Bakıda III Regional İnternet
İdarəçilik Forumu
keçirilir
Hafiz Paşayev: İnformasiya texnologiyalarının inkişafı
və onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir
“Bakutel 2015” XXI Azərbaycan
Beynəlxalq Telekommunikasiya
və İnformasiya Texnologiyaları sərgi-konfransı
çərçivəsində dekabrın 3-də Bakıda
“İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda
III Regional İnternet İdarəçilik
Forumu (RİİF) işə
başlayıb. Azərbaycanın
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının
(UNDP) və “ADA” Universitetinin
təşkilatçılığı ilə keçirilən və iki gün
davam edəcək forumun rəsmi tərəfdaşları isə
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə
Departamenti (UNDESA) və
İnternet İdarəçilik
Forumudur (IGF).
AZƏRTAC
xəbər verir ki, forumun rəsmi
açılışında “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun
dekanı, elmlər doktoru Muhammadu Kah forumun informasiya
kommunikasiya texnologiyaları
(İKT) sektorunun inkişafı
üçün əhəmiyyətindən
danışıb. Bildirib
ki, yeni texnologiyaların işlənib
hazırlanması yüksək
fəaliyyət tələb
edir və davamlı inkişafın təmin olunmasında əsas rol oynayır:
“Regionda yeni İKT iqtisadiyyatının yaradılmasına
ehtiyac var. Keçirilən
forum bu işin daha da təkmilləşdirilməsinə
öz töhfəsini
verən platforma olacaq. Bununla da İKT və
innovasiyalı iqtisadiyyat
qurulacaq, tələbələrin
yeni startaplar və İKT innovasiyaları
yaratmalarına stimul verəcək. Nəticədə isə yüksək ixtisaslı gənclərə
və kadrlara olan tələbatın təmin edilməsi mümkün olacaq”.
“ADA” Universitetinin bu
ekosistemə dəstək
verdiyini deyən Muhammadu Kah bildirib
ki, universitet bu sahədə fəaliyyət göstərən
qurumlarla əməkdaşlıq
edir. O deyib: “ADA” Universitetində
informasiya texnologiyaları
sahəsi üzrə
4 proqram icra olunur. III Regional İnternet
İdarəçilik Forumu
isə rəqəmsal
iqtisadiyyatın inkişafına
öz töhfəsini
verəcək”.
“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin universitet üçün əhəmiyyətini
qeyd edərək deyib: “Çox şadıq ki, III Regional İnternet İdarəçilik
Forumu “ADA” Universitetində
keçirilir və bu, bizim üçün
çox vacibdir. Əminik ki, bu forum universitetin
İKT fakültəsinin tələbələri
üçün əhəmiyyətli
olacaq. Çünki informasiya texnologiyaları
gənc nəslin həyatının bir hissəsidir. Əsas məsələ
isə gənclərin
bu imkanlardan necə faydalanmasıdır”.
BMT ilə “ADA” Universitetinin müxtəlif sahələrdə
əməkdaşlıq etdiyini
deyən Hafiz Paşayev
bildirib ki, İKT sahəsi universitet üçün prioritetdir:
“Enerji iqtisadiyyatının
şaxələndirilməsi üçün bu forum mühüm rol oynayacaq. Çünki informasiya texnologiyalarının
inkişafı və onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir”.
Azərbaycanın Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyinin internet, idarəçilik
forumu katibliyi layihəsinin rəhbəri
Nəriman Hacıyev qeyd edib ki,
forumun keçirilməsində
məqsəd daha səmərəli, effektiv
regional iqtisadi inkişafa
və mədəni irəliləyişə nail olmaq
üçün internetin
tətbiqinin müxtəlif
yollarını nümayiş
etdirməkdir. Həmçinin, forum
regional İKT inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə
təcrübə mübadiləsi
və əməkdaşlıq
qurması, bu sahədəki problemlərin
birgə müzakirəsi
və maraqlı innovativ layihələrin nümayişi üçün
platformadır.
Azərbaycanda diplomatik fəaliyyəti
başa çatan BMT-nin rezident əlaqələndiricisi,
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek
deyib: “Azərbaycan
İKT sahəsində BMT-nin
siyahısında yüksək
pillədə qərarlaşıb.
Biz təklif edirik
ki, digər ölkələr Azərbaycanın
bu sahədəki qazandığı təcrübədən
bəhrələnsin və
istifadə etsin.
BMT bu sahənin
daha da inkişaf
etdirilməsi üçün
Azərbaycana daim dəstək olacaq”.
Son illər Azərbaycanda
İKT sektorunun inkişafı
üçün mühüm
addımların atıldığını
deyən A.Broek qeyd edib ki,
bunun nəticəsində
də Azərbaycan
İKT sahəsində öz
sözünü deyən
ölkəyə çevrilib.
Forumun informasiya texnologiyalarının
inkişafına mühüm
töhfələr verəcəyini
deyən BMT-nin İqtisadi və Sosial Məsələlər
üzrə Departamentinin
(UNDESA) idarəetmə və
ictimai administrasiya üzrə baş mütəxəssisi Vyaçeslav
Çerkasov qeyd edib: “İKT sahəsinin inkişafı bu günün ən aktual məsələlərindəndir.
Müxtəlif qurumlar və
şirkətlər isə
bu sahənin daha da təkmilləşdirilməsi
üçün mühüm
layihələr reallaşdırırlar.
Çünki müasir dövr
və qloballaşan dünya bunu tələb edir”.
Forum çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və innovasiya üçün kiber-təhlükəsizlik - regional kiber-təhlükəsizlik alyansları təşəbbüsləri”, “Texnologiyanın gələcəyi 2016-2020 - proqnozlar nələrdən xəbər verir”, “Ağıllı cəmiyyət strategiyası - hökumətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edirlər”, “Sosial media və paylaşma iqtisadiyyatı” və “İqtisadi şəxələndirilmənin İKT innovasiyalar mühitinə təsiri” kimi mövzular müzakirə olunur. Tədbirdə 250 nəfərdən çox Azərbaycan və digər ölkələrin hökumət, biznes və diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri internetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşıblar. Ötən illərdə olduğu kimi, builki forumda da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya İnternet Korporasiyası (ICANN) və digər beynəlxalq qurumların nümayəndələri iştirak edirlər. Tədbirin sponsoru “Nar” şirkətidir.
Qeyd edək ki,
Regional İnternet
İdarəçilik Forumu 2012-ci ildə
Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və
hər il keçirilir.
Tədbirə BMT-nin İqtisadi
və Sosial Məsələlər üzrə
Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi
dəstək verir.
Yeni Azərbaycan.-
2015.- 5 dekabr.- S.- 8