Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib

 

Bu tədbirlər nəticəsində əldə edilən uğurlar əhalinin yaşayış şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını da təmin edib

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulanbu gün də Azərbaycanda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Ölkə Prezidenti İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ilielan edilməsi haqqında məlum Fərmanından sonra aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlərin görülməsinə başlanılıb. Sözügedən Fərmanın verilməsi ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin Prezident tərəfindən daim diqqətdə saxlanıldığının daha bir göstəricisidir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir.

Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsir göstərir.

Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında nefttikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb.

Ümumiyyətlə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Bunun nəticəsidir ki, bu gün ölkədə kənd təsərrüfatı sahəsində də ciddi artım müşahidə olunur və əsas hədəflərdən biri qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahənin inkişafına xüsusi önəm verilir. Qeyd edək ki, güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı sosial baxımdan da ciddi önəm kəsb edir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün ölkənin şimal regionunda respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Elə noyabrın 25-də ölkəmizdə ilk dəfə Quba rayonundaFermer evinin istifadəyə verilməsi də bu istiqamətdə atılan növbəti addımdır. Məlumat üçün bildirək ki, Quba rayonunun Timiryazev kəndində pilot layihə əsasında açılan “Fermer evi” 2015-ci ilin respublikada “Kənd təsərrüfatı ilielan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində yaradılıb. Kənd təsərrüfatı naziri Heydər Əsədov açılış mərasimində çıxış edərək dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, həyata keçirilən institusional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə ətraflı məlumat verib. Bildirilib ki, fermerlərə qarşılaşdıqları problemlərin həllində operativ yardım göstərilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Quba rayonundaFermer evipilot layihəsi həyata keçirilib.

Fermer evinin yaradılmasında əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək, dəyər zənciri boyunca olan bütün proseslərdə fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir. Bununla yanaşı, “Fermer evi”ndə fermersahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək.

Heydər Əsədov bildirib ki, fermersahibkarlar burada yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsullarının marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı əlaqəli mübarizə tədbirləri sistemi üzrə məsləhətlər ala biləcəklər. Daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi fermerlərə bazara çıxışı asanlaşdıracaq. Onlar kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatla təmin ediləcək, bilik və bacarıqlarının artırılmasına dəstək veriləcək.

Fermer evinin məsləhətçiləri məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair fermerlərə məsləhət xidməti göstərəcəklər. Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək.

Tədbirdə “Fermer evinin internet portalı barədə də məlumat verilib. Burada fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə videogörüntülər yerləşdirilib. İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerin sualları və ya problemi barədə məlumat aidiyyəti əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq. Beləliklə fermerlərin kompüterya smartfon vasitəsilə “Fermer evinin bütün xidmətlərinə çıxışı təmin edilib.

Yeri gəlmişkən, “Fermer evi”ndə keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədov, eyni zamanda, şimal regionundan olan fermersahibkarlarla görüşüb, onları dövlətimiz tərəfindən sahibkarlığın inkişafı üçün yaradılan güzəştlərdən yararlanmağa səsləyib. Bildirilib ki, bu vaxtadək Xüsusi Komissiyanın qərarına əsasən “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən 3 min 667 istifadəçiyə 11 min 748 ədəd kənd təsərrüfatı texnikasına görə 44 milyon 491 min 79 manat güzəşt tətbiq olunub.

Tədbirdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinqlə verilən 1 milyon 840 min 449 manat məbləğində 148 ədəd kənd təsərrüfatı texnikasına 658 min 839 manat güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 60 ədəd texnikanın istifadəçinin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi məqsədilə xidmət göstərilib.

Beləliklə, görünən odur ki, dövlət tərəfindən aqrar sahəyə göstərilən hərtərəfli diqqət və qayğıdan ölkənin bütün regionlarına, o cümlədən şimal regionuna da pay düşüb. Və həyata keçirilən islahatlar nəticəsində Xaçmazda da kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əldə olunmuş nailiyyətlərin əsas amillərindən biri isə rayonda sahibkarlığın inkişafına geniş meydan verilməsi, bu sahəyə dövlət yardımının ilbəil artırılması, sahibkarların təcrübəsinin reallaşdırılmasıdır.

Xaçmazda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunmuş müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Məlum olduğu kimi, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən biri olan əkinçilik daha çox inkişaf edib. Həmçinin torpaq mülkiyyətçiləri də bu sahədə zəngin təcrübəyə malikdirlər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, eləcə də iqlimcoğrafi şərait də əkinçilikdə uğurlar qazanılmasını təmin edir.

Əkinçilikdən söz düşmüşkən, noyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Qusarçay kəndində tarla şəraitində payızlıq taxıl səpininin qısa müddətdə başa çatdırılmasına həsr olunan regional müşavirə keçirilib. Tədbirdə nazirliyin bitkiçilik şöbəsinin və digər əlaqədar strukturlarının, yerli icra orqanlarının, “AqrolizinqASC-nin, Aqrar Elmİnformasiya Məsləhət Mərkəzinin, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də şimal rayonlarında fəaliyyət göstərən 300-ə yaxın fermer, sahibkar və təsərrüfatçı iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov müşavirədəki çıxışında yüksək məhsuldarlığın əldə olunması üçün şumlamanın, torpaq becərmə işlərinin və səpinin optimal müddətdə aparılmasının vacibliyini vurğulayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov isə fermerlərə payızlıq taxıl əkinlərində sertifikatlaşdırılmış toxumlardan istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində torpağın ənənəvi üsulla şumlanması, müasir texnologiyalar əsasında minimal, tirəli və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin verilməsi prosesi fermerlərə əyani şəkildə nümayiş etdirilib. Tarla müşavirəsində fermerlərlə ətraflı fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, lazımi tövsiyələr verilib.

Yuxarıda sadalananların fonunda onu da vurğulamaq yerinə düşər ki, bu ilin doqquz ayı ərzində Xaçmaz rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Belə ki, cari ilin doqquz ayı ərzində rayon üzrə 1550 hektar sahədə şum qaldırılıb, 1201 hektar sahədə yazlıq bitkilər - 135 hektar sahədə yonca, 659 hektar sahədə kartof, 407 hektar sahədə isə tərəvəz əkilib.

Yeri gəlmişkən, Xaçmazda gələn ilin məhsulu üçün payızlıq taxıl səpininin vaxtında yekunlaşdırılmasını təmin etmək məqsədilə operativ qərargah yaradılıb. Qərargah rayonun təsərrüfatlarında torpaqların qısa müddətdə şumlanması və taxıl səpininin optimal müddətdə başa çatdırılmasında istehsalçılara lazımi yardımların edilməsi istiqamətində fəaliyyət göstərəcək.

Qərargahın yaradılması ilə bağlı ötən ayın əvvəllərində Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında əlaqədar təşkilatların iştirakı ilə toplantı keçirilib. Bildirilib ki, bu ilin oktyabrında havanın yağışlı keçməsi payızlıq taxıl əkininin vaxtında aparılmasına imkan verməyib. Keçən ilin müvafiq dövründə Xaçmaz rayonunda 14 min 204 hektar sahədə səpin aparılıb. Cari ildə isə bu rəqəm ötənilkindən 4 min 600 hektar az olub. Çatışmazlığı aradan qaldırmaq üçün taxıl istehsalçılarına toxum, gübrə və kənd təsərrüfatı texnikası ilə təminatda köməklik göstərilir. Yaradılan operativ qərargahda rayon icra hakimiyyəti, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyi, Toxum müfəttişliyi və inzibati ərazi dairələrinin əməkdaşları təmsil olunurlar.

Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev bildirib ki, taxıl istehsalçıları səpin prosesini sürətləndirmək üçün bütün lazımi texnika ilə təmin olunacaqlar. Bunun üçün nümayəndəliyin balansında 15 adda 50-dək kənd təsərrüfatı texnikası mövcuddur. Bununla yanaşı, ayrı-ayrı istehsalçılarda olan 176 ədəd traktor və 95 ədəd taxılsəpən texnika da əkin prosesinə cəlb olunub. Xaçmazda gələn ilin məhsulu üçün 9 min 601 hektar ərazidə səpin aparılıb ki, bunun da 4 min 766 hektarı buğda, 4 min 835 hektarı arpadır.

Toplantıda bildirilib ki, qərargahın operativ fəaliyyəti taxıl səpinini sürətləndirməli və ötənilki göstəricidən daha çox taxıl əkilməsi təmin edilməlidir. Qeyd edək ki, Xaçmaz rayonu 2015-ci ildə taxıl sahələrində yüksək məhsuldarlığa görə respublika üzrə fərqlənən 7 rayondan biridir. Cari il rayonda taxılın məhsuldarlığı orta hesabla 33 sentner təşkil edib və 31 min 465 hektar sahədən 104 min 157 ton taxıl əldə olunub. Bu, Xaçmaz rayonu üçün rekord göstəricidir.

Eyni zamanda, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamına uyğun olaraq 2007-2014-cü illərdə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manattoxum istehsalçılarına 1,5 milyon manat məbləğində yardım verilib. Son illər torpaq mülkiyyətçilərinin meyvəçiliyə marağının artması nəticəsində rayonda meyvə bağlarının ümumi sahəsi 15347 hektara çatıb. Hazırda rayonda 4000 hektar alma bağı, 3000 hektar fındıq, 1500 hektardan artıq şaftalı bağı var. Üzüm bağlarının ümumi sahəsi 299,6 hektardır. Aqrar sahəyə yüksək dövlət qayğısı nəticəsində kənd təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda kifayət qədər işlər görülüb. Yalama Dövlət Damazlıq müəssisəsinin bazasında ən müasir texnologiyalara əsaslanan pilot heyvandarlıq-südçülük müəssisəsinin yaradılmasına başlanılıb. Bundan başqa, ötən müddətdə “AqrolizinqASC-nin Xaçmaz filialı tərəfindən 1454 nəfər istehsalçıya 70 faiz güzəştlə 1141 ton azotfosfor gübrələri satılıb.

2006-cı ilin iyul ayından başlayaraq Bakı şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayon kənd təsərrüfatı məhsulları istehsalçıları hesabat dövründə də müntəzəm iştirak ediblər. Bütün bunlar isə rayonda aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırıb.

Kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı atılan addımlardan danışarkən bildirmək yerinə düşər ki, rayonun Yeni Həyat qəsəbəsində yerləşən müəssisədə yeməli göbələk növlərindən olan şampinyon yetişdirilir. Sahibkarlar Türkiyə təcrübəsindən yararlanaraq məhsul istehsalını genişləndirmək və yerli bazara rəqabətədavamlı göbələk çıxarmaq niyyətindədirlər. Yeni Həyat qəsəbəsində yaradılan müəssisədə göbələyin yetişdirilməsi üçün ən vacib elementlərdən sayılan xüsusi qarışıq - kompost hazırlanır. Bu qarışığın hazırlanması üçün saman, gips, üzviqeyri-üzvi gübrələrdən istifadə olunur. Kompostun hazırlanması prosesi 15-20 gün çəkir. Bundan sonra kompost sellofan torbalara doldurulur və Türkiyədən gətirilmiş, göbələk sporlarına yayılan toxumlar qarışıqda basdırılır. Göbələyin yetişdirilməsi və hazır məhsulun toplanması isə Bakı şəhərindəki xüsusi istehsalat otaqlarında həyata keçirilir. Son məhsul həmin sexlərdə toplanaraq satışa çıxarılır.

Müəssisənin mütəxəssisi Hızır Akyıldız bildirib ki, normal şərait olarsa, bir ton qarışıqda 250-300 kiloqramadək göbələk yetişdirmək mümkündür. Müəssisə tam gücü ilə işə başladıqdan sonra proses bütünlüklə avtomatlaşdırılacaq. Bundan sonra hər ay 8-9 ton göbələyin yetişdirilməsi üçün lazım olan qədər kompost hazırlanacaq. Yeni Həyat qəsəbəsindəki müəssisədə göbələyin yetişdirilməsi prosesinin ilkin mərhələsi həyata keçirilsə də, gələcəkdə burada istehsalat otaqlarının yaradılması da nəzərdə tutulub.

Qeyd edək ki, şampinyon göbələyinin 200-dən çox növü var. Onların yalnız bir neçə növü yeyilmir. Hazırda dünyada yetişdirilən ümumi göbələk istehsalının 60-75 faizi şampinyonun payına düşür. Bu göbələklərin əsas istehsalçısı və ixracatçısı ABŞ-dır. Şampinyon göbələyi vitaminminerallarla zəngin olduğundan faydalı ərzaq məhsulu sayılır. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Vüsalə CAVANŞİR

Yeni Azərbaycan.- 2015.- 5 dekabr.- S.- 8