“Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması ilə bağlı tədbirlərin icrası müzakirə olunub

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlərin icrası müzakirə olunub.

Müşavirədə əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət müşaviri bildirib ki, bu günlər bütün Azərbaycan xalqının, ölkəmizin xaricdəki dostlarının qəlbində Ulu öndər ağrısı, sızıltısı var. Bütün təşkilatlarda, o cümlədən Multikulturalizm Mərkəzində, Bilik Fondunda və Bakı Slavyan Universitetində anım tədbirləri keçirilib: “Ulu öndərin ən böyük arzularından biri Azərbaycanda yaşayan müxtəlif etnik qrupları, bir-biri ilə yüksək səviyyədə qurulmuş dostluq, qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək idi. Bu gün bunu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində həyata keçirir. Ümummilli lider Azərbaycan mədəniyyətinə, onun kökünə, qaynaqlarına çox böyük diqqət ayırırdı və onların öyrənilməsinin bugünkü nəslin tərbiyəsində, azərbaycanlı şəxsiyyətin formalaşmasında çox böyük rolu olduğuna inanırdı. Ümummilli liderin layiqli və mənəvi davamçısı Prezident İlham Əliyev bu istiqamətdə ciddi və dəqiq addımlar atmaqdadır. Bu addımlardan biri də xalqımızın mənəvi dəyəri olan, təkcə bizim xalqımıza yox, dünya xalqlarına məxsus olanKitabi Dədə-Qorqud” dastanının öyrənilməsi ilə bağlıdır.

Ulu öndərin bu qaynağa, bu mənəvi mirasa ciddison dərəcə tələbat dolu baxışları bu gün siyasi, ictimai, mədəni-mənəvi müstəvidə dastanımıza olan marağın bir qədər də artırılmasına gətirib çıxarıb. Prezident İlham Əliyev “Kitabi Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar Sərəncam imzaladı və həmin Sərəncamda Azərbaycan dastanının bütün dünyaya tanıdılmasını imzası ilə təsdiq etdi. Sərəncamdan irəli gələrək il boyu çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, “dəyirmi masalar təşkil edilib. Bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.

Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan “Kitabi-Dədə Qorqud” dastanının dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqudun Azərbaycan xalqına məxsusluğunu və bu məsələnin dövlət səviyyəsində ilk dəfə qeyd edilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib.

Təhsil Nazirliyinin idarə rəisi Gültəkin Hüseynova xarici ölkələrdə, o cümlədən ölkəmizin müxtəlif bölgələrində konfranslar keçirdiklərini söyləyib.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı katibi Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı katibi Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışlarında “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı Sərəncamın əhəmiyyətindən və təmsil etdikləri təşkilatların həyata keçirdikləri tədbirlərdən danışıblar.

Müşavirənin sonunda “Basatın Təpəgözü öldürməsi” boyu iştirakçılara hədiyyə edilib.

Yeni Azərbaycan.- 2015.- 15 dekabr.- S.5