Kosmik sənaye Azərbaycan iqtisadiyyatının ən perspektivli istiqamətlərindən biridir

 

                            Prezident İlham Əliyev: 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır... Biz kosmik kluba üzv olmuşuq

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu daxili xarici siyasət ölkəmizin hərtərəfli inkişafının təməlini qoyub. Nəticədə, bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında dayanır. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır, həmçinin, əhalinin həyat səviyyəsi ilbəil yüksəlir. Eyni zamanda, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırıb. Prioritet məsələlərdən biri isə hazırda Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizdə biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasıdır.

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin yaradılmasını qarşıya məqsəd qoyub. Kosmos sahəsinin elmi-texniki araşdırmalara, onun da dolayısı ilə innovasiyalara yol açdığını nəzərə alsaq bu mühüm faktı da qeyd etməliyik ki, artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Üstəlik, kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur.

Bildirmək yerinə düşər ki, Azərbaycan İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri olan kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində artıq ən böyük addımı atıb. Belə ki, 2013-cü ildə Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılıb. Yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir: “2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü iliİnformasiya-kommunikasiya texnologiyaları ilielan etdik. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq”.

Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin imzaladığı 4 noyabr 2008-ci il tarixli Sərəncam bu sahədə atılan mühüm ilkin addımlardan biridir. Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi həm də Azərbaycanın AvropaAsiya qitələri arasında əlverişli coğrafiiqtisadi məkanda yerləşməsi, iqtisadiinformasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilib. 2009-cu ildə həmin Sərəncamın icrası ilə əlaqədar Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq olunub. 2010-cu ildə isə, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərin hazırlanması işinə başlanılıb.

Qeyd etmək lazımdır ki, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkəmiz üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş siyasi qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir. İlk növbədə, Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Çünki daha öncə sözügedən istiqamətdə məlumatları Azərbaycan çox çətinliklə başqa ölkələrdən əldə edirdi. Ancaq öz peykimizin olması öz daxili məsələlərimizin həllinə şərait yaradır. Hətta bu sahənin inkişafı sayəsində fövqəladə hallar zamanı ölkənin istənilən bölgəsindən informasiyanın əldə olunması və idarəetmənin təşkili də asanlaşacaq.

Bir məqama da diqqət edək ki, Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə verir. Yəni, kosmosdaimza sahibiolmaq sadəcə imic məsələsi deyil. Bu həm də qazanc gətirir. Məsələn, dünya kosmos iqtisadiyyatı 2011-ci ildə 12 faiz artıma nail olaraq öz ümumi dövriyyəsini təxminən 289,77 milyard dollara çatdırıb. 2011-ci ildə kosmik kommersiya məhsulları və xidmətləri üzrə ümumi gəlir təxminən 110,53 milyard dollar təşkil edib ki, bu da 2010-cu ildəki (101,73 milyard dollar) göstəricidən 9 faiz artıqdır. Qlobal kosmos bazarının 2011-ci ildə əldə etdiyi 100 milyard dollardan artıq gəlirsə, məhz peyk yayımı, rabitə xidmətləri və Yer planetini müşahidə məhsullarından qazanılıb.

Beləliklə, Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya öz milli peykini çıxartması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, yeni yerlərinin açılması, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimuls. deməkdir. Bununla da, Azərbaycan peyk tutumlarını kommersiya məqsədilə digər ölkələrə satıb qazanc əldə edə biləcək, ölkənin bütün ərazisində, eləcə də, simli rabitənin mümkünsüz olduğu məntəqələrdə keyfiyyətli internet xidməti təmin etmək imkanı verəcək, VPN (Virtual private network) və bu kimi sürətli İP xidmətlərindən istifadə edilməsi mümkün olacaq.

Nəhayət, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla, regionda bu sahədə mövqeyini daha da möhkəmləndirəcək. Eləcə də, peykin orbitə buraxılması ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziyaradio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi ilə problemlər də tez bir zamanda aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. Həmçinin, ilk peykin orbitə buraxılmasından sonra rabitə və internet xidmətləri ucuzlaşacaq. Ən başlıcası isə, rabitə peyklərimizin orbitə çıxarılması strateji məsələ, dövlət başçısının Sərəncamında da vurğulandığı kimi, iqtisadiinformasiya təhlükəsizliyi məsələsidir. Kosmik sənayenin inkişafı müdafiə sənayesinin genişlənməsi deməkdir.

Beləliklə, 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması və dünya birliyinin məhdud saylı kosmik ölkələr sırasına daxil olması dövlətimizin dinamik inkişafının və əldə edilən uğurların ən bariz göstəricilərindən biridir. Peyk 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilib və bu vəsait “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60-65 faizinin ödənilməsinə yönəldilib. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılıb və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatıb və yaxın vaxtlarda tender elan olunacaq. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. Həmçinin, ötən ildə 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilib.

Bununla yanaşı, ötən il ölkə iqtisadiyyatında baş verən inkişaf informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaradıb, 2013-cü ilin dövlətimizin başçısı tərəfindən “İKT ilielan olunması da qazanılan nəticələrə önəmli təsir göstərib. Belə ki, İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən 2 dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyard dolları ötüb.

Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf edib, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub. Regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilib. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatıb və istismarına başlanılıb.

Hazırda Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması çox tez-tez müşahidə olunur. Hazırda bu tip və digər innovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi üzərində işlər aparılır. Bu ilin nəticələrinə görə, həmçinin, gələcək 5 ilin əsas hədəflərindən biri rəqəmli iqtisadi sektorun inkişafında yüksək texnologiyalara əsaslanan elektronikananoelektronika, kosmik peyklər və yeni informasiya texnologiyaların tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn innovativ və rəqabətədavamlı məhsul və xidmətlərin istehsalının təmin edilməsi müəyyənləşdirilib. Bu istiqamətdə artıq bir neçə transmilli şirkətlə böyükhəcmli birgə layihələrin müzakirəsinə başlanılıb.

 

SEVİNC

Yeni  Azərbaycan.-2014.- 29 yanvar.- S.2.