XALQIN FƏXRİ OLAN ƏBƏDİ LİDER

 

Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” - fikri bu gün artıq həqiqətə çevrilməkdə, iqtisadi, siyasi, sosialhüquqi sistemdə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasını məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı və dinamik iqtisadi inkişafı ilə dünya birliyində öz layiqli yerini tutmuş, sözün həqiqi mənasında sıçrayışlı sosial-iqtisadi yüksəliş əldə olunmuşdur.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın öz müstəqilliyini təsdiq etməsi üçün dünya birliyinə tədricən inteqrasiya etməsi zərurəti yaranmışdı. Bu dövr hər birimizin yaxşı yadındadır: xaos, hərc-mərclik və müharibədəki uğursuzluqlar, iqtisadi, siyasi maraqları, milli təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunmasını təhlükə altına qoyan xaricidaxili siyasət, fərdi, ictimaimilli şüurda haçalanma. Kütləvi şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyil qazanılmış müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Ölkə uçurum qarşısında idi. Ona görə də haqlı olaraq deyirlər: azadlığı qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Heydər Əliyev müəllifi olduğu müstəqillik konsepsiyasının mahiyyətinə uyğun olaraq Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünyada baş verən ictimai-siyasi hadisələrin fonunda təmin etməyə nail oldu. Heydər Əliyevin fikrincə, müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə yanaşı, özünütəsdiq üçün münbit şərait yaradır, bununla da başqa dövlətlərd ən asılılığı minimuma endirir.

Azərbaycan adlı dövlətin varlığını bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyət hesab edən Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi, Azərbaycan ruhunun simvoludur. “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri Ulu öndərin dövlətimizə, dövlətçiliyimizə və xalqımıza təmənnasız xidmətinin ən gözəl ifadəsidir. Ulu öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmiş, iqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafının strategiya və taktikasını hazırlamış, uğurla həyata keçirilməsinə nail olmuşdur. Ulu öndər hələ 1960-80-ci illərdə bu möhtəşəm işləri görərkən yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdüsonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”.

Azərbaycanın müasir dünyadakı rolundan danışarkən istər-istəməz 40 ildən artıq bir dövr kino lenti kimi gözlərim önündən gəlib keçir. Bugünkü iqtisadi, siyasi, sosial inkişafımızdan fəxarətlə bəhs etməklə yanaşı, özümə sual verirəm: Əgər 1969-cu il iyulun 14-də millətimizin, xalqımızın taleyi Ulu öndər Heydər Əliyevə tapşırılmasaydı, okeanlarda üzmək iddiasında olanbu gün buna nail olan Azərbaycan adlı gəminin sükanı Ona etibar edilməsəydi, indiki inkişafdan danışmaq mümkün olardımı? Təbii ki, yox. Bunu dərk etmək üçün heçgüclü siyasətçi, iqtisadçı olmaq gərək deyil. Bu həqiqət gün kimi hər bir Azərbaycan vətəndaşına aydındır. Riyazi dildə desək, bu bir aksiomadır. Elə ona görə də dünyaca məşhur olan siyasətçilər Heydər Əliyevin hakimiyyətə hər iki gəlişini xalqımızın taleyində bir dönüş mərhələsi kimi səciyyələndirirlər.

Beləliklə, dövlət müstəqilliyimizin ilk illərində həm xarici, həm də daxili qüvvələr Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etməyə çalışdılar, amma Ulu öndərin siyasi əzmkarlığı, qətiyyəti nəticəsində təslim oldular, cinayətkar ünsürlər ləğv edildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitlik əldə edildi, qanunçuluq və dövlətçilik gücləndirildi. Baş qaldıran separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı. Ermənistanla atəşkəs barədə əldə edilmiş razılıq diqqəti ölkədaxili problemlərin həllinə yönəltməyə imkan verdi. Respublikamızda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində səmərəli əməli tədbirlər həyata keçirilməyə başlandı. Əldə edilmiş dönməz ictimai-siyasi sabitlik xarici investorların Azərbaycana sərmayə qoymasına böyük stimul verdi. Ulu öndərimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi inkişaf modeli işlənib hazırlandı. Neft amili, ondan məhz ölkənin və xalqın maraqları naminə istifadə olunması bu iqtisadi inkişaf modelinin əsasını təşkil edirdi. Ulu öndərimizin rəhbərliyi ilə uzunmüddətli neft strategiyası işlənib hazırlandı. Bu strategiya Xəzərin Azərbaycan sektorunun zəngin təbii sərvətlərini dünyanın ən məşhur neft şirkətləri ilə birgə işlənməsini, qısa müddətdə real nəticələr verməsini nəzərdə tuturdu. Həyat özü Ümummilli liderimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı milli neft strategiyasının düşünülmüş, gələcəyə hesablanmış müdrik konsepsiya olduğunu təsdiqlədi. Nəticədə, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə suveren Azərbaycana böyük iqtisadisiyasi dividend gətirən, onun beynəlxalq əlaqə və münasibətlərinə layiqli töhfə verən “Əsrin müqaviləsi” imzalandı. Dünyada Ulu öndəri bu sənədin banisi və yaradıcısı hesab edirlər. “Əsrin müqaviləsi”, əslində, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya açdı. Bu müqavilə Azərbaycanın XXI əsrə sürətli iqtisadisiyasi çıxışı oldu. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın iqtisadisiyasi müstəqilliyinin möhkəmlənməsinə, təhlükəsizliyinin təminatına hesablanmış Bakı-Tbilisi-Ceyhan iqtisadi kəmərdən daha çox, siyasi kəmər idi. Azərbaycanı Avropa ilə birləşdirən kəmər idi. Bəzi böyük dövlətlərin dəstək vermədiyi “Əsrin müqaviləsi” elə bir dövrdə imzalandı ki, onun reallaşması inandırıcı görünmürdü. Siyasətçilər, iqtisadçılar, hətta bəzi dövlət başçıları onu qeyri-ciddi layihə hesab edirdilər. Lakin Heydər Əliyev qətiyyəti, cəsarəti və nüfuzu hesabına nəinki layihənin imzalanmasına nail oldu, hətta “gün gələcək ki, Xəzərin nefti Sarı dənizə qədər çatdırılacaqdır”, “Mən bu gün tam qətiyyətlə demək istəyirəm ki, XXI əsrdə Xəzər dənizi neft-qaz sahəsində dünyanın ən zəngin mərkəzlərindən biri olacaqdır” bəyanatları ilə layihəyə dəstək verməyən, hər vəclə ona mane olmağa çalışan dövlət və hökumət başçılarını düşünməyə məcbur etdi. Bu, beynəlxalq aləmdə cərəyan etməkdə olan iqtisadisiyasi proseslərin uzaqgörən proqnozuhipotezi idi. Bütün başqa elm sahələrində olduğu kimi, mənsub olduğum riyaziyyat elminin inkişafı tarixində də buya digər məsələlərlə bağlı çoxlu hipotezlər ortaya atılmışdır. Onlardan bəzilərinə heç məhəl qoyulmamış, digərlərini isbat etmək üçün böyük riyaziyyatçılar bütün qüvvələrini səfərbər etmişlər. Bir qayda olaraq qüdrətli riyaziyyatçıların, çoxsaylı parlaq nəticələrin müəllifi olan alimlərin hipotezləri diqqət mərkəzində olmuşuzun illərdən, gərgin araşdırmalardan sonra bu alimlərin intuisiyası onların davamçılarını heyran etmişdir. Misal olaraq, böyük alman riyaziyyatçısı David Hilbertin 1900-cü ildə Parisdə riyaziyyatçıların beynəlxalq konqresində təklif etdiyi 23 problemi - hipotezi göstərmək istərdim. Məhz Hilbertin o zamana qədər əldə etdiyi çox görkəmli nəticələrə görə qazandığı nüfuz, riyaziyyatçıları onun hipotezlərinə etibarla yanaşmağa sövq etmiş, keçən 100 il ərzində bu hipotezlərin hər birinin analizinə, isbatına monoqrafiyalar həsr olunmuş, bu günə qədər onların bəzilərinin doğruluğu tamamilə isbat olunmuş, bəziləri isə qismən öz həllini tapmışdır. Ulu öndərin də xarici siyasət kursunda mühüm yer tutan neft strategiyası ilə bağlı hipotezlərin böyük hissəsi öz həllini tapmış, yerdə qalan hissəsinin isə reallaşacağı şübhə doğurmur. Azərbaycan nefti bu gün yalnız ölkə vətəndaşlarının problemlərinin həllinə - qaçqın və köçkünlər üçün yeni qəsəbələrin salınmasına, ən müasir avadanlıqlarla təchiz olunmuş məktəb, xəstəxana, müalicə-diaqnostika mərkəzləri üçün binaların tikilməsinə və ya təmirinə, gənclər evi, mədəniyyət və istirahət mərkəzi, tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə deyil, həm də bəşəri problemlərin həllinə ünvanlanıb. Bunu Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti ilə də nümayiş etdirir. Fondun bir sıra xarici ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də uzaq və yaxın xarici ölkələrdə müxtəlif layihələr həyata keçirməklə Azərbaycana şərəf gətirən misilsiz işlərə imza atmışdır. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Heydər Əliyev Fondunun bütün əməlləri Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Bütün sahələrdə - həm xeyriyyəçilik, həm Azərbaycanın milli mədəni irsinin dünya birliyinə çatdırılması, həm musiqi sahəsində atılan addımlar, Azərbaycanın haqq işinin, Xocalı soyqırımının dünya birliyinə olduğu kimi çatdırılması işində çox böyük və əvəzolunmaz xidmətləri məni sevindirir. Mən çox şadam ki, qısa müddət ərzində Heydər Əliyev Fondu, Azərbaycanın inkişafı, Azərbaycanı dünyada təqdim etmək istiqamətində atılan addımların gücləndirilməsi üçün çox mühüm rol oynamışdır”.

Azərbaycanın milli təhlükəsizlik doktrinasında multikultural təhlükəsizlik komponenti mühüm yer tutduğu halda Avropada müxtəlif dövlətlər multikultural təhlükəsizliyə ciddi önəm vermirlər.Ona görə də nizamı pozulmuş müasir dünyada qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlərin dərinləşməsi ilə müşahidə olunur. Yeni-yeni münaqişə ocaqları yaradılır, insanların yüz illərlə məskən saldığı, qurub yaratdıqları şəhərlər, kəndlər, qəsəbələr dağıdılır, səfalət, işsizlik, aclıq və xəstəlik insanların qəniminə çevrilir. Dinimilli münaqişələr, terrorizmirqçilik hallarının artması nəticəsində milyonlarla insan ya həyatını itirir, ya da qaçqına, köçkünə çevrilir. Dünyanı hədələyən fəlakətdən qurtulmaq üçün irəli sürülən multikulturalizm şüarçılıqdan o yana keçmir, narahatlıq doğuran bəyanatlar səsləndirilir, təhlükəli tendensiyalar müşahidə olunur. Avropada islamofobiya, yəni islam düşmənliyi - bütün müsəlmanlara qarşı antipatiya və nifrət baş alıb gedir. Mütəmadi olaraq bir milyard yarımdan artıq müsəlmanların dini heysiyyətlərinə toxunulur, məscidlərə hücumlar edilir, islam müqəddəsləri təhqir olunur, Peyğəmbərimizin karikaturaları çəkilir, ən dəhşətlisi isə odur ki, özlərini sivil xalq adlandıranların nümayəndələri tərəfindən “Qurani-Kərim” yandırılır. Belə aksiyaları insanlığa qarşı faciə hesab edən xristian ziyalılarının özləri belə təhdidə məruz qalırlar. Almaniya kansleri Angela MerkelBritaniya Baş naziri Devid Kemeronun da dəfələrlə etiraf etdiyi kimi, Avropanın bəzi ölkələrində multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Belə bir halda Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları, multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasisosial şərait yaradılıb. İnsanlığı siyasətdən üstün tutan zəka sahiblərinin fikrincə, Azərbaycan dünyaya multikulturalizmin yeni modelini bəxş edib. Bizdə başqa xalqlara qarşı, sadəcə, dözümlülük yox, insanpərvərlik və mərhəmət hissi vardır. Müxtəlif dinlərin və xalqların nümayəndələri ilə birlikdə əsrlərlə sülh şəraitində yaşamaq bizim həyat tərzimizdir. Bu, bizim mental dəyərimizdir. Müasir Azərbaycanda tolerantlıq və multikulturalizm Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin dəyər sisteminə çevrildiyi Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsinin, yəhudilərin 6 sinaqoqunun, qeydə alınmış 21 qeyri-müsəlman dini icmaların fəaliyyət göstərməsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkəmizi bütün dinisiyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirmişdir.

Qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq, sadəcə, məhvə məhkumdur. Multikulturalizmi bəşəriyyətin inkişafının yeganə yolu hesab edən cənab Prezident vurğulamışdır: “Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, multikulturalizm yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur”.

Bakının ev sahibliyi etdiyi dörd Beynəlxalq Humanitar Forum Şərq və Qərbin mərkəzində, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən bir ölkənin multikulturalizmlə yaşadığını və nəfəs aldığını təsdiq etdi. Bu forumlarda və digər beynəlxalq tədbirlərdə tolerantlığın Azərbaycan modelinin qəbul edilməsinin vacibliyindən danışılsa da, əməldə islamofobiya ictimailəşdirilir və qloballaşdırılır. Azərbaycanda isə multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşma mövcud olduğundan, o, bütün dünya üçün etnikdini tolerantlığın nümunəsi kimi çıxış edir. Azərbaycanda multikulturalizm mühitinin qorunub saxlanılması üçün ölkənin müvafiq qurumları beynəlxalq təşkilatlarla, o cümlədən, BMT, ATƏT, İƏT və Aİ ilə sıx əməkdaşlıq edir ki, bu da hər bir Azərbaycan vətəndaşında məmnunluq hissi yaradır. Prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən qeyd etmişdir ki, “...bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biriondan ibarətdir ki, burada bütün xalqların, bütün dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır”.

Bu uğurların əsasında Heydər Əliyevin milli ideologiyadan dövlət ideologiyasına çevirdiyi azərbaycançılıq dayanır. Bu səbəbdəndir ki, cənab İlham Əliyev daim vurğulayır ki, bu gün dövlətin ideologiyasının əsas tərkib hissələrindən biri məhz azərbaycançılıqdır. Ulu öndər 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışarkən 31 dekabrı Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü kimi rəsmiləşdirdi. 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının ilk Qurultayını keçirməklə 40-a yaxın ölkədə yaşayan həmvətənlərimizi vahid ideya ətrafında birləşdirməyə nail oldu. Bu Qurultay xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən mötəbər tədbirə çevrildi. O, Qurultayda azərbaycançılıq konsepsiyasını belə ifadə etmişdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu öndərin milli inkişaf konsepsiyası 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli azadlıq hərəkatının, müasir dövrdə isə sürətli inkişafımızın ideya mənəvi əsasına və hərəkətverici qüvvəsinə çevrildi. Bu illərdə milli özünüdərk prosesi Ulu öndər tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur, tənzimlənirdi. Heydər Əliyev müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrildi. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir.

Həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətverici ideyaya çevrilən azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkurə yoludur.

Milli-mənəvi dəyərlər hər bir xalqın toxunulmaz xəzinəsidir. Müasir dövrdə qloballaşmainteqrasiya millətin min illərlə yaratdığı milli-mənəvi dəyərləri deqradasiyaya uğratmağa çalışır. Nobel Sülh mükafatçısı Frederik de Klerk demişdir: “Yerli, milli mədəniyyətlər və özünüdərk əzilir. Bəzi hesablamalara görə, hazırda dünyada mövcud olan 6 min dildən növbəti yüz ildə yarısı yox olacaqdır. Mədəni müxtəliflik hətta planetimizdəki həyatın biololi müxtəlifliyindən daha çox təhlükəyə məruz qalır. Hesab edirəm ki, bizim qarşımızda böyük vəzifə durur: getdikcə daha çox materializm və yeknəsəkliklə səciyyələnən dünyada mənəvi mahiyyəti tapmaqonu qorumaq”.

Frederik de Klerkin vurğuladığı kimi, insanın əsas ruhi-mənəvi əzəmətinin ifadəsi olan həqiqət, xeyirxahlıq və gözəllik kimi dəyərlər unudulmaqdadır. Milli ideologiyamız dövlət quruculuğunda ictimai şüuru yönləndirən mühüm mənəvi dayaqdır. Bu dayağın uzunömürlülüyü isə təhsildən-tərbiyədən keçir. Ona görə də sürətli dəyişikliklərin baş verdiyi hazırkı dövrdə təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyietik davranışı sayəsində örnək ola biləcək vətəndaşa çevirir. Elə bu səbəbdəndir ki, Ümummilli lider Heydər Əliyevin idarəçilik və dövlətçilik fəaliyyətində ən çox diqqət və qayğı göstərdiyi sahələrdən biri məhz elm və təhsil sahəsi olmuşdur. Təhsilin inkişafına milli özünüdərkin və dövlətçiliyin təməl prinsipi kimi yanaşan Heydər Əliyev bu sahədə uğurlar qazanmaq üçün ciddi səylər göstərmiş, təhsilin bütün pillə və səviyyələrinin inkişafı ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul etməklə Azərbaycanda sosial-iqtisadisiyasi idarəetmə sahələrində güclü kadr potensialının formalaşmasına nail olmuşdur.

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin bütün pillələrində ciddi məzmun dəyişikliyi aparılmış, normativ hüquqi bazası təkmilləşdirilmiş, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmiş, təhsil müəssisələrinin maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmişmövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Dövlətin təhsil xərclərinin cəmiyyət üçün yüksək iqtisadi gəlirliliyə malik olması səbəbindəndir ki, cənab Prezident maddi kapitalı insan kapitalına çevirməyi prioritet elan etmişdir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür.

Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xaos və tənəzzüldən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, dünyanın böyük yazıçısı, dahi türk oğlu Çingiz Aytmatovun XXI əsrin lider etalonu adlandırdığı cənab İlham Əliyevin “sabitlikdən inkişafa doğru” ideyası və fəaliyyəti respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti və inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Ölkəmizin paytaxtı Bakı öz qədim tarixinin yeni inkişaf mərhələsinə qədəm qoyub, regionların inkişafı Dövlət Proqramı əzmlə həyata keçirilir. Bakı dünyaAvropa idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın süni peyki iqtisadi gücümüzün, elmi uğurlarımızın təntənəsidir. Bir neçə il öncə AvropaAmerikaya həsədlə baxan Azərbaycan vətəndaşı möcüzələri öz Vətənində görüb dəyişir, modernləşir... Bütün bunlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi prioritetlərin tarix tərəfindən təsdiqidir.

Müstəqil Azərbaycan İlham Əliyevin yorulmaz, düşünülmüş, elmi cəhətdən əsaslandırılmış fəaliyyəti sayəsində iqtisadi tərəqqisi, siyasidiplomatik uğurları, hərbi qüdrəti ilə regiondadünyada gedən proseslərə müsbət təsirini göstərməkdədir.

 

Yusif Məmmədov

Yeni  Azərbaycan.-2015.- 30 aprel.- S. 4.