Regionların inkişafı, həm də turizmin inkişafı ilə bağlıdır

 

Yaxud Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın regionlarında turizm sektoru intensiv olaraq inkişaf edir

Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində sosial-iqtisadi inkişafın Azərbaycan modeli yaranıb. Bu modelin xarakterik cəhətlərindən biri isə qarşıya qoyulan məsələlərin proqramlar çərçivəsində mərhələlər üzrə həllinə nail olunması, ayrı-ayrı sahələrin inkişafının cari və uzunmüddətli proqramlarla təmin edilməsi siyasətidir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları, habelə investisiya proqramları, məşğulluq, təhsil, səhiyyə, sosial təminat və s. sahəvi proqramlar insanların sosial rifah halının yüksəldilməsinə birbaşa ünvanlanmış çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir.

Azərbaycanda turizmin inkişafına xüsusi önəm verilir

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının sosial siyasətində turizmin inkişafı xüsusi yer tutur. Belə ki, turizmin inkişafı Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, regionların inkişafı, yeni yerlərinin açılması və s. baxımından xüsusi əhəmiyyət kəsb edir. Yəni, turizmin inkişafı ilə əlaqədar ölkənin regionlarında sözügedən sahənin infrastrukturunun formalaşmasına şərait yaranır, həmçinin, yeni otellərin, əyləncə mərkəzləri və s. istifadəyə verilməsi, ilk növbədə, bölgələrdə yeni yerlərinin açılmasına, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2004-cü ildən etibarən ikisinin icrası uğurla başa çatan və artıq üçüncüsünün icrası davam etdirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütövlükdə ölkəmizin qüdrətinin artmasına, o cümlədən, Azərbaycan əhalisinin sosial rifahına yönələn və konkret nəticələr verən proqramlar kimi tarixə düşüb. Məhz bu Dövlət proqramları çərçivəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasəti təmin edilib, qeyri-neft sektorunun inkişafı regionların ictimai-sosial həyat səviyyəsini yüksəldib, aqrar sahə, emal sahəsi, turizmbu kimi istiqamətlərin formalaşmasına güclü təkan verib. Bu proqramın uğurlu icrası sahəsində artıq neçə ildir ki, Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə “aşağı gəlirli ölkələr” sırasından “orta gəlirli ölkələr” sırasına keçib. Hədəf ondan ibarətdir ki, 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir.

Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində, eyni zamanda, Azərbaycanda turizm sektoru intensiv olaraq inkişaf edir. Təsadüfi deyil ki, Dövlət proqramlarının icrası nəticəsində ölkədə açılan yerlərinin ümumi tərkibində turizm obyektlərinin də əhəmiyyətli rolu var. Bu sahə insanların məşğulluq sahələrinin genişlənməsinə, yoxsulluğun aşağı salınmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar icra edilən Dövlət proqramları çərçivəsində ümumilikdə turizm sahəsində böyük nailiyyətlər əldə edilib.

Ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri fəaliyyət göstərir

Yeri gəlmişkən, avqustun 8-də Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimindəki çıxışı zamanı bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir: “İçməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələri ölkəmizdə uğurla icra edilir. Regionların inkişafı, o cümlədən, turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.

Beləliklə, ötən müddət ərzində həyata keçirilən siyasət və Dövlət proqramlarının uğurla icrası nəticəsində regionlarda çoxsaylı turizm mərkəzləri yaradılıb. Xüsusilə qeyd edilməlidir ki, üçüncü Dövlət proqramında turizmin inkişafı ayrıca olaraq nəzərdə tutulub ki, bu da turizm sahəsində görülən işlərin yaxın 5 ildə öz bəhrəsini verməsini təmin edəcək.

Bildirmək yerinə düşər ki, üçüncü Dövlət Proqramı çərçivəsində ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişləndirilməsi, regionlarda və Bakıda yeni beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir. Digər tərəfdən, Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bir sıra regionlarında, o cümlədən, Qaxda turizm sektoru intensiv olaraq inkişaf edir. Məlumat üçün bildirək ki, Qax nəinki Azərbaycanın, ümumilikdə regionun qədim yurd yerlərindən biridir. Qaxın adı və tarixi barədə ayrı-ayrı mənbələrdə müxtəlif məlumatlar verilir.

Bugünkü Qax rayonuna gəlincə, Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Qax inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilib, 1964-cü ildə yenidən müstəqil rayon olub. Hazırda əhalisi 54,8 min nəfər olmaqla 59 yaşayış məntəqəsini (1 şəhər, 58 kənd) özündə birləşdirən rayonun ərazisi 1494 km2-dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub-şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir.

Zəngin fauna turizmin inkişafında özünəməxsus rol oynayır

Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasət Qaxda da öz bəhrəsini verib rayon hazırda regionun turizm mərkəzlərindən birinə çevrilib. Rayonun turizm məkanı kimi məşhurlaşmasından danışarkən Qaxın rəngarəng iqlimə malik olduğunu xüsusi vurğulamaq yerinə düşər. Belə ki, rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarımrütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 dərəcədən yüksək, dağlıq ərazidə mənfi 10 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 dərəcə 50 dərəcədir. İllik yağıntı cənubda 300 mm, şimalda 1600 mm-ə qədərdir. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən Acınohur gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Belə bir iqlim şəraiti isə Qaxı həm yay, həm qış turizmi üçün əlverişli məkana çevirib. Eyni zamanda, rayonun faunası çox zəngindir. Rayon ərazisində yaşayan heyvanlardan Azərbaycan RespublikasıQırmızı Kitab”ına düşmüş vaşaq, çöl pişiyi, qarapaça, quşlardan iri qırğı, berqut, toğlugötürən, Qafqaz tetrası, kəklik, bəzgəgkimilər var. Bunlarla yanaşı rayonun dağlıq ərazisində ayı, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, cüyür, Dağıstan dağkeçisi, çöl donuzu, cütdırnaqlı ov heyvanları s. yayılıb. Bundan başqa, bir çox çaylar, uca dağlar, İlisu kəndində 25 metr hündürlüyə malik Ramramay şəlaləsi, Ləkit kəndində öz unikallığı ilə seçilən, 2006-cı ildən Nazirlər Kabineti tərəfindən təbiət abidəsi kimi qeydə alınan mühafizə olunan şəlalə, İlisu kəndi ərazisində Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrüc bulaq, Ləkit-Kötüklü kəndində Qotur bulaq s. bulaqlar, həmçinin, kurort resursları cəhətdən zənginliyi Qaxı turistlər üçün cəlbedici məkana çevirib.

Məlumat üçün bildirək ki, İlisu Sarıbaş kəndləri yaxınlığındakı Hamam çayı boyunca yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınması üçün geniş potensiala malikdir.

Yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü aparılıb

Yuxarıda da qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafı siyasətinin uğurlu nəticələri özünü Qaxda da göstərir. Daha dəqiq desək, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərə uyğun olaraq Qaxda da yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü aparılıb. Rayonda artıq 10-dan çox turizm obyekti fəaliyyət göstərir ki, buraya respublikamızdan xarıcdən gələn turistlərin sayında artım müşahidə olunur. Belə ki, 2013-cü ildə rayona istirahət məqsədilə 20573 nəfər turist gəlmişdirsə, 2014-cü ildə bu göstərici 23630 nəfər, bunların da 395 nəfəri xarici vətəndaş olub. Turist sayındakı artımın 2015-ci ildə davam edib. Bu isə ilk növbədə, rayonun ərazisində tarixi abidələrin çoxluğu, coğrafi mövqeyinin turizm üçün əlverişli olması ilə əlaqədardır. Rayonun tarixi görməli yerlərinə gəzintilərin təşkili məqsədi ilə rayon Mədəniyyət Turizm Şöbəsi tərəfindən 6 istiqamətdə marşrut müəyyənləşərək fəaliyyət göstərir.

Son dövrlər rayonda beşulduzluEl Resorthotel kompleksinin, habelə Qax şəhərində “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağını daha da artırıb. Rayonda 2 mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağturizm və istirahət mərkəzləri və “EdenPark hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resortbeşulduzlu hotel turistlərə xidmət işini həyata keçirir.

Tarixi məkanlar xarici turistlərin ölkəmizə marağını daha da artırır

Təbii ki, hazırda əcnəbi turistləri ən yaxşı şəraitə malik hotellərlə yanaşı, qədim tarixi məkanlar da maraqlandırır və Qax bu baxımdan da fərqlənir. Məsələn, Qaxa gələn xarici turistləri heyran edəcək məkanlardan biri də XVI əsrə aid “İçəribazar”dır.

 

Nadir Azəri.

Yeni Azərbaycan.-2015.- 11 avqust.- S. 6.