Unutmağa kimsə yox...” rus dilində

 

Yazıçı Kamal Abdullanın 2011-ci ildə “Qanun” nəşriyyatında çap olunmuşUnutmağa kimsə yox...” romanı bu dəfə yenidən həmin nəşriyyatda rus dilində işıq üzü görüb. Kitabı rus dilinə tanınmış yazıçı-tərcüməçi Lyudmila Lavrova çevirib.

Romanın qəhrəmanı gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini, xəzinənin yerini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, çiçəkli yazı, romanın süjeti ilə paralel addımlayan yunan miflərində qaldırılan problemlərin özünəməxsus həlli... Bütün bunlar əsər boyu ilk baxışda sadə görünən hadisənin fonunda canlanır və oxucunu öz ağuşuna alaraq aparır.

Roman ilk dəfə çap olunanda Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb oldu. “Unutmağa kimsə yox...” haqda müxtəlif fikirlər, müzakirələr bu gündavam etməkdədir.

Rusdilli oxucular Kamal Abdullanın bu romanı vasitəsilə Azərbaycan ədəbiyyatının təzə bir qatını kəşf edəcək, özlərinin də sakininə çevriləcəyi yeni bir mifopoetik aləmə səyahət edəcəklər.

Yeni  Azərbaycan.- 2015.- 3 dekabr.- S.- 3