İDEA
və UNCCD arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak ediblər
Xəbər
verdiyimiz kimi, Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə
21-ci Konfransı (COP21) keçirilir.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransda
iştirak ediblər.
Birinci
xanım Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21
Konfransının baş katibi, səfir Pier Henri Quiqnard
qarşılayıb.
Noyabrın
30-da başlayan bu Konfransın əhəmiyyətini və
müzakirəyə çıxarılan məsələlərin
aktuallığını tədbirdə 150-dək dövlət
və hökumət başçısının iştirak
etdiyi bir daha təsdiqləyir. Konfransda müzakirəyə
çıxarılan mövzulardan biri dünyada istixana
qazlarının azaldılması və iqlim dəyişikliyi
ilə mübarizə çərçivəsində
diskussiyaların keçirilməsidir.
Mehriban
Əliyeva və Leyla Əliyeva tədbirin keçirildiyi məkanla
tanış olublar.
Dekabrın
11-dək davam edəcək Konfransın təşkil
olunduğu məkanda müxtəlif ölkələrin
pavilyonları qurulub.
Mehriban
Əliyeva və Leyla Əliyeva pavilyonları gəziblər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva Avropa üzrə Regional
Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində
təşkil etdiyi “Az karbonlu inkişaf və iqlim
dayanıqlılığı üçün innovativ
yanaşmalar” mövzusunda tədbirdə çıxış
edib.
Bu tədbir
Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya
ölkələrində davamlı inkişafın təmin
edilməsi, həmçinin ətraf mühitin mühafizəsi
istiqamətində həyata keçirilən tədbirlərə
həsr olunub. Tədbirə xüsusi qonaq qismində dəvət
olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini
bölüşüb və təsisçisi və rəhbəri
olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən
danışıb.
Leyla
Əliyeva çıxışında bəşəriyyətin
qarşılaşdığı aktual ekoloji problemlərə
toxunub və onların həlli yolları barədə təkliflərini
bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək
nəsillər qarşısında mənəvi öhdəliyi
ekosistemin, eləcə də nadir flora və fauna növlərinin
yaşaması və inkişaf etməsi üçün
şərait yaratmaqdan ibarətdir. Bu hədəfə
çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə
bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin
deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir.
Leyla
Əliyeva deyib: “Təbiətdən qiymətli və
füsunkar heç nə yoxdur. Təbiət heç kəsə
məxsus deyil. O bizə verilib və bizim də vəzifəmiz
onu növbəti nəsillərə ötürməkdir.
Ətraf mühiti qorumaq məqsədilə yeni həll
yollarını tapmaq üçün əməkdaşlıq
etməliyik. Heç bir ölkə bu problemi təklikdə həll
edə bilməz.
Əziz
dostlar, bu gün sizə öz təşkilatımız IDEA -
Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq
İctimai Birliyi haqqında məlumat vermək istəyirəm.
Təşkilat 4 il bundan əvvəl Azərbaycanda təsis
edilib. Azərbaycan qədim ənənələr və zəngin
tarixə malik, Şərq ilə Qərbin qovuşuğunda
yerləşən bir ölkədir. Azərbaycan, həmçinin
başı qarlı dağlar, çaylar, göllər,
böyük meşələr, çəmənliklər və
ovalıqlar diyarıdır. Mövcud 11 iqlim
qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə
zəngin biomüxtəliflik verir. IDEA-nın əsas məqsədi
gənc nəslin nümayəndələrini həm ölkə
daxilində, həm də xaricində ətraf mühiti
qorumağa cəlb etməkdir”.
Çıxışda,
həmçinin ekoloji təhdidlərin sərhəd
tanımadığı və heç bir dövlətin bu təhlükədən
sığortalanmadığı xüsusi vurğulanıb. Bu
səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti
vacibdir.
Leyla
Əliyeva tədbir iştirakçılarına Azərbaycanın
səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin
flora və faunası, eləcə də münbit iqlim şəraiti
barədə ətraflı məlumat verib. Bu xüsusda,
ölkəmizdə təbiətin və ətraf mühitin
mühafizəsi sahəsində görülən işlər
və müşahidə olunan irəliləyişlər diqqətə
çatdırılıb. Çıxış zamanı IDEA
İctimai Birliyinin fəaliyyəti, o cümlədən
ölkəmizdə və regionda ekoloji problemlərin aradan
qaldırılması, biomüxtəlifliyin mühafizəsi,
davamlı inkişafın təşviqi, cəmiyyətimizdə
heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin
ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi
və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən
də bəhs edilib.
Bu
yaxınlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı - FAO-nun xoşməramlı səfiri təyin
olunduğunu bildirən Leyla Əliyeva IDEA-nın xətti ilə
həyata keçirilən layihələr haqqında
danışıb. Bildirib ki, təşkilatın son iki ildə
fəaliyyətinin əsas istiqamətlərindən biri nəsli
kəsilməkdə olan heyvan növlərinin
qorunmasıdır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycanda biz
özümüzün Qafqaz beşliyini yaratmışıq.
Bunlar qonur ayı, qartal, boz qurd, ceyran və Qafqaz bəbiridir.
Nəsli kəsilməkdə olan bu heyvan növlərinin
davamlı mühafizəsi təşkilatımızın əsas
məqsədlərindəndir. Ötən bir neçə ildə
ceyranın regionumuzda vəhşi təbiətə
buraxılması yolları üzərində
çalışmışıq, birinci Qafqaz Biomüxtəlifliyi
Sammitini Bakıda təşkil etmişik və burada məqsədimiz
pələngin ardınca Qafqaz bəbirinin nəslinin kəsilməsinin
qarşısını almaq idi. Nərə
balığının yetişdirilməsi və Xəzər
dənizinə buraxılması layihəsi üzrə Blue
Marine Fondu ilə əməkdaşlığa başlamışıq.
Bu, çox maraqlı layihə olacaq. Başlıca vəzifəmiz
bütün bu gözəl heyvan növlərini mühafizə
etməkdir. Biz nə qədər texnoloji təşkilat, tarixi
abidə və mədəni artefakt ortaya çıxarsaq da,
heç nə təbiət qədər gözəl və
müqəddəs ola bilməz. Təbiətin müalicəvi
gücü var və o bunu bizə qarşılıqsız
olaraq verir. Hər kəs təbiətin və planetimizin
mühafizəsinə kömək etmək üçün əlindən
gəldiyi qədər töhfə verə bilər. Hər
kiçik addım müsbətə doğru dəyişikliyə
səbəb ola bilər”.
Çıxış
tədbir iştirakçılarının geniş marağına
səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA
İctimai Birliyinin fəaliyyəti ilə bağlı
auditoriyanın suallarını cavablandırıb.
Mərkəzi
və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin
(REC) icraçı direktoru Marta Jiqeti Bonifert də IDEA-nın
fəaliyyətini yüksək dəyərləndirib və
digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin
faydalı olacağına əminliyini bildirib.
Marta
Jiqeti Bonifert deyib: “Bu masa ətrafında əyləşən
bir çox tərəflərlə, həmçinin IDEA ilə
işləməkdən məmnunuq. Mən ümid edirəm
ki, Leyla Əliyeva gələcəkdə vacib təşəbbüs
kimi bu işləri davam etdirəcək və burada
toplaşanlar da bu təşəbbüsə qoşularaq yerlərdə
uşaqlarla və gələcək nəsillərlə
bağlı müəyyən nailiyyətlər əldə edəcəklər.
Çünki biz planetimizi yalnız birlikdə daha
yaxşı məkana çevirə bilərik”.
Yeni Azərbaycan.-
2015.- 8 dekabr.- S.3