Berlin Humboldt Universitetində Azərbaycan multikulturalizmindən bəhs edilib

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniyanın Berlin Humboldt Universitetinin dəvəti ilə bu ali məktəbdə təhsil alan yerli xarici tələbələrə, həmçinin burada fəaliyyət göstərənAzərbaycan tarixikafedrasının əməkdaşlarınaKitabi-Dədə Qorqud Fridrix fon Dits-200” mövzusunda mühazirə oxumaq üçün bu ölkəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, universitetinAzərbaycan tarixikafedrasında təşkil olunan görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev iştirakçılara ölkəmizdəki tolerant mühit, burada yaşayan müxtəlif azsaylı xalqların etnik qrupların dil, din mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin Azərbaycan modelini formalaşdıran Azərbaycan xalqının keçmişi bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin müxtəlif aspektləri ilə bağlı ətraflı məlumat verib.

Sonra Dövlət müşaviriKitabi-Dədə Qorquddastanının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan burada göstərilən tədbirlər planına əsasən müxtəlif dövlət qurumlarının həyata keçirdiyi tədbirlərdən söhbət açıb.

Kamal Abdullayev 200 il öncə görkəmli alman şərqşünası diplomatı Fridrix fon Ditsin Azərbaycan xalqınınKitabi-Dədə Qorquddastanına verdiyi dəyəri, bununla bağlı qələmə aldığı mükəmməl elmi araşdırmanı dastanın bir boyunun alman dilinə tərcümə edilərək 1815-ci ildə Berlində çap etdirməsini türk dünyası üçün önəmli hadisə hesab etdiyini bildirib. Dövlət müşaviri bu gün gələcəkdə ölkəmizdə Fridrix fon Dits şəxsiyyəti ilə birbaşa bağlı olan tədbirlərin keçiriləcəyini dilə gətirib. Kamal Abdullayev bütün bu tədbirləri böyük alman alimi diplomatına, türk Şərq vurğunu olan Fridrix fon Ditsə bizlərin bir vəfa borcu kimi xarakterizə edib.

Görüşdə iştirak edən universitetin müxtəlif kafedralarının əməkdaşları, professorlar tələbələr Kamal Abdullayevə həm ölkəmizdəki multikultural durum, həm Kitabi-Dədə Qorquddastanı ilə bağlı müxtəlif suallar ünvanlayıblar.

Dövlət müşaviri sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 25 dildə hazırladığı “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” kitablar toplusunuözünün alman dilində nəşr olunmuş “Yarımçıq əlyazma” romanını universitetə hədiyyə edib.

Yeni Azərbaycan.- 2015.- 18 dekabr.- S.3