Kiyevdə akademik
Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitablar təqdim
olunub
Ukraynanın paytaxtında “Sağlamlığın təhlükəsizliyi məsələsi üzrə qlobal gündəlik” təşəbbüsünə ölkələrin qoşulması ilə əlaqədar beynəlxalq forum başa çatıb. Tədbirdə Almaniya, Danimarka, İtaliya, Səudiyyə Ərəbistanı, ABŞ, Finlandiya və beynəlxalq təşkilatlardan ekspertlər iştirak ediblər.
Elmi forum çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilən kitablar təqdim olunub.
Kitabların müəllifi forumda Ukrayna Səhiyyə Nazirliyindən antimikrob rezistentliyi və infeksiya nəzarəti məsələləri üzrə ekspert kimi iştirak edən həmvətənimiz professor Aydın Salmanovdur. O, Ukraynada Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin, Ümumukrayna İnfeksiya Nəzarəti və Antimikrob Rezistentliyi Assosiasiyasının rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukrayna milli əlaqələndiricisidir. A.Salmanov, həmçinin 20 kitabın müəllifidir. Onlardan 10-u akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Həmin kitablar müxtəlif beynəlxalq forumlarda, o cümlədən Kiyevdə və Avropa İttifaqı ölkələrində təqdim edilib.
A.Salmanov AZƏRTAC-a müsahibəsində şəxsən özünün və rəhbərlik etdiyi təşkilatın adından Azərbaycan Prezidenti İlham Əliyevin ad gününü ürəkdən təbrik edib, Ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi və çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev həmvətənlərinin yaşama yerindən asılı olmayaraq azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinə, diasporumuzun təşkilatlanmış qüvvəyə çevrilməsinə böyük diqqət ayırıb.
Sonda alim
xüsusilə vurğulayıb: “Biz Azərbaycan
Prezidenti İlham
Əliyevə Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü təbrikinə
görə təşəkkür edirik. Qeyd etmək istəyirəm ki,
rəhbəri olduğum təşkilat
müxtəlif elmi forumların keçirildiyi yerlərdə Azərbaycan həqiqətlərinin
təbliği, ölkəmizin milli mənafelərinin
qorunması işin.
Yeni Azərbaycan.-
2015.- 29 dekabr.- S.- 5