Fərdi jurnalist
yazıları müsabiqəsində I yerə layiq
görülən media nümayəndələri
mükafatlandırılıb
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
Fondun icraçı direktoru Vüqar Səfərli
media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il münasibətilə təbrik edərək,
onlara yeni yaradıcılıq
uğurları arzulayıb. O, 2015-ci ildə mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə
jurnalistlərinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib
ki, bu il
ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə
yadda qalıb. Onlardan biri də milli mətbuatımızın
140 illik yubileyinin təntənəli
şəkildə qeyd olunmasıdır. Yubiley münasibətilə 180 jurnalist
fəxri adlar, medallar, ordenlər və diplomlarla mükafatlandırılıb. İl ərzində
ümumilikdə 34 qəzet
maliyyələşdirilib və
bu yardım sayəsində Azərbaycanda
müxtəlif sahələrin
təbliği ilə bağlı 6 min səhifədən
çox yazı yazılıb. Fond tərəfindən
il ərzində
11 yazı müsabiqəsi
keçirilib. Buraya dövlət
qurumları və icra hakimiyyətləri ilə birgə keçirilən müsabiqələr
də daxildir. Müsabiqələrdə 600-dən çox jurnalist iştirak edib, 450-yə yaxın
media nümayəndəsi mükafatlandırılıb.
Budəfəki müsabiqədə isə 60 media orqanından
19 istiqamət üzrə
ümumilikdə 156 yazı
təqdim olunub. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib.
Bir müddət əvvəl
II və III yerlərin
qalibləri mükafatlandırılıb.
İndi isə I yerin qaliblərinə mükafatlar
təqdim olunacaq.
V.Səfərli Azərbaycanda medianın inkişafına göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham Əliyevə jurnalistlər
adından minnətdarlığını
bildirib.
Sonra Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov çıxış
edərək deyib ki, 2015-ci il
Azərbaycan milli mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün
uğurlu il olub və əlamətdar
hadisələrlə yadda
qalıb.
Əli Həsənov qeyd edib ki, təməli
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
söz və məlumat azadlığının
daha da inkişaf
etdirilməsi, KİV-lərin
sərbəst fəaliyyətinə
hərtərəfli dövlət
dəstəyi sayəsində
milli informasiya resurslarının kəmiyyət
və keyfiyyət göstəriciləri daha
da yüksəlib, onlar öz əhatə
dairəsini və auditoriyasını genişləndirməyə
müvəffəq olub,
beynəlxalq informasiya
məkanının fəal
iştirakçısına çevriliblər. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı
məsələlərini diqqət
mərkəzində saxlayıb,
onun problemlərinə
xüsusi həssaslıqla
yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli
inkişafına zəruri
dəstək verib.
Prezidentin köməkçisi diqqətə
çatdırıb ki,
hazırda Azərbaycanda
5000-dən artıq KİV uçota
götürülüb və
ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə
yaxın dövri mətbu nəşr, 100-dən
artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım
şirkəti, 300-dən çox
fəal internet saytı
fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan milli mətbuatının 140 illik
yubileyinin keçirilməsi
haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına
əsasən Azərbaycan
milli mətbuatının
140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə
dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun
olaraq Zərdab, Masallı, Qəbələ,
Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar
keçirilib. Bundan
başqa, Bakı Dövlət Universiteti, Mədəniyyət və
Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər.
Əli Həsənov
deyib ki, dövlətimizin başçısının
Sərəncamına uyğun
olaraq Prezident Administrasiyasına redaksiyalardan
və jurnalist təşkilatlarından KİV əməkdaşının dövlət
mükafatlarına layiq
görülməsi ilə
bağlı 800-dək təqdimat
daxil olub. Azərbaycan
Prezidentinin 2015-ci il 15
iyul tarixli sərəncamlarına əsasən
Azərbaycan milli mətbuatının inkişafında
xidmətlərinə görə
180 nəfər KİV əməkdaşına
müxtəlif dövlət
mükafatları və
fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 1 nəfər
2-ci dərəcəli “Vətənə
xidmətə görə”
ordeninə, 4 nəfər
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeninə,
44 nəfər “Əməkdar
jurnalist” fəxri adına, 17 nəfər “Əməkdar mədəniyyət
işçisi” fəxri
adına, 91 nəfər
“Tərəqqi” medalına
və 21 nəfər Azərbaycan Respublikası
Prezidentinin Fəxri Diplomuna layiq görülüb.
İyulun 22-də Gülüstan Sarayında
keçirilmiş təntənəli
mərasimdə mükafatlar
həmin şəxslərə
təqdim olunub. Bundan başqa,
KİV əməkdaşlarına Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu, Azərbaycan Mətbuat Şurası və ayrı-ayrı şirkətlərin qiymətli
mükafatları verilib.
İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş
nitq söyləyib. Dövlətimizin başçısı Azərbaycan
mətbuatının keçdiyi
inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi,
mövcud problemlər
və onların həlli ilə bağlı öz dəyərli fikirlərini
bölüşüb.
Prezidentin
köməkçisi vurğulayıb
ki, kütləvi informasiya vasitələrinin
əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə
fəal iştirak edib, bir çox
KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu kütləvi informasiya vasitələrinə dövlət
dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə
maliyyə dəstəyi
ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat Günü və Yeni illə
əlaqədar 3, habelə
ayrı-ayrı dövlət
orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi
keçirib, yüzlərlə
jurnalist pul mükafatlarına layiq görülüb.
Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilib, ölkədə
söz və məlumat azadlığının
daha da inkişaf
etdirilməsi, KİV-lərin
müstəqilliyinin gücləndirilməsi,
onların maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində tədbirlər
davam etdirilib.
Əli Həsənov diqqətə
çatdırıb ki,
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına
uyğun olaraq jurnalistlər üçün
inşa edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri
başa çatdırılıb
və dekabrın 24-də
jurnalistlərə müvafiq
özəlləşmə sənədləri təqdim
edilib.
Jurnalistlər üçün digər
256 mənzilli binanın
tikintisi davam etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi
planlaşdırılır.
Prezidentin köməkçisi vurğulayıb
ki, söz və məlumat azadlığı Azərbaycanda
vətəndaş cəmiyyəti
quruculuğunun mühüm
tərkib hissəsidir
və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin
müstəqilliyinin gücləndirilməsi
istiqamətində səylərini
davam etdirəcək. Lakin KİV-lər
yaradılmış əlverişli
şəraitdən sui-istifadə
hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli
olmalı, Azərbaycan
cəmiyyətinin inkişafına,
ümummilli məsələlərin
həllinə dəyərli
töhfələr verməlidirlər.
Prezident
Administrasiyasının rəsmisi
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə mətbuat
işçilərini təbrik
edib, onlara uğurlar arzulayıb.
Tədbirdə Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək
Azərbaycan mətbuatının
keçdiyi tarixi inkişaf yoluna nəzər salıb və jurnalistləri qarşıdan gələn
əlamətdar günlər
münasibətilə təbrik
edib.
Sonra müsabiqədə
birinci yerə layiq görülən jurnalistlərə mükafatlar
təqdim olunub.
Mükafat alanlar arasında qəzetimizin əməkdaşı
da var.
Tədbir bədii hissə ilə davam edib.
Yeni Azərbaycan.- 2015.- 26 dekabr.- S.3