Aqrar
islahatlar regionların inkişafında müstəsna rol
oynayır
Dövlət
ərzağa olan daxili tələbatını əsasən
öz potensialı və imkanları hesabına ödəyə
bilmək üçün regionlarda infrastruktur sahələrinin
yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində mühüm
islahatlar həyata keçirib
Dinamik inkişaf tempinə malik olan Azərbaycanın tərəqqisi
konseptual əsaslara söykənir. Buna paralel olaraq, eyni
zamanda, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf
dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri,
inkişaf perspektivləri, əmək resursları və digər
cəhətlər nəzərə alınmaqla qəbul edilən
Dövlət proqramları nəticəsində mümkün
olur. Vurğulamaq gərəkdir ki,
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilən Dövlət proqramları bölgələrin
tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, kommunal
infrastruktur daha da yaxşılaşdırılıb, rabitə
və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye, kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb.
Şübhəsiz, ölkəmizdə regionların da
sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət
başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin
icrasına başlayarkən regionların sosial-iqtisadi
inkişafını Özünün fəaliyyətinin əsas
istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün
ötən müddət ərzində regionların
sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı
hazırlanıb və 2-si artıq uğurla həyata
keçirilib. Hazırda isə
üçüncü Dövlət Proqramı icra edilir.
2004-cü il fevralın 11-də təsdiqlənmiş
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nı bölgələri
dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq
olar. 2004-2008-ci illəri əhatə edən ilk
proqramda qarşıya qoyulan hədəflərə
vaxtından tez çatmaq mümkün olub. Regionların
inkişafına dair birinci Dövlət Proqramının
uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr
də uğurla yerinə yetirildi. Nəticədə
yerlərdə istehsal və emal potensialı gücləndirildi.
Əvvəlki illərdə yaradılan baza və
qazanılan təcrübə 2014-2018-ci illəri əhatə
edən sayca üçüncü Dövlət
Proqramının qəbul edilməsi üçün möhkəm
əsas oldu. Hazırda yeni Dövlət
Proqramı da böyük müvəffəqiyyətlə yerinə
yetirilir.
Azərbaycanın ümumi iqtisadi, sosial yüksəlişini
şərtləndirən əsas amillər arasında mütləq
şəkildə regionların inkişafını nəzərdə
tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir
ki, ötən illərdə dünyada baş verən qlobal
böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı
inkişafı sayəsində bütün sosial proqramların
tam həcmdə və vaxtında yerinə yetirilməsinə
nail olunub. Hazırda Azərbaycanın
bütün rayonlarında böyük infrastruktur layihələri
həyata keçirilir. İqtisadiyyatın
yeni sektorlarına fəal qaydada sərmayə
yatırılır. Ölkəmizdə
modern inkişaf strategiyasının əsas hədəflərindən
biri Azərbaycanı yüksək infrastruktur təminatına
malik ölkəyə çevirməkdən ibarətdir.
Bu baxımdan dövlət
başçısının müvafiq fərmanları ilə
təsdiqlənən və ölkəmizdə 2004-cü ildən
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları çərçivəsində
həyata keçirilən layihələr respublikamızı
infrastruktur təminatı baxımından dünyanın ən
qabaqcıl ölkələri sırasına
çıxarıb.
Eyni zamanda, güclü sənaye potensialı olan Azərbaycan,
həmçinin kənd təsərrüfatının
geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli
coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar
sektorun geniş inkişaf imkanlarına malik olmasını
şərtləndirir. Respublika əhalisinin
təxminən yarısının bölgələrdə
yaşadığını və məşğul əhalinin
40 faizinin kənd təsərrüfatında
çalışdığını nəzərə alsaq,
deyə bilərik ki, aqrar sektorun inkişafı sosial
baxımdan da ciddi önəm kəsb edir.
Ölkə Prezidenti İlham Əliyevin 2015-ci ilin “Kənd
təsərrüfatı ili” elan edilməsi haqqında məlum
Fərmanından sonra aqrar islahatların həyata keçirilməsi
üçün kompleks tədbirlər görülüb. Sözügedən
Fərmanın verilməsi ölkədə qeyri-neft sektorunun
inkişaf etdirilməsinin Prezident tərəfindən daim diqqətdə
saxlanıldığının daha bir göstəricisidir.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilən iqtisadiyyatın şaxələndirilməsi
siyasətində kənd təsərrüfatında yüksək
inkişafa nail olunması mühüm yer tutur. Dövlət
başçısı respublikamızda kənd təsərrüfatının
inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə
nail olunması üçün güclü siyasi iradə
nümayiş etdirir.
Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin
iqtisadiyyatında böyük çəkiyə malik olan kənd
təsərrüfatı sürətlə inkişaf edir. Dövlət
tərəfindən aqrar sahədə müasir infrastrukturun
yaradılması, kənd təsərrüfatına dövlət
qayğısının artırılması, aqrolizinq xidmətinin
genişləndirilməsi, eləcə də kreditlərin
verilməsinin sürətləndirilməsi aqrar sahənin
inkişafına müsbət təsir göstərir.
Qeyd edildiyi kimi, ölkənin artan inkişaf göstəriciləri
arasında kənd təsərrüfatının xüsusi
çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı
Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən
sonra üçüncü ən iri sahə olmaqla əhalinin
iş yerləri ilə təminatında ən böyük pay
sahibidir. Nəticədə bu sahənin
inkişafı kənd yerlərində yoxsulluğun
azaldılmasına əsaslı təsir etmək imkanına
malikdir. Bununla yanaşı, dövlət ərzağa
olan daxili tələbatını əsasən öz
potensialı və imkanları hesabına ödəyə bilmək
üçün regionlarda infrastruktur sahələrinin
yaradılması və kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində mühüm
islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə
bir sıra Dövlət proqramları
reallaşdırılıb. Bu,
bütövlükdə, ayrı-ayrı bölgələrdə
öz əksini tapıb. Yeri gəlmişkən, cari ildə
Naxçıvan Muxtar Respublikasından 96 milyon 518 min
dollarlıq kənd təsərrüfatı məhsulları
ixrac olunub. Sahibkarlığa dəstək məqsədilə
2015-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları
tərəfindən məhsul istehsalçılarına 19
milyon 604 min manat kredit verilib. Bu, kənd təsərrüfatı
məhsulları istehsalının artması ilə
yanaşı, ixrac həcminə də müsbət təsir
göstərib. Ərzaq təhlükəsizliyinin
təmin olunmasında kənd təsərrüfatı məhsullarının
mühüm əhəmiyyəti nəzərə alınaraq,
bu sahəyə xüsusi dövlət qayğısı
göstərilir. Məhsul
istehsalçılarına güzəştli şərtlərlə
müxtəlif təyinatlı texnikalar, yanacaq və gübrələr,
həmçinin muxtar respublikanın bank və kredit təşkilatları
tərəfindən kreditlər verilir. Bu
istiqamətdə tədbirlər “Kənd təsərrüfatı
ili” olan 2015-ci ildə də diqqət mərkəzində
saxlanılıb.
Eyni zamanda, son illərdə Azərbaycanın
regionlarında aqrar sektorda ərzaq məhsulları
istehsalının artım dinamikası heyvandarlıqda daha
qabarıq şəkildə nəzərə çarpır. Prezident
İlham Əliyevin imzaladığı
heyvandarlığın inkişafına dövlət dəstəyinin
gücləndirilməsi və heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına dövlət dəstəyi
haqqında müvafiq sərəncamlar ölkəmizdə
heyvandarlığın inkişafı sahəsində yeni
perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda
Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə
bağlı tədbirlər çərçivəsində
heyvan mənşəli məhsulların istehsalının daha
da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın
ödənilməsi, eləcə də
heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına dövlət dəstəyinin
gücləndirilməsi məqsədi ilə maliyyə təminatının
artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin
görülməsi nəzərdə tutulub. Dövlət
başçısının imzaladığı sərəncamların
birində ölkəyə iribuynuzlu damazlıq heyvanların
idxalının və heyvandarlıqla məşğul olan kənd
təsərrüfatı məhsulları
istehsalçılarına 50 faiz güzəştlə lizinq
yolu ilə satışının həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının 2015-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyətinə 15 (on beş)
milyon manat vəsait ayrılması nəzərdə tutulub. Digər Sərəncamla isə əhalinin
heyvandarlıq məhsulları ilə təminatının daha
da yaxşılaşdırılması, yüksək məhsuldar
genetik potensialı olan heyvanların baş sayının
artırılması və bu sahəyə marağın
gücləndirilməsi üçün süni mayalanma yolu
ilə alınmış hər baş buzova görə heyvan
sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcək.
Yeri gəlmişkən, son 5 ildə muxtar
respublikaya 1937 baş damazlıq mal gətirilib və kənd təsərrüfatı
məhsulları istehsalçılarına güzəştlə
verilib. Muxtar respublikada ərzaq təhlükəsizliyi
ilə bağlı tədbirlər çərçivəsində
heyvan mənşəli məhsulların istehsalının daha
da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara
olan tələbatın ödənilməsi əsas prioritetlərdəndir.
Bu məqsədlə muxtar respublikaya iribuynuzlu damazlıq
heyvanların idxalının və heyvandarlıqla məşğul
olan kənd təsərrüfatı məhsulları
istehsalçılarına 50 faiz güzəştlə lizinq
yolu ilə satışının həyata keçirilməsi
üçün hər il dövlət
büdcəsindən vəsait ayrılır. Dövlətin
heyvandarlıq məhsullarının artırılması
istiqamətində atdığı addımlar bu sahədəki
vəziyyətin yaxşılaşdırılmasında
mühüm rol oynayır. Bu səbəbdəndir
ki, heyvandarlıq məhsullarının istehsalında muxtar
respublika üzrə artım dinamikası 2015-ci ilin ötən
aylarında da saxlanılıb. Hazırda əhalinin
heyvandarlıq məhsullarına olan tələbatını
daxili istehsal hesabına ödəmək məqsədilə
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə
güzəştli şərtlərlə yüksək məhsuldar
damazlıq heyvanların satılması işi davam etdirilir.
Heyvanlar arasında aparılan süni mayalanma tədbirlərini
genişləndirmək məqsədilə süni mayalanma məntəqələrinin
sayı bütün rayonları əhatə etməklə 23-ə
çatdırılıb. Davamlı olaraq
məntəqələr yüksək məhsuldar törədici
toxum və digər ləvazimatlarla təmin olunur. Nəticədə 2014-cü ilin 10 ayına nisbətən
2015-ci ilin müvafiq dövründə heyvandarlıq məhsullarının
istehsalı və mal-qaranın məhsuldarlıq göstəriciləri
artıb. Belə ki, 2015-ci ilin 10 ayında muxtar
respublikada diri çəkidə 18,3 min ton ət, 74,2 min ton
süd istehsal edilib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə
müqayisədə ət istehsalı 13 faiz, süd
istehsalı 1,9 faiz çox olub.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2015.- 26 dekabr.- S.7