Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:

- Hicran xanım, bildiyimiz kimi, bu gün Azərbaycan qadınlarının cəmiyyətimizdə mövqeyi çox yüksəkdir. Qadınlar ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində və bir çox sahələrdə aktiv təmsil olunurlar. Bu baxımdan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Sizcə, Mehriban xanım Əliyeva hansı xarakterik xüsusiyyətlərinə görə Azərbaycan qadınına nümunədir?

- Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan qadınları bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri var. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olubindivar. Bu baxımdan, müasir dövrdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. Mən istərdim onun qadının ailədəki rolu və ailəyə münasibəti ilə bağlı dedikləri bəzi fikirləri misal göstərim: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.

Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. Bu ifadələr çox sadədir, eyni zamanda böyük və dərin məna kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyalar ilə yanaşı, mədəni, dini, milli-mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir.

Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban xanım Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.

- Azərbaycan xalqı Mehriban xanım Əliyevanın fəaliyyətini daim dəstəkləyir və yüksək qiymətləndirir. Sizcə, xalqın bu dəstəyinin arxasında hansı amillər dayanır?

- Sizin bu sualınız Mehriban xanımın müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri yadıma salır. O bunu belə izah edir: “Hər şey buya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünüya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.

Bilirsiniz, müasir dünyanın öz tələbləri var. Qloballaşma şəraitinin tələblərindən biri kimi hər bir millət, dövlət özünün varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni-kütləvi, ictimai, sosial layihələr keçirirlər. Azərbaycan müharibə vəziyyətində olmasına baxmayaraq, öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Əlbəttə, bu proses səbir və iradə tələb edir. Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının, milli-mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin, yorulmadan, ancaq davamlı aparılan səylərin bu gün biz müsbət nəticələrini görürük. O, İSESCO-nunUNESCO-nun xoşməramlı səfiri kimi, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya yayılmasında Mehriban xanım Əliyevanın rolu böyükdür. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə çatdırılması istiqamətində aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Əlbəttə, bu onun gördüyü işlərin bir qismidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.

- İyun ayında Azərbaycan mühüm beynəlxalq tədbirə - birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atdı. “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva idi. Sizcə, bu tədbir ölkəmiz üçün hansı üstünlükləri ilə əlamətdar oldu?

- İlk Avropa Oyunlarının yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində Təşkilat Komitəsinin rəhbəri kimi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır. Baxmayaraq ki, birinci Avropa Oyunları ərəfəsində və keçirilən müddətdə bizi istəməyən bəzi qüvvələr ölkəmizin əleyhinə müəyyən təxribatlar törətdilər. Lakin bütün xalqımız ölkə Prezidenti, birinci xanımla birgə bir milli ideya ətrafında birləşdilər. Əlbəttə, bu xalqımızın onlara yüksək inam və etibarından irəli gəlir.

Mehriban xanımın yüksək səriştəsi, məharəti, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimindəki çıxışı bütün dünyaya nümayiş olundu. O, öz timsalında Azərbaycan qadını obrazını yaradaraq qadınlarımızın nələrə qadir olduğunu göstərdi. Bütün dünya bir daha şahid oldu ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycan qadını beynəlxalq səviyyəli tədbirləri təşkil etməyə və keçirməyə qadirdir.

- Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün nəinki Azərbaycan, eləcə də, bir çox ölkələrin ictimai həyatında fəal iştirak edir. Müxtəlif xeyriyyə layihə və proqramlarını həyata keçirməklə yanaşı, Fond aktiv şəkildə Azərbaycanı bütün dünyada təbliğ edir. Bu baxımdan, Fondun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Bildiyiniz kimi, hər bir ölkənin sosial-iqtisadi yüksəlişi bütövlükdə onun inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanda həmin uğurların əsasını Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ləyaqətlə davam etdirilməsi təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərqin aradan qaldırılması istiqamətində addımlar atılmışdır. Dövlət başçımızın cəmiyyətin inkişafına yönəlmiş qərarlar qəbul etməsi, bizi əhatə edən problemlərə böyük həssaslıqla yanaşması Onun vətəndaşlara olan diqqətinin nümunəsidir.

Qeyd etməliyəm ki, ölkə həyatındakı bu dəyişikliklərdə Heydər Əliyev Fonduonun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi işini qarşısına məqsəd qoyan Fond, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiyas. sahələrində maraqlı layihələr həyata keçirir. Həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, internat həyatı başa çatan qızlar üçün yaşayış binasının tikilməsi və digər bu kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəlmişdir.

Mehriban xanımın öz təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində apardığı işlər xüsusilə qeyd olunmalıdır. Məsələn, “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında Qanun” 2010-cu ildə qəbul olunmuşdur. Həmin Qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində Mehriban xanım Əliyeva böyük təşəbbüs göstərmişdir. Bunun nəticəsi olaraq, erkən nikahlar və məişət zorakılığı ilə bağlı cinayətlərin sayı azalmaqdadır. Mehriban xanımın təşkilatçılığı və dəstəyi ilə qadın məsələləri ilə bağlı ölkədə keçirilən beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti vardır. Onların sırasında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Gender bərabərliyi: de-yurede-fakto bərabərliyinin təmin olunması”, Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzularında keçirilən konfransları göstərmək olar.

Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəldilməsinə imkan yaratmışdır. O, ölkənin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə nəinki Azərbaycan Respublikasının, eləcə də, müxtəlif dövlət və beynəlxalq təşkilatların mükafat və fəxri adlarıyla təltif olunmuşdur. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir. O nəinki ölkə qadınları üçün, eləcə də, dünya qadınları üçün örnəkdir.

Biz Azərbaycan qadınları ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə bir daha təbrik edir, ona və ailə üzvlərinə cansağlığı, xeyirxah fəaliyyətlərində, məsuliyyətli və şərəfli missiyanın yerinə yetirilməsində böyük uğurlar arzulayırıq.

 

Yeni Azərbaycan. - 2015.- 25 avqust.- S.2.