saylı Salyan Rels-Qaynaqlama Qatarında
800 metrlik uzunölçülü
relslərin hazırlanıb
daşınmasına start verilmişdir. 4 iyul 2012-ci ildə Qızılca qırmadaş
zavodun ikinci istehsal xətti və yeni bunkeri
istismara verilmişdir.
1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında
gediş sənədlərinin
(biletlərinin) dəyərinin
plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi
tətbiq edilmişdir.
Dövlət Proqramının icrası
ilə bağlı layihələrin həyata
keçirilməsində, Texniki
İqtisadi Əsaslandırmaların
və texniki sənədlərin işlənməsində,
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının icrası
ilə əlaqədar
olaraq Dəmir yolunun 2020-ci ilədək İnkişaf Konsepsiyasının
hazırlanmasında “Əsaslı
Tikinti və Texniki Nəzarət” MMC tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.
- Azərbaycan Respublikası
Prezidentinin 23 may 2011-ci ildə
imzaladığı «Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında» Fərmanı
ilə əlaqədar
bütün qurumlar elektron xidmət sistemini tətbiq etməyə başlayıblar.
Bu baxımdan, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yeni elektron xidmət
növlərinin müəyyən
edilməsi və tətbiqi istiqamətində
hansı addımlar atır?
- Azərbaycan Respublikası
Prezidentinin 23 may 2011-ci ildə
imzaladığı «Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında» Fərmanının
dəmir yolunda icrasını təmin etmək, Azərbaycan Respublikası nəqliyyat nazirinin 25 iyun 2012-ci il tarixli fərmanının
icrası ilə əlaqədar olaraq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
sədr müavini Qurban Nəzirovun rəhbərliyi altında
İşçi Qrupu
yaradılmışdır. İşçi Qrup «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yeni elektron xidmət
növlərinin müəyyən
edilməsi və tətbiqi istiqamətində
gərgin iş aparır.
Göründüyü kimi, Dövlət Proqramında nəzərdə
tutulan işlərin həyata keçməsi nəticəsində qatarların
hərəkətnin təhlükəsizliyi
təmin ediləcək
və hərəkət
sürətinin yüksəldilməsi
təmin olunacaqdır. Dövlət
Proqramının preampulasında
bu, çox dəqiq ifadə olunub: «Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə
olan tələbatın
tam ödənilməsi və
ölkənin dəmir
yollarının beynəlxalq
nəqliyyat sisteminə
inteqrasiyası üçün
daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda
yük vahidinə nəqliyyat xərclərinin
azalması, çevik
tarif siyasətinin müəyyən edilməsi,
Azərbaycanın tranzit
potensialının artırılması,
institusional islahatların
aparılması, dəmir
yolu nəqliyyatının
fəaliyyətinə dair
təkmil qanunvericilik bazasının formalaşdırılması,
dəmir yolu sahəsi üçün
yüksək ixtisaslı
kadrların hazırlanması
və onların sosial müdafiəsi təmin olunacaqdır».
Növbəti illərdə də Dövlət Proqramının
icrası ilə əlaqədar Azərbaycan
Hökuməti tərəfindən
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
qarşısında mühüm
vəzifələr qoyulmuşdur. Ümidvaram ki,
qarşımızda duran
vəzifələrin yerinə
yetirilməsi istiqamətində
kollektivimiz əzmlə
çalışacaqdır.
Qeyd etmək
istəyirəm ki, dəmiryolçular əldə
olunan nailiyyətləri
bundan sonra daha da artıracaq,
dövlətimizin və
hökumətimizin qarşımızda
irəli sürdüyü
vəzifələrin uğurla
yerinə yetirilməsi
üçün bütün
potensial imkanlardan səmərəli istifadə
edəcək, onlara göstərilən etimadı
əməli işlərlə
doğruldacaqlar. "Azərbaycan
Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün
geniş imkanlar açır. Ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində
«Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin
dəmir yolları arasında özünün
layiqli yerini tutacaqdır.
Yeni Azərbaycan.-2014.- 22 yanvar.- S.4.