ADA Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib
ADA Universitetinin musiqi
zalında Mədəniyyət
və Turizm Nazirliyi və Vaqif Mustafazadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə caz-muğam üslubunun banisi, görkəmli bəstəkar
və pianoçu Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib.
ADA Universitetindən AZƏRTAC-a bildirilib
ki, təhsil müəssisəsinin tələbə
və müəllim heyəti ilə yanaşı, ölkənin
görkəmli incəsənət
xadimlərini, gənc
caz ifaçılarını
bir araya gətirən bu gecədə Vaqif Mustafazadənin həyat yolu, Azərbaycanı bütün dünyaya tanıdan nadir istedadı barədə söhbət
açılıb.
Xatirə
gecəsində qonaqları
salamlayan xarici işlər nazirinin müavini, ADA Universitetinin
rektoru, səfir Hafiz Paşayev bildirib ki, Universitetdə tədris edilən bütün ixtisaslar üzrə təhsil alan tələbələr
Azərbaycanın tarixi,
mədəniyyəti, onun
dünya irsinə əvəzedilməz töhfələri
barədə məlumatlı
olmalıdır. ADA-da bu kimi
tədbirlərin təşkil
edilməsi məhz bu məqsəd daşıyır.
Böyük caz həvəskarı olan Hafiz Paşayev 6 nömrəli məktəbdə
birgə oxuduqları Vaqif Mustafazadə barədə xatirələr
də danışıb. Qeyd edib ki, Azərbaycanın
ABŞ-dakı səfiri
olduğu dövrdə
“Amerikanın səsi”
radiosunda caz verilişlərinin məşhur
aparıcısı Uliyam
Konnoverin Vaqif Mustafazadə barədə
dedikləri onu hər zaman qürurlandırıb.
Gecədə Vaqif Mustafazadənin
ev-muzeyinin direktoru Afaq Əliyeva, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Vaqif Mustafazadənin sənət
dostları Rafiq Seyidzadə, Cavan Zeynallı, Akif Süleymanbəyli çıxış
ediblər. Dilarə Seyidzadə xüsusilə
vurğulayıb ki, tək Azərbaycanda deyil, bütün dünyada etno-caz üslubunun banisi olan Vaqif Mustafazadəyə
həsr edilmiş belə tədbirlər Azərbaycanın bütün
ali təhsil
ocaqlarında mütəmadi
keçirilməli, Vaqif
sənəti gənclərimiz
arasında geniş təbliğ olunmalıdır.
Xatirə gecəsində Vaqif Mustafazadənin sənət
dostlari, həmçinin
Vaqif caz məktəbinin davamçıları
Emil Əfrasiyab, Elçin
Şirinov, Tofiq Həsənsoy caz musiqisi parçaları ifa ediblər.
Daha sonra
Azərbaycan Beynəlxalq Məktəbinin yuxarı sinif şagirdi Mirmusa Seyidzadənin “The History of Jazz
in Azerbaijan”
kitabının təqdimatı keçirilib.
Kitabda caz musiqisinin tarixi, onun Azərbaycanda
musiqisevərlər tərəfindən qəbul edilməsi, sovet hakimiyyəti zamanı qadağan
olunmasına baxmayaraq Tofiq
Quliyev, Niyazi və
başqalarının caz musiqisini
yeni incəsənət meyli
kimi tətbiq etmələri, Vaqif Mustafazadənin caz-muğam
üslubunu yaratması, həmçinin Azərbaycanda
müasir caz barədə
geniş və ətraflı məlumatlar verilir.
Yeni Azərbaycan.-
2015.- 19 dekabr.- S.- 5