“Millətlər lirası”
festivalında azərbaycanlı rəqqasları
alqışlarla qarsıladılar
“Kreml v İzmaylovo” Rus Mədəniyyət Mərkəzində “Art-Kreml” qalereyasının yaradılmasının birinci ildönümünə həsr edilmiş “Millətlər lirası” adlı simpozium keçirilib.
Qalereyanın direktoru Natalya Medvedeva tədbirin qonaqlarına bu qurumun işinin ilk ilinin yekunları barədə məlumat verib. Qalereya üçün qısa sayıla biləcək bu müddətdə “Art-Kreml” ərazisində yaşlılara və uşaqlara incəsənətin və müxtəlif peşələrin öyrədilməsi üçün emalatxanalar açılıb, burada mütəmadi olaraq müxtəlif maraqlı sərgilər keçirilir. Belə sərgilərdən biri - “Aleksandr Maskayevin nağıl dünyası” sərgisi sonradan Kazan Ermitajına dəvət edilib. Direktorun sözlərinə görə, bu qısa müddətdə qalereya mədəni-əyləncə mərkəzindən rus mədəniyyət mərkəzinə çevrilib.
Natalya Medvedeva deyib: “Bu gün sizin hamınızı “Millətlər lirası” millətlərarası yaradıcılıq simpoziumuna dəvət etmişik ki, bizim qalereyanın və İzmaylovo Kremlinin bizə yaxın milli mədəniyyətlərin dəstəklənməsi, milli incəsənət və peşə növlərinin inkişafı məcrasında inkişaf imkanlarını birlikdə müzakirə edək”.
2016-cı
il Rusiyada
Yunanıstan ili elan edilib. Bununla əlaqədar,
bayram tədbirinin bədii hissəsi böyük zalda yunan müğənnisi Ariadna Prokopidunun çıxışı ilə
başlanıb. Konsert proqramı
Yuan Tsuan və Svetlana
Platonovanın ifaları
ilə davam edib. Sonra Rusiya-Azərbaycan Dostluq Mərkəzinin xüsusi dəvəti ilə Azərbaycan rəqs kollektivinin ifa etdiyi xalq
rəqsi tamaşaçılara
çox güclü təsir bağışlayıb.
Bütün tamaşaçılar bu artistlərin çıxışını yüksək peşəkar
səviyyəli ifa kimi qiymətləndiriblər.
Gənc rəqqaslar ifa etdikləri qədim rəqs barədə tamaşaçılara ətraflı
məlumat veriblər.
Azərbaycandan olan gənc
rəqqasların çıxışı
Bakıda doğulmuş
Ariadna Prokopidunu da çox mütəəssir
edib. Müğənni
hamıya müraciətlə
deyib: “Uzun illər boyu Yunanıstanda yaşadığıma
baxmayaraq, mən özümü həmişəlik
bakılı hesab edirəm. Öz soy-köklərinizi unutmayın”.
Rusiya Vəkillər
Gildiyası prezidentinin
müşaviri Cəmil
Sadıqbəyov da bu bayramda öz
xalqının musiqisini
dinləməyə çox
şad olub. Bakı haqqında
deyilən sözlər
isə Cəmil Rafiq oğlu üçün, onun öz təbirincə desək, “məlhəm” olub. Qonaq əsasən etnik
mətbuat məsələləri
ilə məşğul
olan “Kultura mira” Ümumrusiya Etnik Jurnalistlər Konqresinin işi barədə söhbət
açıb. Cəmil
Sadıqbəyov deyib:
“Biz göstərməliyik ki,
bütün müharibələr
sülhlə başa çatır. Bunun üçün bizim mədəniyyətimiz, ənənələrimiz,
adətlərimiz ilə
tanış olmağa gələn insanlardan ötrü mümkün qədər çoxlu tədbirlər keçirməyə çalışırıq.
Ən başlıcası - jurnalistlər
bu barədə düzgün, vicdanla və adekvat şəkildə yazmağa
çalışmalıdırlar”.
C.Sadıqbəyov çıxışının sonunda bayramın bütün qonaqlarını
sevimli Bakıya dəvət edib.
Yeri gəlmişkən,
doğma şəhərinin
Cəmil Sadıqbəyov
üçün böyük
əhəmiyyət kəsb
etməsi belə bir faktla da
təsdiqlənir ki, o
hələ 2002-ci ildə
Moskvada “Bakılılar”
adlı klub yaratmaq təşəbbüsünü
irəli sürmüşdü.
“Çoxmillətli vahid
Rusiya mədəniyyəti
məkanında estetik
obrazların müxtəlifliyi”
mövzusunda dəyirmi
masa iclasında Rusiya-Azərbaycan Dostluq Mərkəzinin ekspertləri
Vladislav Kalxidov və Aleksandr Əlixanov da çıxış ediblər. Vladislav
Kalxidov deyib: “Mərkəzin vəzifəsi
ilk növbədə hər
iki ölkənin xalqlarını qonşuların
mədəniyyəti və
ənənələri ilə
tanış etməkdir.
Biz həm Moskvada,
həm də Bakıda sərgilər təşkil edirik, müxtəlif layihələr
üzərində düşünürük,
Rusiyada və beynəlxalq məkanlarda keçirilən forumlarda iştirak edirik. Azərbaycanda adamların çoxunun
rus dilini bilməsi bizim işimizi xeyli asanlaşdırır”.
Rusiya Dövlət
Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri
Dmitri Savelyev iki ölkə arasında mədəni əlaqələrin
möhkəmlənməsi ilə məşğul olan birliklər yaradılmasını yüksək
qiymətləndirib. D.Savelyev əmindir: “Rusiya və Azərbaycan əsrlər boyu mehriban qonşular
olub. Xoşagələn haldır ki, bu dostluq
münasibətləri nəinki itirilməyib, həm də fəal
inkişaf edir. Xalq haqqında ən yaxşı məlumatı
onun mədəniyyəti, onun
ənənələri verə bilər. Əməkdaşlığı
davam etdirmək niyyətində olan hər kəs ilk
növbədə bunlarla tanış
olmalıdır”.
Yeni Azərbaycan.- 2015.- 3 dekabr.- S.- 3