Əlizadə Əsgərlinin “Xəlil Rza Ulutürk” kitabı nəşr olunub

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlizadə Əsgərlinin “Xəlil Rza Ulutürk” kitabı işıq üzü görüb. Kitab müəllifin uzun illər Xəlil Rza Ulutürkün yaradıcılığı ilə bağlı apardığı tədqiqatların əsasında hazırlanıb.

Monoqrafiyada milli özünüdərk, milli şüur, milli mənlik şüuru, milli idealxalq taleyi kimi məsələlərin izahına yer verilib. Əsərin birinci bölməsində Xəlil Rza Ulutürkün elmi tərcümeyi-halı verilib, ikinci bölmədə isə böyük şairmizin milli özünüdərkin şüur və məfkurə qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq əks olunub. Bu bölmədə X.R.Ulutürkün milli mənlik şüurunun xüsusiyyətləri, istiqlalçılıq, türkçülük, vətənçilik, xalqçılıq və geniş surətdə azərbaycançılıq baxışları tədqiq olunub.

Kitabın üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci bölmələrində də Xəlil Rza Ulutürkün həyat və fəaliyyətini özündə ehtiva edən məqamlar əksini tapıb. Belə ki, bədii yaradıcılığı ilə yanaşı şairin ictimai xadim kimi fəaliyyəti də hərtərəfli təqdim olunur, böyük ədibin sosial-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi gerçəklik zəminində şairin milli xarakterinin təkamülü və digər məsələlərə geniş yer verilib.

Bütövlükdə, bu nəşr xalqımızın vətənpərvər şairinin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün geniş və əhatəli vəsaitdir.

Qeyd edək ki, kitabElm və təhsil” nəşriyyatında çap olunub.

Yeni Azərbaycan.- 2015.- 16 dekabr.- S.- 7