Əli və
Nino” filminin ABŞ-da premyerası olacaq
Gələn ilin yanvarında “Əli və Nino” filminin ABŞ-da premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri - eyniadlı romanı əsasında çəkilmiş
film yanvarın 21-dən 31-dək ABŞ-da keçiriləcək nüfuzlu “Sundance” beynəlxalq
film festivalında nümayiş
olunacaq.
Heydər
Əliyev Fondundan
AZƏRTAC-a bildiriblər ki,
“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris
Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari
müəllifi isə
“Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde,
Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo
Samariko, Humayon Erşardi, Fəxrəddin
Manafov, Əsad Bub, Numan Akar
və digər məşhur aktyorlar çəkiliblər.
Qeyd edək ki, filmin
çəkilişləri 2015-ci il fevralın
24-dən iyun ayınadək
davam edib. Çəkilişlər Bakıda,
tarixi İçərişəhər
küçələrində və paytaxtın bir sıra digər
məkanlarında, Qobustan
və Xınalıqda
aparılıb.
Filmin yaradıcı
heyəti ilk gündən
ssenariyə, səviyyəli
komandaya, çəkiliş
üçün gözəl
məkanlara və güclü aktyor heyətinə əsaslanaraq
ekran əsərinin böyük uğur qazanacağına əminliyini
bildirmişdi.
Bu uğur ilk dəfə
olaraq “Sundance” beynəlxalq
film festivalında geniş
ictimaiyyətə təqdim
ediləcək. ABŞ-ın
Yuta ştatının
Park Siti şəhərində
təşkil olunacaq
festival 1985-ci ildən keçirilir.
Bu il 31-ci dəfə təşkil ediləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.
Yeni Azərbaycan.- 2015.- 11 dekabr.- S.3