Azərbaycan dövləti xalqımızın milli-mədəni dəyərlərinə hər zaman sahib çıxır

 

Prezident İlham Əliyev: Bu gün Azərbaycan müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir

 

Hər bir xalqın tarixi, milli-mənəvi dəyərləri onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi.

Milli-mənəvi dəyərlərimiz dövlətçilik ənənələrində və cəmiyyətimizin həyat tərzində yaşadılaraq müasir çağırışlarla sintez edilir

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq əsasını təşkil edirdi.

Hazırda isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada uğurla davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.

Beləliklə, Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Xalqımıza məxsus olan milli-mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Buna təkan verən mühüm amillərdən biri də ötən müddət ərzində bütün əsas tarixi abidələrimizin bərpa edilməsi və ya tikilməsi olub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin”.

Yeri gəlmişkən, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalaması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda qeyd edilir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb: “Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır”.

Əlbəttə, bu cür ali nümunələr onun təzahürüdür ki, Azərbaycan dövləti xalqımızın milli-mənəvi dəyərlərinə hər zaman sahib çıxır. Bu isə yaşadığı məkandan asılı olmayaraq, dünya azərbaycanlıları üçün qüruriftixar mənbəyi kimi çıxış edir. Qısası, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi vətənidir. Bu nümunə kontekstində onu da qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin mühafizə və təbliğ olunmasını, yaşadılmasını təmin edib. Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr ərzində həyata keçirdiyi siyasətin səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlugüclü aktoruna çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktordur.

Azərbaycan dinamik inkişafa malik modern ölkə olmaqla yanaşı, öz tarixi ənənələrini, milli dəyərlərini də yaşadır

Sadalananlarla yanaşı, o da məlumdur ki, milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin də qorunması, yaşadılması deməkdir. Milli dəyərlərin təbliği təhsildə, milli ideologiyada, qanunvericilikdə, cəmiyyətdaxili münasibətlərdə və demək olar ki, bütün aspektlərdə geniş əksini tapıb və yeni nəslə uğurla ötürülən dəyərlər mədəniyyətimizin varisliliyini təmin edib. Başqa sözlə, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlətimizin diqqət mərkəzində olan məsələdir. Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiq olduğunu söyləyib. Dəfələrlə qeyd edilib ki, milli-mənəvi dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz bu dəyərlər üzərində həyata keçirilir. Şübhəsiz, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi irsimizin öyrənilib, qorunub saxlanma səviyyəsindən asılı olacaq. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki, ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Bildiyimiz kimi, Azərbaycan dünya mədəniyyətinə açıq olmaqla Qərbə inteqrasiya edir. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüuramilli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyidünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir.

Gənclərin milli dəyərlər əsasında tərbiyə alması xüsusi əhəmiyyət kəsb edir

Bu kontekstdə gənclərin milli-mənəvi dəyərlər əsasında - milli ruhda tərbiyə alması da vacib məsələ kimi çıxış edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa fundamental töhfələr verməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır: “Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar buqloballaşmasözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq, bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları, bir növ, öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax bu ənənələri yaşatsınlar gəncləri milli ruhda böyütsünlər”.

Azərbaycan xalqı milli identikliyin tərkib hissəsi olan milli-mənəvi dəyərlər əsasında bu günədək özünəməxsusluğunu, milli dövlətçiliyini hifz edə bilib

O da qeyd edilməlidir ki, tarixin bütün dövrlərində dini, milli mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi sayılan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Ən qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilib.

Eyni zamanda, milli-mənəvi dəyərlərimiz dövlətçilik ənənələrində, cəmiyyətimizin həyat tərzində yaşadılır müasir çağırışlarla sintez edilir. Bunun nəticəsidir ki, Azərbaycan dinamik tərəqqiyə malik olan modern ölkə olmaqla yanaşı, eyni zamanda, öz tarixi ənənələrini, milli dəyərlərini yaşadır. Həmçinin, milli identikliyin mühüm tərkib hissəsi olan milli dini dəyərlər sayəsində Azərbaycan xalqı bu günədək özünəməxsusluğunu, eləcə , milli dövlətçiliyini hifz edə bilib.

Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Milli dövlətin formalaşması əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Eyni zamanda, xalqımızın zəngin ənənələrini yaşadan milli sərvətlər sırasında tarixi abidələrimiz xüsusi yer tutur. Əsrlərin sınağından keçərək müasir mərhələyə gəlib çatmış tarixi abidələr xalqımızın keçmiş həyat salnaməsini özündə ehtiva etməklə yanaşı, həm maddi mədəniyyət nümunələridir. Bu məqamda qeyd etmək lazımdır ki, son illərdə respublikamızda tarix mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Bir çox abidədə bərpa-konservasiya, elmi-tədqiqat işləri aparılıb, tarixi ərazilərdə qoruqlar yaradılıb. Həmçinin, müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə təbliğinə çox böyük önəm verir. Bütün bunlar ölkə rəhbərliyinin tarixi mədəni abidələrə diqqət qayğısının parlaq nümunəsidir.

Yeri gəlmişkən, dövlətimizin başçısı bununla bağlı qeyd edib ki, bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz, sadəcə olaraq, memarlıq abidələri deyil: “Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət cəmiyyətdir. Həmişə belə olmalıdır. qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.

Bir məqam da xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni irsinin qorunub saxlanılması beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan uğurlu fəaliyyət Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına yol açıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda çoxəsrlik tarixi ənənələrə, milli-mənəvi dəyərlərə malik olan müasir ölkə kimi tanınır. Bu isə Azərbaycan gerçəkliklərinin, milli dəyərlərimizin beynəlxalq təbliğində müstəsna əhəmiyyət kəsb edir.

Bütün bunlara paralel olaraq xalqımız öz adət-ənənələrində, həyat tərzində dünyəvi milli-mənəvi dəyərlərlə yanaşı, İslam dini dəyərlərini yaşadır, mühafizə edir. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətini vurğulayaraq deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 6 avqust.- S. 2.