Əli Nino” filminin ABŞ-da premyerası olacaq

 

Gələn ilin yanvarındaƏli Nino” filminin ABŞ-da premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri - eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək ABŞ-da keçiriləcək nüfuzlu “Sundance” beynəlxalq film festivalında nümayiş olunacaq.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, “Əli Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişləri 2015-ci il fevralın 24-dən iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində paytaxtın bir sıra digər məkanlarında, Qobustan Xınalıqda aparılıb.

Filmin yaradıcı heyəti ilk gündən ssenariyə, səviyyəli komandaya, çəkiliş üçün gözəl məkanlara güclü aktyor heyətinə əsaslanaraq ekran əsərinin böyük uğur qazanacağına əminliyini bildirmişdi.

Bu uğur ilk dəfə olaraq “Sundance” beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şəhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə təşkil ediləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq 9 filmə baxış keçiriləcək.

Yeni Azərbaycan.- 2015.- 11 dekabr.- S.3