Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

 

                         Ölkə gəncləri hesab edirlər ki, Azərbaycan dövləti gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakına əlverişli şərait yaradıb

 

Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunur. Bu, ölkə gəncliyinə olan diqqət və qayğının bariz nümunəsidir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin müəllifidir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gəncliyin inkişafı üçün daha geniş imkanlar açıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi, 2 fevral-Gənclər Gününün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, forumlar, 2007-ci ilin Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Gənclər ili”, 2013-cü ilin “İKT ilikimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edən gənclərə ölkə başçısı cənab İlham Əliyevin qayğı və diqqətinin, inam və etibarının təzahürüdür: “Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və praqmatik dövlət siyasətinin uğurlu nəticəsidir ki, bu gün öz tarixi dəyərlərini qoruyub saxlamaqla gündən-günə gözəlləşən, 4000 illik tarixi olan Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtıdır. Cənab Prezidentimizin Gəncəyə olan diqqət və qayğısının nəticəsidir ki, Gəncə artıq Avropa şəhərləri ilə qardaşlaşır, Gəncə ilə adı bir çəkilən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yubileyləri onların doğma şəhəri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də beynəlxalq miqyasda qeyd olunur. Bu gün şəhərimizdə Madrid Klubunun xətti ilə keçirilən tədbirlər, I və II Beynəlxalq Şərab festivalları, Dünya Gənclər Festivalı, beynəlxalq gənclər forumları və s. tədbirlər gənclərin intellektual səviyyəsinin formalaşmasında, təfəkkürünün inkişafında, dünyagörüşünün zənginləşməsində mühüm əhəmiyyət kəsb edir”.

Şəhər təşkilatının sədri qeyd edib ki, ölkəmizin və partiyamızın həyatında ən önəmli hadisələrdən olan, 2013-cü il oktyabrın 9-da keçirilən Prezident seçkilərində Gəncə gəncləri bütün güc və bacarıqlarını ortaya qoyaraq, partiyamızın namizədinin qələbəsinin təmin edilməsində fəal rol oynayıblar. Gənclər öz liderlərini - cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçdilər.

YAP Gəncə şəhər təşkilatının bu gün mütəşəkkil siyasi qüvvə kimi böyük intellektual gücə malik olduğunu deyən Naqif Həmzəyev, əlavə edib ki, şəhər partiya təşkilatı üzvlərinin sayı 30 min 300 nəfərdir ki, onların 17084 nəfəri, yəni 56,85 faizi gənclərdir. Gənclər bu gün Yeni Azərbaycan Partiyasının sıralarında öz xoşbəxt gələcəklərinə, geniş perspektivlərinə, uğur və qələbələrinə etibarlı təminat görürlər: “Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərə daim dayaq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 21-də Gəncəyə səfəri və səfər çərçivəsində şəhərdə görülən möhtəşəm işləri yüksək qiymətləndirməsi Gəncə gənclərində böyük qürur hissi yaradıb, onların davamlı qələbələr, uğurlar qazanmaq əzminə yeni stimul verib”.

YAP Sabirabad rayon təşkilatının Gənclər Birliyinin sədri Hacıəli İsmayılov isə deyib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qayğısı ilə dövlət idarəçiliyinə cəlb olunan yeni düşüncə və dünyagörüşünə sahib olan gənclərimiz müstəqil dövlətimizin inkişafı və qüdrətlənməsi naminə üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirirlər: Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi ölkəmizin tarixində müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Ümummilli liderimizin bu tədbirdə dərin məzmunlu çıxışı gənclərimiz üçün fəaliyyət proqramına çevrildi. 1997-ci ildə gənclərin I Forumunun ildönümü ərəfəsində isə forumun keçirildiyi günün, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərimizə bayram bəxş etməklə yanaşı, onların cəmiyyətdə nə dərəcədə mühüm rol oynamalarının bir daha diqqət mərkəzində olduğunu göstərdi”.

O daha sonra deyib ki, YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyi 150 nəfər gəncin iştirakı ilə 27 iyun 1996-cı ildə təsis olunub. Hal-hazırda birliyin 2500 nəfərdən artıq üzvü var. YAP Sabirabad rayon təşkilatının Gənclər Birliyi rayonun ictimai-siyasi həyatında çox yaxından iştirak edərək mütəmadi tədbirlər keçirir.

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov bildirib ki, bu gün bizim üçün həqiqətən də çox önəmli və mühüm bir gündür. Çünki bu gün Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Çox sevindiriciqürurvericidir haldır ki, bu gün ölkəmizdə gənclər siyasəti cənab Prezident, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümumiyyətlə, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunmaları, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılıb” - deyə, o qeyd edib. A.Cavadov bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Rayonda bu siyasətin həyata keçirilməsində YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin xüsusilə seçildiyini deyən həmsöhbətimizin fikrincə, YAP gənclik partiyasıdır, bu təşkilatda həmişə gənclərə böyük meydan verilib. Bizbu imkanlardan yararlanaraq müxtəlif layihə və tədbirlər keçirməklə gənclərimizin rayonun ictimai-siyasi həyatında daima fəal iştirak etmələri üçün çalışırıq. 2013-cü il ölkəmiz üçün çox əlamətdar və uğurlu bir il olub. Ötən ilin ən mühüm hadisəsi də ölkəmizdə növbəti prezident seçkilərinin keçirilməsi idi. Fəxrlə deyə bilərəm ki, bu seçkidə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin üzvləri aktivlik göstərərək təbliğat-təşviqat kampaniyasında fəal iştirak ediblər. Bildiyiniz kimi, Ağdam rayonu düşmənlə təmas xəttində yerləşir və rayonun 77 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Ancaq buna baxmayaraq, ağdamlı gənclər sabaha ümidlə baxırlar. Möhtərəm Prezidentimizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü qətiyyətli siyasətini birmənalı şəkildə dəstəkləyirlər” - deyə, rayon təşkilatı Gənclər Birliyinin sədri vurğulayıb.

YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev bildirib ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edirpartiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. O, deyib ki, hazırda ölkəmizdə yeni işə qəbul olanların da əksəriyyətini gənclər təşkil edir: “Ümumiyyətlə, Ulu öndər və Onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ilielan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı olduğunu tam aydınlığı ilə ortaya qoydu”.

A.Quliyev bildirib ki, hazırda Qubadlı rayonu üzrə 10 min 404 gənc var ki, (onlardan 5173 kişi və 5231 qadın) bu da rayon əhalisinin 26 faizini təşkil edir. Onun sözlərinə görə, hər il mütəmadi olaraq gənclərlə rayon rəhbərliyi səviyyəsində görüşlərin keçirilməsi, onların mükafatlandırılması, gənclərin ordu sıralarına yola salınması münasibətilə tədbirlərin təşkili, tanınmış ziyalıların yubileylərinin qeyd edilməsi, şəhidlərin anılması istiqamətində tədbirlər gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət etməklə, böyük ruh yüksəkliyi ilə qarşılanır.

YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Məmmədov isə bildirib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Onun fikrincə, bu gün uğurla davam etdirilən həmin siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub: “Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Gənclərlə düzgün strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlərə imza atır, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi həyatda yaxından iştirak edir. Məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib”.

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov isə hesab edir ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir: “Ölkənin gələcəyi və müqəddəratı gənclərdən asılıdır. Nəsillər dəyişib, ölkə inkişaf etsə də ənənələr yaşayır, milli dəyərlərimiz yaşayır. O ölkələrdə inkişaf var ki, orada elm və təhsil yüksək səviyyədədir. Hər bir ölkənin inkişafında təhsil başlıca rol oynayır. Respublikamızda da biliyə əsaslanan təhsil sisteminin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son zamanlar nəinki paytaxtımız, bütün regionlarımız, həmçinin, rayonumuz da yüksək səviyyədə inkişaf edir. Biz gənclər bu uğurlardan çox sevinir, ölkəmizin və rayonumuzun rifahı üçün əlimizdən gələni etməyə çalışırıq. Gənclərimiz cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər”.

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov isə deyib ki, ölkədə Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, 5 Dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi, respublikanın ən böyükalternativsiz siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yaradılması Ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürüdür. Onun fikrincə, bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. “Bu günlərdə respublikanın hər yerində olduğu kimi, Hacıqabulda da gənclər öz bayramlarını böyük coşquyla qeyd edirlər. YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyi Hacıqabul rayon Gənclər və İdman İdarəsi ilə birlikdə 2 fevral Gənclər Günü münasibəti ilə rayonda silsilə tədbirlər həyata keçirir. YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin sayı 1298 nəfərdir ki, onlar da rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər” - deyə, S.Ələskərov qeyd edib.

 

Yeni  Azərbaycan.-2014.- 31 yanvar.- S.4.