Regional güc mərkəzi olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

 

Prezident İlham Əliyev: Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir

 

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Daxili siyasəti tamamlayan müstəqil xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir

Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxilixarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.

Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz daxili siyasətimizin davamıdır: “Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”.

Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi...

Beləliklə, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.

Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin, mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Eyni zamanda, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır: “Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilmişdir”.

Azərbaycan regionalqlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır

Ümumiyyətlə, Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatiksiyasi uğurumuzdur: “Bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir”.

Bütövlükdə, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyimilli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regionalqlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik inkişafa malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər.

Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir.

Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.

Müstəqil Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır

Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadihumanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.

Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davaminkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücününüfuzunu artıran mexanizm qismində çıxış edir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.

Azərbaycan beynəlxalq münasibətlər sisteminə yenidaha mütərəqqi dəyərlər təqdim etməkdədir

Bununla yanaşı, Azərbaycan sivilizasiyalararası dialoqa da mühüm töhfələr verir. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Bu məsələyə toxunan dövlət başçısı xüsusi olaraq vurğulayıb: “Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə... çox maraqlıdır... Azərbaycanın təcrübəsi, hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar”.

Qeyd etmək lazımdır ki, Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdurbu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.

Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yenidaha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regionalqlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır”.

Azərbaycana qarşı təzyiq cəhdləri və qeyri-adekvat yanaşma heç bir nəticə verməyəcək

Təəssüf ki, bəzi hallarda Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bir sıra xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin nüfuzuna zərbə vurmaq istəyən qüvvələr transmilli media vasitəsilə “qara piar” kampaniyasına istinad edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində də müşahidə etdik. Proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və anti-Azərbaycan dairələr, o cümlədən, erməni lobbisi durur. Bu proseslərin fonunda Qərbdəki müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdilər. Aydın oldu ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif anti-Azərbaycan dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolonun da xidmətlərindən istifadə etməyə çalışırlar. Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirib ki, bu kampaniya Azərbaycanın daxilixarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir: “Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur”.

Dövlət başçısı diqqətə çatdırıb ki, əlbəttə, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik: “Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik”.

Nəticə etibarilə, həmin dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurumya ölkədən asılı deyil, müstəqil siyasi iradə əsasında daxilixarici strateji kursunu davam etdirir. Ölkəmiz əleyhinə qərəzli bəyanatların verilməsi, transmilli media vasitəsilə “qara piar” kampaniyasının aparılması kimi vasitələr isə heç bir təsir qüvvəsinə malik deyil. Çünki müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hallarda öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək mümkün deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də uğurlu xarici siyasətinə təsir edə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz”.

Ona görə də, yaxşı olar ki, regional güc mərkəzi kimi çıxış edən Azərbaycana qarşı adekvat yanaşma ortaya qoyulsun, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əməl edilsin.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 7 avqust.- S. 2.