Sonsuz dəhliz” “Eurochannelkanalında nümayiş olunacaq

 

11-12 dekabr tarixlərindəXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində beynəlxalqEurochannel” /http://www.eurochannel.com/ televiziya kanalında Xocalı qətliamının qurbanlarına - müasir Avropa tarixinin ən qanlı hadisələrindən birinin şahidlərinə ithaf olunan bir çox beynəıxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçiriləcək. Filmin nümayişi haqqında məlumatEurochannel”ın veb saytında /http://www.eurochannel.com/en/Endless-Corridor-Lithuania.html#sthash.ljQaMbYF.dpuf/ yerləşdirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, saytda bildirilib ki, rejissorları Aleksandras Brokas Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilənSonsuz dəhlizfilmi litvalı jurnalist Riçard Lapaytisin onun müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyib ki, Xocalı qırğını haqda xatirələr onu hələ izləyir.

Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı qeyri-insanı qərar verməsinin sübutudur,  - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.

 

Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını öz əzizlərini təhlükəsiz hesab etdikləriSonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.

 

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. TədbirdəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Sonsuz dəhlizfilmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədənKiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülüb.

 

Sonsuz dəhlizfilmininXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

 Filmin nümayişiXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində TürkiyəninKanal 24”, “CNN Türk,  Albaniyanın Milli Televiziyası İsrailin “Channel 1” televiziya kanallarında da baş tutub.

 

Filmin rejissoru Aleksandras BrokasınEurochannelkanalına da müsahibə verib.

Aleksandras Brokasın müsahibəsini təqdim edirik:

 

- Siz bir litvalı olaraq niyə Azərbaycanda baş verən bir faciə ilə bağlı sənədli film çəkmək qərarına gəldiniz?

- Bir çox keçmiş sovet respublikalarının tarixi bir-birinə bənzəyir. Litva digər Baltik ölkələri bu kimi faciələrin baş verməsinin cəmi bir addımlığında idilər. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı bizim ölkələri öz nəzarətində saxlamağın yeganə yolu olaraq müxtəlif etnik qruplar arasında münaqişələr yaratdı. Bu hadisələrin bir çoxu günümüzə qədər ehtiyatla gizlədilib. Onlar haqqında yalnız indi - 20 il müstəqillik dövründən sonra nəhayət ki, danışmaq imkanı yaranıb.

- Bir tərəfin qəhrəmanı sayılan şəxsi digər tərəf qatil hesab edir. Bu sənədli film heç bir tərəf saxlamadan obyektiv mesaj göndərməyə necə nail olub?

- Biz hadisə ilə bağlı heç bir mühakimə yürütmürdük. Layihədə yer alması üçün dünyanın 15-dən çox ölkəsindən beynəlxalq müharibə jurnalistlərini film peşəkarlarını dəvət etdik. Həmçinin hər iki münaqişə tərəfinə 20 il ərzində ilk dəfə olaraq öz hekayələrini danışmaq imkanı yaradıldı. Bizim missiyamız faciəvi hadisə ilə bağlı faktların toplanması tamaşaçılara öz təəssüratlarının yaranması üçün mümkün qədər çox imkan yaratmaqdan ibarət idi. 

- Qurbanlarla müsahibə zamanı, onların hekayələrini dinləyərkən sizi ən çox təəccübləndirdi?

 - Ümumiyyətlə, müharibə hekayələrinə qulaq asmaq həmişə ağır olur, çünki onlar kədərli olur. Fərqi yoxdur ki, siz münaqişənin hansı tərəfini dinləyirsiniz. Müharibədə qalib tərəf olmayıb. Hər bir münaqişə sonrakı nəsillərə zərbə vurur.

- Ceremi Ayronzun filmi səsləndirməsinə necə razılıq ala bildiniz? Layihənin konsepsiyası ona maraqlı gəldimi?

 

- Ceremi Ayronz demək olar ki, sənədli film yekunlaşdığı zaman layihədə yer almaq qərarına gəldi. İnanıram ki, onuSonsuz dəhlizfilmini səsləndirməyə insan taleyinin faciəvi hekayəsi ilhamlandırdı.

- Siz sənədli filmin beynəlxalq səviyyədə bu qədər uğurlu olacağını gözləyirdinizmi?

 - Biz hələ layihənin başlanğıcında anladıq ki, bu çox həssas faciəvi hekayə beynəlxalq ictimaiyyət tərəfindən yalnız münaqişənin hər iki tərəfinin səsinin sənədli filmdə eşidiləcəyi zaman tanınacaq. Bu, bizim əsas məqsədlərimizdən biri idi. Elə təkcə bu il ərzində keçirilmiş beynəlxalq film festivallarındaSonsuz dəhlizfilminin namizədliyiƏn yaxşı sənədli film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı montaj”, “Ən yaxşı prodüssernominasiyalarında on dəfədən çox irəli sürülüb indiyə qədər beş nüfuzlu mükafata layiq görülüb.

- Haqqında sənədli film çəkmək istədiyiniz başqa münaqişə yaxud faciə varmı?

 - Gələcək filmlərimdə mən daha çox sülh içində vüqarla necə yaşamağın mümkünlüyü haqda danışmaq istəyirəm.

- Hazırda hansısa film layihələri üzərində çalışırsınızmı? Oxuculara onlar haqda nəsə demək istərdinizmi?

 - Hazırda bir neçə layihə üzərində çalışırıq. Onlardan biri insan idrakı onun gündəlik həyatda bizi əhatə edən reallığı nəzarətdə saxlamaq bacarığı haqdadır. Bu film heç nəyin təsadüfən baş vermədiyini qəbul edəndən sonra insan həyatının müsbətə doğru dəyişməsindən bəhs edəcək.

Yeni Azərbaycan.- 2015.- 10 dekabr.- S.6