“Sonsuz dəhliz” “Eurochannel” kanalında nümayiş olunacaq
11-12 dekabr tarixlərində
“Xocalıya ədalət!”
təbliğat-təşviqat kampaniyası çərçivəsində
beynəlxalq “Eurochannel”
/http://www.eurochannel.com/ televiziya kanalında Xocalı qətliamının qurbanlarına
- müasir Avropa tarixinin ən qanlı hadisələrindən
birinin şahidlərinə
ithaf olunan və bir çox
beynəıxalq mükafatlara
layiq görülmüş
“Endless Corridor” (“Sonsuz dəhliz”)
sənədli filminin nümayişi keçiriləcək. Filmin nümayişi
haqqında məlumat
“Eurochannel”ın veb saytında
/http://www.eurochannel.com/en/Endless-Corridor-Lithuania.html#sthash.ljQaMbYF.dpuf/
yerləşdirilib.
Avropa Azərbaycan Cəmiyyətindən
(TEAS) verilən məlumata
görə, saytda bildirilib ki, rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının
əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz
dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin onun müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və
Xocalı qırğınını
işıqlandırmasından 20 il sonra Azərbaycana
yenidən səfərindən
bəhs edir. Riçard Lapaytis deyib ki, Xocalı qırğını haqda
xatirələr onu hələ də izləyir.
“Xocalı faciəsi insanların digərlərinin
taleyi ilə bağlı necə rüsvayçı və
qeyri-insanı qərar
verməsinin sübutudur”, - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.
Xocalıda ölümün pəncəsindən
xilas olanlar erməni bombardmanından qaçışlarını və
öz əzizlərini
təhlükəsiz hesab
etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək
dağlayan hekayələrlə
xatırlayırlar.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun
1-də Londonda Britaniya
Film və Televiziya İncəsənəti Akademiyasında
(BAFTA) keçirilib. TədbirdəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
“Sonsuz dəhliz”
filmi beynəlxalq kino tənqidçilər
tərəfindən yüksək
qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən “Kiçik
Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin
ən yüksək mükafatına layiq görülüb.
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat
kampaniyası çərçivəsində
bu ilin fevral
ayında İstanbul,
Ankara, Roma, Vilnüs, London, Paris, Dublin,
Berlin, Bern, Lüksemburq kimi
şəhərlərdə təqdimatı keçirilib.
İngilis dilində çəkilən film Leyla
Əliyevanın təşəbbüsü
ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə
edilib, rus dilində isə dublyaj olunub.
Filmin nümayişi “Xocalıya
ədalət!” təbliğat-təşviqat
kampaniyası çərçivəsində
Türkiyənin “Kanal
24”, “CNN Türk”, Albaniyanın
Milli Televiziyası və İsrailin “Channel 1”
televiziya kanallarında
da baş tutub.
Filmin rejissoru
Aleksandras Brokasın “Eurochannel” kanalına da müsahibə də verib.
Aleksandras
Brokasın müsahibəsini
təqdim edirik:
- Siz bir litvalı
olaraq niyə Azərbaycanda baş verən bir faciə ilə bağlı sənədli
film çəkmək qərarına
gəldiniz?
- Bir çox keçmiş sovet respublikalarının tarixi
bir-birinə bənzəyir.
Litva və digər Baltik ölkələri bu kimi faciələrin
baş verməsinin cəmi bir addımlığında
idilər. 1990-cı illərin əvvəllərində
Sovet İttifaqı bizim ölkələri öz nəzarətində
saxlamağın yeganə
yolu olaraq müxtəlif etnik qruplar arasında münaqişələr yaratdı.
Bu hadisələrin bir çoxu günümüzə qədər
ehtiyatla gizlədilib.
Onlar haqqında yalnız indi - 20 il müstəqillik
dövründən sonra
nəhayət ki, danışmaq imkanı yaranıb.
- Bir tərəfin qəhrəmanı sayılan
şəxsi digər tərəf qatil hesab edir. Bu sənədli film heç
bir tərəf saxlamadan obyektiv mesaj göndərməyə
necə nail olub?
- Biz hadisə ilə bağlı heç bir mühakimə yürütmürdük. Layihədə yer alması üçün dünyanın
15-dən çox ölkəsindən
beynəlxalq müharibə
jurnalistlərini və
film peşəkarlarını dəvət etdik. Həmçinin hər iki münaqişə tərəfinə 20 il ərzində ilk dəfə olaraq öz hekayələrini danışmaq imkanı yaradıldı. Bizim missiyamız faciəvi
hadisə ilə bağlı faktların toplanması və tamaşaçılara öz
təəssüratlarının yaranması üçün
mümkün qədər
çox imkan yaratmaqdan ibarət idi.
- Qurbanlarla müsahibə zamanı, onların hekayələrini dinləyərkən
sizi ən çox nə təəccübləndirdi?
- Ümumiyyətlə,
müharibə hekayələrinə
qulaq asmaq həmişə ağır
olur, çünki onlar kədərli olur. Fərqi yoxdur ki, siz münaqişənin hansı tərəfini dinləyirsiniz. Müharibədə qalib tərəf olmayıb. Hər bir münaqişə
sonrakı nəsillərə
zərbə vurur.
- Ceremi Ayronzun filmi səsləndirməsinə
necə razılıq
ala bildiniz? Layihənin konsepsiyası ona
maraqlı gəldimi?
- Ceremi Ayronz demək olar ki, sənədli film yekunlaşdığı zaman
layihədə yer almaq qərarına gəldi. İnanıram ki, onu “Sonsuz dəhliz” filmini səsləndirməyə
insan taleyinin faciəvi hekayəsi ilhamlandırdı.
- Siz sənədli filmin beynəlxalq səviyyədə bu qədər uğurlu olacağını gözləyirdinizmi?
- Biz hələ
layihənin başlanğıcında
anladıq ki, bu çox həssas
faciəvi hekayə beynəlxalq ictimaiyyət tərəfindən yalnız
münaqişənin hər
iki tərəfinin səsinin sənədli filmdə eşidiləcəyi
zaman tanınacaq. Bu, bizim əsas
məqsədlərimizdən biri idi. Elə təkcə bu il ərzində
keçirilmiş beynəlxalq
film festivallarında “Sonsuz
dəhliz” filminin namizədliyi “Ən yaxşı sənədli
film”, “Ən yaxşı
rejissor”, “Ən yaxşı montaj”, “Ən yaxşı prodüsser” nominasiyalarında
on dəfədən çox
irəli sürülüb
və indiyə qədər beş nüfuzlu mükafata layiq görülüb.
- Haqqında sənədli
film çəkmək istədiyiniz
başqa münaqişə
və yaxud faciə varmı?
- Gələcək
filmlərimdə mən
daha çox sülh içində və vüqarla necə yaşamağın
mümkünlüyü haqda
danışmaq istəyirəm.
- Hazırda hansısa film layihələri üzərində
çalışırsınızmı? Oxuculara onlar haqda nəsə
demək istərdinizmi?
- Hazırda bir neçə layihə üzərində
çalışırıq. Onlardan biri insan idrakı
və onun gündəlik həyatda bizi əhatə edən reallığı
nəzarətdə saxlamaq
bacarığı haqdadır.
Bu film heç nəyin təsadüfən
baş vermədiyini qəbul edəndən sonra insan həyatının
müsbətə doğru
dəyişməsindən bəhs
edəcək.
Yeni Azərbaycan.- 2015.- 10 dekabr.- S.6