Azərbaycanın teleefir məkanında fərqli sima - İTV

 

Arxada qalan 10 ilin nəticələri onu deməyə əsas verir ki, İctimai Teleradio öz missiyasını böyük uğurla yerinə yetirərək həm dövlətçilik maraqlarının qorunmasına, həm də cəmiyyətin buya digər aspektdə sosial sifarişlərinin gündəmə gəlməsinə, ictimailəşməsinə öz töhfəsini verir

Düz 10 il bundan əvvəl - 2005-ci il avqustun 29-da Azərbaycanın teleefir məkanına, milyonlarla tamaşaçı-dinləyici ailəsinə yeni bir teleradio daxil oldu - İTV. Prezident İlham Əliyevin xeyir-duası ilə həyata vəsiqə alan yeni teleradionun yaranması, ilk növbədə, ölkədə demokratikləşməni, söz, mətbuat azadlığının təmin olunmasını özünün ali məqsədlərindən biri sayan Azərbaycan dövlətinin siyasi iradəsinin təsdiqi idi. Digər tərəfdən, ictimaiyyətin bütün təbəqələrinin, müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin üzünə açıq olacaq bir teleradionun yaranmasına cəmiyyətdən də böyük sosial sifariş var idi.

Əlbəttə, hər bir başlanğıc çətin olur. Özünü təsdiqləmək üçün ən azından zamana ehtiyac var. İctimai Teleradionun kollektivi üçün məsuliyyət məqamı həm də onda idi ki, adındakı “ictimaisözü milyonlarla insanı əhatə edən auditoriyada yeni teleradioya qarşı fərqli və həm də daha tələbkar gözləntilər yaradırdı. Burada cəmləşən yaradıcı-texniki heyət “bütün cəmiyyət” anlamına gələn bu sözün məna yükünü çəkməli, yeni qurumu, həqiqətən də, bütövlükdə xalqın teleradiosuna çevirməyi bacarmalı idi. Bu heçasan məsələ deyildi. Ancaq arxada qalan 10 ilin nəticələri, qazanılan reytinq, populyarlıq onu deməyə əsas verir ki, ölkəmizdə ictimaiyyətin istəyi və dövlətin siyasi iradəsi ilə yaranan İctimai Teleradio üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir və beləliklə də, həm dövlətçilik maraqlarının qorunmasına, həm də cəmiyyətin buya digər aspektdə sifarişlərinin gündəmə gəlməsinə, ictimailəşməsinə öz töhfəsini verir.

Azərbaycanın teleefir məkanına bir sıra yeni keyfiyyət dəyişiklikləri gətirən teleradio

Beləliklə, İctimai Teleradionu Azərbaycanın teleefir məkanında tamamilə yeni bir sima kimi səciyyələndirmək mümkündür. Əlamətdar haldır ki, çoxmilyonlu tamaşaçı auditoriyasının İctimai Teleradionu Azərbaycanın teleefir məkanında “yeni simakimi qəbul etməsi heçbu qurumun yaşının az olması ilə bağlı deyil. Teleradionun kollektivi Azərbaycanın hüdudlarından kənarda və ölkə daxilində izləyici auditoriyasının rəğbətini, ilk növbədə, teleefir məkanına gətirdiyi yeniliklərlə qazanıb. Digər tərəfdən, peşəkarlıq, operativlik, ölkədə və qlobal miqyasda baş verən hadisələrə obyektiv baxış bucağından qiymət verilməsi, öz proqram siyasətini bütün ölkə üçün, cəmiyyətin müxtəlif təbəqələri üçün ciddi aktuallıq kəsb edən məsələlərə uyğun qurması və bu kimi digər keyfiyyətlər bu teleradioya qarşı insanlarda dərin rəğbət oyadıb. Teleradioda olarkən ayrı-ayrı departamentlərin əməkdaşları ilə qısa müsahibələrimizə əsasən gəldiyimiz ümumi qənaət belədir ki, burada çalışan jurnalistlər peşə və vətəndaşlıq məsuliyyətini öz fəaliyyətlərində əsas kredoya çeviriblər və bu amil də onların mavi ekranlardaradio dalğalarında təqdim etdikləri bütün verilişlərdə qırmızı xətt kimi nəzərə çarpır.

Əlbəttə, İctimai Teleradionun özünəməxsus səviyyədə və tamam fərqli yüksək keyfiyyətdə seçilməsi yalnız izləyicilərin mavi ekranlarda üz-üzə gəldikləri, radioda məmnuniyyətlə qulaq kəsildikləri sevimli jurnalistlərin, aparıcıların əməyi deyil. Burada, necə deyərlər, kadr arxasında qalan simaların, o cümlədən də, teleradionun rəhbərliyinin böyük rolu var. İTV-yə ictimai nəzarət 2004-cü il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən “İctimai TeleviziyaRadio Yayımı haqqında” Qanunun təsbit etdiyi şəkildə formalaşdırılan Yayım Şurası tərəfindən həyata keçirilir. 2013-cü ilin aprel ayında müsabiqə yolu ilə İTV-nin baş direktoru seçilmiş peşəkar televiziyaçı, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin iki illik fəaliyyəti dövründə qurumun işində həm təşkilati, həm də peşəkarlıq baxımından çoxlu sayda yeniliklərin həyata keçirildiyini xatırlamaq yerinə düşərdi. Baş direktorun səyləri sayəsində bütövlükdə teleradioda yaradıcılığın, peşəkarlığın yeni parametrləri formalaşıb. Bu sırada qurumun strukturlarında bir sıra zəruri dəyişikliklər aparılmasını, idarəetmənin təkmilləşdirilməsini, daha çevik proqram siyasətinin həyata keçirilməsini, yeni studiyaların yaradılmasını, maddi-texniki bazanın gücləndirilməsini, yaradıcı heyətin, ələlxüsus da kollektivə təzə gələn gənclərin öz potensiallarını dolğun şəkildə açmalarına geniş imkanlar yaradılmasını və digər yenilikləri xüsusi qeyd etmək olar. Bütün bu və digər amillər İTV-nin Azərbaycanın efir məkanında yüksək peşəkarlıq keyfiyyətlərinə malik çevik, qərəzsiz, operativ bir teleradio kimi öz fərqli simasını təqdim etməsində mühüm rol oynayır.

İTV Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırır

İctimai TeleviziyaRadio Yayımları Şirkətinin fəaliyyətini qısa şəkildə səciyyələndirməli olsaq, onun Azərbaycan həqiqətlərini dünyaya operativ və özünəməxsus şəkildə çatdırmasını xüsusi vurğulaya bilərik. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri İnformasiyaictimai-siyasi proqramlar departamentinin işi ilə bağlıdır. Departamentin əməkdaşları istər informasiyaları, istərsə də ictimai-siyasi proqramları yeni, daha aktual çağırışlara uyğun hazırlamaq üçün daim yaradıcılıq axtarışları aparırlar. Bu məqamda son vaxtlarda əsas informasiya proqramı olan “Carçı”nın peşəkarlıq və operativlik imkanlarının xeyli genişləndiyini ayrıca qeyd etmək istərdik. “Carçı” düz 10 ildir ki, xəbər proqramlarının əvvəlində müstəqil Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması və bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin salınması ilə bağlı Azərbaycan və ingilis dillərində anons təqdim edir. Bu, hər bir azərbaycanlı üçün yaddaşdır, çağırışdır, eyni zamanda, işğal faktına göz yuman, torpaqların qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı BMT TŞ-nin çıxartdığı qətnamələrə sayğısız yanaşan dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanlanan bir qınaqdır. Bu anonsu eşidən hər kəsdə sual yaranır: Nə üçün bir sıra hallarda çox operativ davranan, əlüstü qərarlar verən beynəlxalq qurumlar Azərbaycanın probleminə biganə yanaşırlar? Belə ədalətsizliyə, biganəliyə, nəhayət, ikili standartlaravaxt son qoyulacaq?

İnformasiyaictimai-siyasi proqramlar departamentinin təqdim etdiyi “Carçı region” proqramı həftənin altı günü axşam saat 21:05-də efirə çıxır və ölkənin regionlarından olan informasiyaları ətraflı şəkildə geniş auditoriyaya çatdırır. Ölkə iqtisadiyyatının inkişaf istiqamətləri və bu sahədə qarşıya qoyulan hədəflər nəzərə alınaraq “İqtisadiyyat” buraxılışında xəbər formatından analitik tərzə keçilərək iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşma aparılıb. Belə ki, həftədə altı dəfə olmaqla hər gün saat 21:15-də efirə çıxan “İqtisadiyyat” buraxılışında nəqliyyat, texnologiya, sənaye, maliyyə, aqrarturizm sahələrinə aid analitik təhlillər təqdim olunur. Ölkəmizdə idmanın inkişafı və bu sahənin prioritetliyi nəzərə alınaraq idman xəbərlərinin efir sayı gün ərzində iki dəfəyə çatdırılıb.

Həftənin ən mühüm ictimai-siyasi hadisələrinin geniş təhlili hər bazar saat 21:00-da “Həftənin yekunuanalitik-informasiya proqramında geniş tamaşaçı auditoriyasına təqdim olunur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına həsr olunanRegional inkişaf” layihəsində haqqında bəhs olunan Dövlət proqramları çərçivəsində ayrı-ayrı bölgələrdə reallaşdırılan layihələr, görülən işlər haqqında ətraflı müzakirələr aparılır.

Ölkə gündəminin aktual məsələləri İTV-də müzakirə olunur

İTV-yə xas olan əsas cəhətlərdən biri odur ki, teleradio özünün informasiya siyasətində və ictimai-siyasi proqramların hazırlanmasında, bir növ, hadisələrin içində olmağa, ilkin mənbələrdən məlumat alıb çatdırmağa, həmçinin, böyük aktuallıq kəsb edən ictimai-siyasi məsələlərlə bağlı müzakirələr açmağa daha böyük üstünlük verir. Ümumi şəkildə belə deyə bilərik ki, ölkə gündəminin aktual məsələləri məhz İTV-də müzakirə olunur. İTV Azərbaycan ictimaiyyətində, cəmiyyətdə hansısa bir formada narahatlıq yaradan, insanların cavab tapmağa çalışdıqları aktual məsələləri ictimai müzakirə predmetinə çevirir.

Azərbaycan mətbuatının 140 illik inkişaf tarixində ölkəmizin müstəqillik şəraitində yaşadığı illər xüsusilə əlamətdardır. Deyə bilərik ki, mətbuatımız məhz Azərbaycan müstəqilliyə qovuşduqdan sonra əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz inkişafının, necə deyərlər, qızıl dövrünə qədəm qoyub. Eyni zamanda, yeni dövrdə medianın üzərinə də böyük vəzifələr düşür. Bu konteksdə İTV-nin təqdim etdiyiMediazaman” proqramı aktuallığı ilə fərqlənir. Yüksək peşəkarlıqla hazırlanan verilişdə mətbuatımızın problemlərinə toxunulur, jurnalist peşəkarlığı, indiki dövrdə medianın vəzifələri geniş aspektdə təhlil olunur. Sosial mahiyyət kəsb edən aktual mövzular tamam fərqli formatda hər həftənin bazar ertəsi saat 21:40-da “Müzakirə vaxtı”nda ekranlara gətirilir. Həftənin ən aktual sosial-iqtisadi yenilikləri “Diqqət mərkəzi” verilişi vasitəsilə izləyicilərin diqqətinə çatdırılır. Azərbaycan ictimaiyyətinin, o cümlədən də, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri də İTV-də bir araya gəlirlər. Belə ki, xüsusi aktuallığı ilə ölkə gündəmini zəbt edən ictimai-siyasi məsələlər respublikanın tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə “Ortaq məxrəc” tok-şousunda müzakirələrə çıxarılır ki, bu da son nəticədə ölkədə ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

Dünya azərbaycanlılarının görüş yeri İTV-dədir

Hazırda müstəqil Azərbaycan üçün ümummilli mənafe baxımından çox böyük aktuallıq kəsb edən məsələlərdən biridiaspor quruculuğudur. Hər zaman azərbaycanlı olması ilə qürur duyduğunu fəxrlə bəyan edən xalqımızın Ümummilli lideri Heydər Əliyev Öz şəxsi nümunəsi və ardıcıllıqla həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın diaspor quruculuğuna sanballı töhfələr verib. Əlamətdar haldır ki, Ulu öndərin əsasını qoyduğu güclü diaspor quruculuğu siyasətini yeni mərhələdə Prezident İlham Əliyev də məqsədyönlü şəkildə davam etdirir. Bu sahədə uğurlu dövlət siyasəti sayəsində xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində mühüm işlər görülübbu da ölkəmizin reallıqlarının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətin dünyaya çatdırılmasında, zəngin milli mədəniyyətimizin təbliğində mühüm rol oynayır. Bütün bu deyilənlər kontekstində İTV-nin təqdim etdiyi “Vətənin səsi” proqramı istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda böyük maraqla izlənilir. “Vətənin səsi” proqramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin fəaliyyəti, diasporun gördüyü işlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyət xəzinəmizin təbliği məsələlərini diqqət mərkəzində saxlamaqla, bütövlükdə dünya azərbaycanlılarının böyük maraq göstərdikləri bir proqrama çevrilib. Obrazlı ifadə etsək, deyə bilərik ki, İTV populyar “Vətənin səsi” proqramı ilə dünya azərbaycanlılarının görüş yerinə çevrilib.

Öz ruhuna və missiyasına görə İctimai Teleradioda “Vətənin səsi”nə yaxın olan daha bir neçə verilişin adını çəkmək mümkündür. Azərbaycan ərazilərinin işğalı, təcavüz nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi ziyanın araşdırılması “Qarabağ sərvətləri” verilişinin başlıca qayəsini təşkil edir. İctimai Radioda hər gün saat 12:00-da “Türkiyənin səsi” radiosu ilə birgə hazırlanan “Qorqud ata” layihəsində Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyası ilə bağlı informasiyalar dinləyicilərə təqdim olunur.

Ümumiyyətlə, İctimai TeleviziyaRadio Yayımları Şirkəti özünün beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal şəkildə iştirak etməyə çalışır. Bu baxımdan il ərzində xüsusi günlər və əlamətdar hadisələrlə bağlı Türkiyənin “TRT Avaz” telekanalı ilə təşkil olunan telekörpülər öz orijinallığı ilə diqqəti cəlb edir.

Yeni gün”dən müsbət enerji alan milyonlarla tamaşaçı öz gününə yeni ovqatla başlayır

İTV-nin səhər proqramları xüsusi rəngarəngliyi ilə böyük tamaşaçı auditoriyası qazanıb. Teleradionun Səhər proqramları departamentinin əməkdaşları hər gün 3 saat canlı efirdə bir-birindən maraqlı təqdimatlarla tamaşaçıların görüşünə gəlirlər. Təsadüfi deyil ki, televiziya tənqidçiləri İTV-nin səhər proqramını “mini televiziyakimi səciyyələndirirlər. Bu gün ölkə teleməkanında müxtəlif adda və müxtəlif səpkidə səhər proqramları mövcuddur. Tam cəsarətlə demək mümkündür ki, İctimai Televiziyanın “Yeni gün” səhər proqramı bu sırada özünəməxsusluğu və orijinallığı ilə seçilir. “Yeni gün”dən müsbət enerji alan milyonlarla tamaşaçı öz gününə yeni ovqatla başlayır.

Yeni gün”, ilk növbədə, seçdiyi mövzuların rəngarəngliyinə, süjetlərin aktuallığına, müxtəlif sahələri təmsil edən qonaqların auditoriyasına və digər bu kimi cəhətlərinə görə tamaşaçılar tərəfindən maraqla qarşılanır. İzləyicilər bir neçə saat ərzində istedadlı və peşəkar bir kollektiv tərəfindən hazırlanan proqramda ölkənin ən müxtəlif peşə adamları, maraqlı insanlarlaon-line” rejimdə ünsiyyətdə olur, canlı musiqi dinləyir, mədəniyyət və incəsənət adamlarının yaradıcılıq planlarından xəbər tuturlar.

Əsas məqamlardan birionunla bağlıdır ki, “Yeni günsiyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır. Ümumiyyətlə, dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən birimilli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdən ibarətdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk gündən bu konsepsiyanı öz fəaliyyətinin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirib. İctimai Televiziya 80-dən çox xalqın yaşadığı Azərbaycanın dünyaya nümunə olan milli, dini tolerantlıq ənənələrinin təbliğinə böyük önəm verir. Elə haqqında bəhs olunanYeni günü rəngarəng edən cəhətlərdən biriproqramda azsaylı xalqların, milli azlıqların folklor nümunələrinə geniş meydan verməsi ilə bağlıdır.

Salnamə yaradan “Carçıfilm”

İctimai Teleradioda fəaliyyət göstərən “Carçıfilm” Yaradıcılıq Birliyi dünən və bu gün yaşanan tariximizin salnaməsini yaradır, görkəmli sənət adamlarımız haqqında peşəkarlıqla lentə aldığı filmlərlə gələcək nəsillər üçün zəngin irs formalaşdırır. Təkcə ötən il “Carçıfilm”də 140 bədii, sənədli və cizgi filmi dublyaj olunub, 137 veriliş, teleportret və sənədli film hazırlanıb. O cümlədən, yaradıcılıq birliyi tərəfindən akademik Mirəsədulla Mirqasımov haqqında “Qəlblərdə yaşayan ömür”, 20 Yanvar faciəsinə həsr olunan “Yaddaşın izləri”, Xalq artisti Hacıbaba Bağırov haqqında “Aktyor ömrü”, Məhəmməd Əmin Rəsulzadəyə həsr olunanİstiqlal tariximizdən”, Xocalı faciəsinin ildönümünə aidSonuncu gecə”, Xalq artisti Həsən Əbluca həsr olunanYad et məni...”, professor Yaşar Qarayev haqqında “İdrakın üfüqlərində”, Axıska türkləri barədə “Bizim ellər” proqramı, Versal muzeyi haqqında “Dünya incəsənətinin nadir inciləri”, “Tarixin yaddaşı - Şamaxı” və yüksək peşəkarlıqla çəkilən digər filmlər tamaşaçılara təqdim olunub. “Carçıfilm”, həmçinin, respublikamızda yaşayan azsaylı xalqların məişətindən bəhs edən bir-birindən maraqlı verilişlər hazırlayıb. Yaradıcılıq birliyi tərəfindən hazırlanan “Zaqatala abidələri”, “Gələrsən-görərsən” qalası, qədim yaşayış məskənlərimizdən olan Xınalıq, Qala kəndləri, Mərdəkan, Nardaran, Şağan qalaları haqqında verilişlər də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kollektiv Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan “Şərqin Nəqşi-Cahanı” filmini tamaşaçılara təqdim edib.

Bu məqamda vurğulayaq ki, Teleradionun Yayım Şurası özünün 4 fevral 2015-ci il tarixli iclasında Kinodublyaj departamentinin iki fəaliyyət istiqamətinə bölünməsi təklifini təsdiqləyib. Dünyada kino yeniliklərini, yeni ekran əsərlərini, məşhur aktyorların və rejissorların yaradıcılığını əks etdirən, eyni zamanda, yerli kinoxəbərlər və ekranlaşdırılan təzə filmlər haqqında süjetlər hazırlayan “Film Media”nın 60-dan artıq verilişi efirə çıxarılıb.

Eyni zamanda, baş direktorun nüfuzu və şəxsi təşəbbüsü sayəsində son vaxtlar Rusiyadan təmənnasız olaraq minə yaxın cizgi filmi alınıb. Artıq bir sıra cizgi filmlərinin dublyajına start verilib. Departament müstəqil fəaliyyət göstərdiyi qısa müddət ərzində 10-dan artıq bədii filmi dublyaj edib.

İTV həm də böyük maarifçilik missiyası yerinə yetirir

Azərbaycanın görkəmli ziyalılar pleyadasının ənənələrini davam etdirən İctimai Teleradionun yaradıcı kollektivi hazırlanan verilişlərin həm də maarifləndirici mahiyyət daşımasına böyük önəm verir. Son vaxtlarda fəaliyyəti ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinə uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilən Gənclər, elm və təhsil departamenti tərəfindən hazırlanan verilişlərin əsasını sosial və maarifləndirici proqramlar təşkil edir. Proqramlar hazırlanarkən Azərbaycan ədəbi dilinin norma və prinsipləri ciddi şəkildə qorunur. Artıq departamentin “Gənclik həyatı” verilişi yeni formatda hazırlanır, “Salam əsgər” verilişində “Dünya orduları” adlı yeni rubrika açılıb. Geniş tamaşaçı auditoriyasına dolğun informasiyalar çatdıran bu verilişlər həm də maarifləndirici xüsusiyyətləri ilə diqqəti cəlb edir.

İctimai Televiziyanın Musiqi, bədii və əyləncəli verilişlər departamentiöz verilişlərinin əyləncə və maarifçilik xüsusiyyətlərini məharətlə uzlaşdırır. Haqqında bəhs olunan departamentin tamaşaçılara təqdim etdiyi və əslində, “əyləncə” hesab olunan verilişlərinin böyük əksəriyyəti, eyni zamanda, maarifçilik xarakteri daşıyır. Tamaşaçılar “Telemizan”, “Antrakt”, “Bakı vaxtı ilə”, “Səhər sovqatı”, “Ozan məclisi”, “Qadın dünyası”, “Yadigarlar”, “Teleportret”, “Yurd inciləri”, “Ötən əsrin nəğmələri” və digər proqramların maarifçilik xarakterinə yaxşı bələddirlər. Bu qəbildən olan verilişləri izləyərkən tamaşaçı həm böyük zövq alır, dincəlir, eyni zamanda mədəniyyətimiz, ədəbiyyatımız, musiqi xəzinəmiz barədə dolğun məlumat əldə edir.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan. - 2015.- 27 avqust.- S.6.