Azərbaycan dili xalqımızın milli sərvətidir

 

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

 

Sirr deyil ki, dil millətin təşəkkülündə, milli birliyin formalaşmasında vacib olan başlıca amillərdən biridir. Eyni zamanda, xalqların keçdiyi tarixi yol, mədəni səviyyələri, ilk növbədə, onların dilində öz əksini tapır. Dil həm də mürəkkəb tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir.

Azərbaycan dili zaman-zaman ciddi sınaqlarla üzləşib

Sadalananlar kontekstində qeyd etmək lazımdır ki, Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz var olduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir. Ümumiyyətlə, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.

Tarixdən məlumdur ki, Azərbaycan dili zaman-zaman ciddi sınaqlarla üzləşib. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. Həmin vaxtSovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.

Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü

Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli liderimiz Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. İlk növbədə onu qeyd edək ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Məhz bu Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Çünki Sovet dövründə 1969-cu ilə qədər Azərbaycana rəhbərlik etmiş heç bir şəxs Azərbaycan dilini ictimai-siyasi lider səviyyəsinə qaldırmamışdı. Yalnız 1969-cu ildə Ulu öndərin hakimiyyətə gəlişindən sonra Onun Azərbaycan KP MK-nın birinci katibi kimi Azərbaycan dilində mükəmməl, zəngin nitqləri səslənməyə və beləliklə də, Azərbaycan dili artıq məhəlli dil statusundan çıxaraq siyasi elitanın dilinə çevrilməyə başladı. Bu isə Azərbaycan dilinin inkişafını şərtləndirən əsas məqamlardan biridir. Düzdür, həmin vaxta qədər Azərbaycanda mükəmməl ədəbi nümunələr yaranırdı, Azərbaycan ədəbiyyatında dil problemi, demək olar ki, yox idi. Yəni, dilimiz ədəbi cəhətdən zənginləşir, inkişaf edirdi. Amma təəssüf ki, ədəbi-bədii sahədə olan dil inkişafı sosial-siyasi sahəyə paralel olmurdu. Bunlar arasında proporsiya itmişdi. Bu isə yenə də dilin inkişaf potensialını məhdudlaşdıran əsas faktora çevrilmişdi. Məhz Ulu öndər Heydər Əliyevin azərbaycanca söylədiyi mükəmməl nitqlərindən sonra Azərbaycan dilinin sosial-siyasi tərəfi də onun bədii tərəfi qədər inkişaf etməyə başladı ki, bu da Azərbaycan dili tarixində böyük hadisə idi.

Ən mühüm məqamlardan biri isə budur ki, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

Bundan başqa, müstəqillik illərində Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Bu məqamda qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası Azərbaycan Dili Günüdür. Bundan öncə isə 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindənDövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaFərman imzalanmışdı. Vurğulamaq gərəkdir ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca geniş yer ayrılıb.

Prezident İlham Əliyev dilimizin mühafizəsi inkişafına yüksək diqqət qayğı göstərir

Eyni zamanda, Prezident İlham Əliyevin dilimizin mühafizəsi inkişafına göstərdiyi yüksək səviyyəli diqqət qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental faktor oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirdi.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman sərəncamlar milli dilimizin mühafizəsi inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi gücləndirən əhəmiyyətli mexanizm oldu.Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlikDünya ədəbiyyatı kitabxanası”, 100 cildlikDünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlikAzərbaycan ədəbiyyatı kitabxanasıseriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində cərəyan edən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı bunları aradan qaldırmaq üçün ölkə başçısı 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqındaSərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması qarşısının alınması istiqamətində mütəxəssislər heç həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi inkişafı yönündə həyata keçirilən operativ effektiv işlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük identikliyi təmin edən əsas faktor kimi çıxış etməsini şərtləndirmiş oldu.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 1 avqust.- S. 3.