Azərbaycanın regionlarında sahibkarlığın inkişafına davamlı dəstək verilir

Bölgələrdə yaradılan yeni sahibkarlıq subyektləri hesabına son illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib

Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Əsas məqam budur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.

Digər tərəfdən, regionlarda yaradılan yeni sahibkarlıq subyektləri hesabına son illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Regionlarda yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Son 12 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Daşkəsəndə qızıl emalı, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb.

Bütövlükdə, dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsalemal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni yerlərinin açılmasına imkan yaradıb.

Yeri gəlmişkən, dekabrın 17-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Qobustan rayonunun Çuxanlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunda bu məsələlər geniş müzakirə olunub. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qobustanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Səksən nəfərə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İşgüzar forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Qobustan rayonundan olan 335 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 63,7 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl marketin, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, nəticədə 5600-dən çox yeni yerinin açılmasına imkan yaradılıb.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 55 sahibkar 580 min manat güzəştli kredit alıb. Kreditlər əsasən heyvandarlıq, arıçılıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni yerinin açılması mümkün olacaq. Həmçinin forum çərçivəsində Qobustanda dövlətin güzəştli krediti ayrılan arıçılıq təsərrüfatlarına baxış keçirilib. Qeyd edək ki, ümumilikdə, indiyədək arıçılığın inkişafı ilə bağlı 340-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 4,3 milyon manat güzəştli kredit verilib.

Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində keçirilən işgüzar forum çərçivəsində də regionlarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə dair məsələlər müzakirə mövzusu olub. Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Maliyyələşdirilən investisiya layihələrinin reallaşması hesabına 80-dən çox yeni yerinin açılması mümkün olacaq. Ümumilikdə, 130-a yaxın sahibkarın iştirak etdiyi forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şəkidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib. Forum çərçivəsində Şəki rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet sayılan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1914 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 96,5 milyon manat güzəştli kreditin verildiyini diqqətə çatdırıb. Bildirilib ki, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarının, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi 8700-dək yeni yerinin açılmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, indiyədək Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkara bu gün keçirilən işgüzar forumda verilən kreditlər də daxil olmaqla, 28,1 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Şəki rayonunun Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılan taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib. Ümumiyyətlə, son illər respublikamızda tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 milyon manat güzəştli kredit verilib. Artıq bu anbarlardan 21-i fəaliyyət göstərir.

Beləliklə, Azərbaycanın regionlarında yaradılan yeni sahibkarlıq subyektləri hesabına son illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Ümumilikdə isə, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2015.- 19 dekabr.- S.7