Azərbaycan Ordusu istənilən anda torpaqlarımızı azad edə bilər

 

                   Prezident İlham Əliyev: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır

 

Ordu, silahlı qüvvələr hər bir dövlətin müstəqilliyinin atributu kimi onun suverenliyinin müdafiəsində mühüm əhəmiyyətə malikdir. Müharibə şəraitində yaşayan, torpaqları işğal edilən Azərbaycan Republikasında da silahlı qüvvələrin müasirləşdirilməsi, texniki təchizatının inkişaf etdirilməsi, orduda xidmət edən şəxslərin sosial rifahın yüksəldilməsi dövlətin əsas prioritetlərindən sayılır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlətimizin uğurları, eyni zamanda, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər durmadan artmaqdadır. Azərbaycan ən yeni texnologiyalara əsaslanan hərbi texnikadöyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkəyə çevrilib. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri onun keçmiş Sovet məkanında da ən güclü və yüksək döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir.

Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə ölkəmiz Silahlı Qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yenigüclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi müasir standartlara uyğun olaraq təkmilləşir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqlarında hərb elminin əsas prinsiplərinə uyğun zabit kadrları hazırlanır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Həmçinin, son illər ərzində görülmüş tədbirlər nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib, hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin edilib. Bütün bunlar ordu sıralarına gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaradıb. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni, hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir. O cümlədən, güclü hüquqi baza yaradılıb ki, bu da daha əhatəli islahatların aparılmasına imkan verir.

Azərbaycan hərbi sənaye ölkəsi kimi nüfuz qazanıb

Bunlarla yanaşı, birmənalı olaraq qeyd edilməlidir ki, son dövrlər Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsi istiqamətində görülmüş mühüm əhəmiyyətli tədbirlər bu sahədə ciddi dönüş yaratmaqla bərabər, ordumuzun daha müasir texnika ilə təchizatı, silah-sursat ehtiyaclarının daxili imkanlaristehsal hesabına ödənilməsi, Azərbaycanın həm də hərbi sənaye ölkəsi kimi nüfuz qazanması, nəhayət, Silahlı Qüvvələrin inkişafında yeni imkanların meydana gəlməsi baxımından da olduqca vacibdir. Ona görə də, hökumət bu məsələyə də çox diqqətlə yanaşır və atılan addımları ciddi maliyyə dəstəyi ilə stimullaşdırır. Yeri gəlmişkən, qeyd edək ki, ötən illər ərzində Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə, dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən dəzgah və avadanlıqlar alınıb. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə, 20 zavodistehsalat birliyi yaradılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Məhz bu tədbirlər nəticəsində qısa müddət ərzində nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 665-ə çatdırılıb.

Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli dövlətimizin ən əsas prioritetidir

Heç kəsə sirr deyil ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən rəsmi Bakı bütün diplomatik səylərini problemin sülh yolu ilə həllinə yönəldib. Azərbaycan beynəlxalq ictimaiyyətin də ciddi dəstək verdiyi ATƏT-in Minsk qrupunun irəli sürdüyü təkliflərə razılıq verərək münaqişənin diplomatik yolla həllinə sadiq olduğunu göstərib. Lakin Ermənistan tərəfinin sülh danışıqlarına konstruktiv mövqedən yanaşmaması və manipulyasiya ilə məşğul olması danışıqların müsbət nəticələnəcəyinə olan inamı azaldır. Elə bu səbəbdən də müxtəlif vaxtlarda münaqişənin başqa alternativ üsullarla həlli məsələsi gündəmə gəlir. Bunu nəzərə alaraq, Azərbaycan sülh danışıqlarına paralel olaraq, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində də çox ciddi işlər görür. Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsi olmaqla, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Prezident İlham Əliyev də dəfələrlə bir faktı xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın dövlət imkanları artdıqca, onun hərbi sistemiparalel surətdə güclənir və bu məqam Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirir: “Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən, Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır”.

Azərbaycan Ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir

Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması da Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesininsosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Məlumdur ki, ölkənin müdafiəsini təmin edən hərbçilərin istər peşəkarlıq, istərsə də maddi rifah vəziyyətinin yüksək olması dövlət əhəmiyyəti kəsb edən məsələdir. Bu baxımdan, regionda ordusunun maddi-texniki bazasına, hazırlıq səviyyəsinə görə seçilən Azərbaycan həm də hərbçilərinin sosial-maddi təminatına görə öndədir. Ölkə Prezidenti tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlar imzalanır. Bu sərəncamlar Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilir. Bu sahədə illərdir sistemli işlər görülür, islahatlar həyata keçirilir, ölkənin müdafiə xərcləri ildən-ilə artırılır. Azərbaycanda 2014-cü ildə dövlət büdcəsindən ölkənin müdafiəsi məqsədi ilə hərbi sahəyə 2 milyard 967 milyon 831 min manat (təqribən 3,8 milyard dollar) vəsait ayırılıb. Bu, vəsait 2013-cü ildə ayrılan müvafiq xərcdən 57 milyon manat çoxdur.

Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədi ilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimləri keçirilir.

Həmçinin, son illərdə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədi ilə stratejitaktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün stratejitaktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən, qoşunxüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınıb, onları öyrənmək məqsədi ilə kurslar təşkil edilib, zabit və gizirlərə erməni dili kursu keçilib.

Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silahtexnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən, müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə topqurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin, radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib, istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib.

Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inkişaf etmiş ölkələrdən müxtəlif mürəkkəb əməliyyatları yerinə yetirən yüzlərlə adda dəzgah və avadanlıqlar alınıb. Azərbaycan həm də öz hərbi sənayesini inkişaf etdirir ki, bu da ölkəmizin hərbi məhsullar istehsal etməsinə imkan verir. Müdafiə Sənayesi Nazirliyi tabeliyində müdafiə təyinatlı məhsullar istehsal etməklə Azərbaycan öz ordusunu gücləndirməklə bərabər, dünyada da istehsalçı ölkə kimi tanınmağa başlayıb.

Beləliklə, bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın quru, suhava sərhədlərini qorumağa, düşmənin hücumlarını dəf etməyə və istənilən hədəfi məhv etməyə qadirdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan dövlətinin bütün təxribatlarına və beynəlxalq hüquqa zidd addımlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad etmək əzmində və gücündədir: “Biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilirqorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik”.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 29 yanvar.- S.3.