Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biriturizm sektorudur

 

Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin qərb regionunda da turizmin inkişafı üçün əlverişli şərait yaradılıb

Hazırda dünyanın əksər ölkələri qlobal maliyyə böhranının fəsadları ilə baş-başa qaldıqları halda, Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Bunun da köklü səbəbləri var. Daha doğrusu, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Belə ki, hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır: “Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi”.

Birinciikinci Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açdı, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaratdı. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi Azərbaycanda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir.

Yeri gəlmişkən, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Nəzərə almaq gərəkdir ki, bu inkişaf məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Bunun fonunda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artım tempinə malik olub.

Heç şübhəsiz, ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biriturizm sektorudur. Məlum olduğu kimi, Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbu istiqamətdə atılan addımlar ölkənin hər yerində, həmçinin qərb regionunda, o cümlədən, Naftalan şəhərində, artıq öz bəhrəsini verir. Məlumdur ki, Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort-sanatoriya xidməti təşkil edir. Çünki bura ilk olaraq Naftalan nefti ilə məşhurdur. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. Naftalan neftinin hikməti isə hamıya bəllidir. Unikal müalicəvi əhəmiyyətə malik olan bu neftin dünyada analoqu yoxdurbundan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən Naftalan neftinin hərəkət-istinad, neoloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti var. SSRİ dönəmində Naftalan Kurortu İttifaqda fəaliyyət göstərən kurortlar arasında öz müalicəvi əhəmiyyətinə və 80-85 faiz effektlik əmsalına görə ön sırada olub. Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir.

Eyni zamanda, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalanda geniş tədbirlər həyata keçirilib. Hazırda dövlət başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk”.

Beləliklə, bu gün kurort şəhəri özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada aparılan hər bir tikinti, quruculuq işləri Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevirir.

Onu da qeyd edək ki, son üç ildə şəhərdə üç beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - Chinar Hotel & Spa Naftalan, Naftalan Hotel by RixosGarabag Resort & Spa istirahət sağlamlıq mərkəzi tikilib istifadəyə verilib. Naftalan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həm hotel və istirahət, həm də müalicə mərkəzi kimi Naftalana müalicə və istirahətə gələn yerlixarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada hər cür şərait yaradılıb. Bütün bunların nəticəsində şəhərin uğurlu inkişafı təmin edilir, yeni yerləri açılır, gənclər işlə təmin olunur, eləcə də əhalinin güzəranı yaxşılaşır.

Hazırda Naftalanda 2000 yerləşmə yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastruktura malik bu mərkəzlərdə yaradılan şərait turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.

Yeri gəlmişkən, unikal müalicəvi əhəmiyyətə malik Naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı görülən işlərin nəticəsidir ki, son beş illə müqayisədə bu kurort şəhərinə istirahət, əsasən də müalicəyə gələn yerlixarici qonaqların sayı 5 dəfə artaraq 15000 nəfərə çatıb. Eyni zamanda, xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunur. 2015-ci ilin ötən dövründə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 2500 nəfər xarici turist gəlib.

Digər tərəfdən, ölkə başçısının tapşırığına uyğun olaraq Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar, bu kurort şəhərinə Azərbaycandan kənarda da marağın artmasına səbəb olub. Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır. 2011-ci ildə Naftalan şəhəri ilə Fransanın Leql, 2013-cü ildə İtaliyanın Pozitano, 2014-cü ildə isə Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Sözügedən şəhərlərlə Naftalan şəhəri arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə də əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

Bu ilin 9 ayı ərzində turizmin inkişafı istiqamətində atılan addımlardan danışarkən onu da vurğulamaq yerinə düşər ki, bəhs edilən dövr ərzində qardaşlaşmış Polşanın Uneyov şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naftalana səfəri xüsusilə yaddaqalan olub. Qonaqlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə layiq olduğunu bildirib və xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulayıblar.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır. Plana əsasən turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur. Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvanquşçuluq fermasının tikintisi məsələləri də yer alıb.

Məlumatlara əsasən, Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması və dünya bazarında satışı nəzərdə tutulub.

Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli hava limanının tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişinin rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-hotel kompleksinin tikintisi işləri aparılır.

Ümumilikdə Dövlət proqramlarında Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası, həmçinin sahibkarların fəaliyyəti üçün yaradılan əlverişli şərait, onlara dövlət tərəfindən verilən hərtərəfli dəstəyin nəticəsində bu kurort şəhəri gündən-günə inkişaf edərək dünyanın ən gözəl, təmiz və ən müasir kurort şəhərlərindən birinə çevrilir.

Bir sözlə, görünən oldur ki, bu ilin doqquz ayı ərzində Naftalan sürətli inkişaf tempini daha da artırıb. Ölkə başçısının bu kurort şəhəri ilə bağlı fikirlərinin və tapşırıqlarının həyata keçirilməsi istiqamətində artıq şəhərdə əsaslı işlər görülüb və hazırda da davam etdirilir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2015.- 18 dekabr.- S.8