Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir

Yeni Azərbaycan Partiyasından Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Milli Məclisə YAP-dan seçilmiş qadın deputatlarla görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, YAP İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı münasibətilə təbrik edib, xalqın etimadını qazanaraq parlamentdə təmsil olunmaq hüququ əldə edən qadın millət vəkillərinə uğurlar arzulayıb. Onun sözlərinə görə, yola saldığımız 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən olan Milli Məclisə növbəti seçkilərdə partiyamızı təmsil edən qadınlarımızın uğurları bütünlükdə Azərbaycan qadınlarının siyasi hazırlığının, cəmiyyətdə artan nüfuzunun ifadəsidir. Respublikamızda minlərin arasından seçilərək bu ada layiq görülmək, bu ada layiq olmaq o qədər asan məsələ deyil. Xalqın etimadını qazanan qadınlar arasında gənclərin üstünlük təşkil etməsi ölkəmizin qadın gənclər siyasətinin uğurlarındandır. Gənclər özlərini millət vəkili kimi təsdiqləyirlərsə, bu, qadın analarımızın qarşısında daha böyük məsuliyyətli vəzifələrin dayandığını göstərir. Çünki onlar millət vəkili kimi həm ölkəmizdə, eyni zamanda, sərhədlərimizdən kənarda Azərbaycan həqiqətlərinin təbliğində iştirak edərək vətəndaşlıq mövqelərindən çıxış etmək hüququ qazanmaqla seçicilərinin arzu istəklərinin reallaşması naminə siyasi fəaliyyətlərini davam etdirəcəklər”, - deyə Nurlana Əliyeva vurğulayıb. Bu fəaliyyətin müxtəlif istiqamətləri əhatə etdiyini bildirən Nurlana Əliyeva qeyd edib ki, bütün sahələrdə kişilərlə bərabər, çiyin-çiyinə çalışan qadınlarımız siyasi fəaliyyətlərini millət vəkili kimi uğurla etdirəcəklər. Qadınlara, analara uşaqlara göstərilən diqqətin artdığı bir zamanda qadın siyasətinin uğurlarını bu gün Milli Məclisdə qadınların sayının artması kimi faktlar da təsdiqləyir: “Qadınlarımız Prezident, partiyamızın Sədri İlham Əliyevin qarşıya qoyduğu bütün hədəflərin reallaşmasında potensiallarından səmərəli istifadə edirlər”.

Sonra çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə əvvəlcə vurğulayıb ki, xalqın partiyası olan YAP 1 noyabrda keçirilən parlament seçkilərində növbəti qələbəsini qazandı. Onun sözlərinə görə, bu, YAP üzvlərinin, fəallarının qazandığı böyük nailiyyətdir: “Bu qələbə o deməkdir ki, xalq Prezident, YAP Sədri İlham Əliyevin qarşıya qoyduğu vaxtından əvvəl yerinə yetirilən vəzifələri dəstəkləyir, yeni hədəflərin reallaşması üçün partiyamızla birlik nümayiş etdirir. Bu etimad, eyni zamanda, Ümummilli lider Heydər Əliyev siyasətinin qələbəsi, Onun yolunu davam etdirən, siyasi, iqtisadi islahatların davamlı olması üçün düşünülmüş konsepsiyaları ilə diqqəti cəlb edən dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevlə həmrəylik ifadəsidir. Bunlar uğurlarımızı şərtləndirən amillərdir. Qarşıdakı prioritet isə daha fədakar olmaq, bu hədəfləri reallığa çevirməkdir. Vətəndaş qadın olaraq bu sahədə biz fəaliyyətimizi qlobal dəyişikliklərə uyğun formalaşdırmalı, təkmilləşdirməli, maksimum səy göstərməliyik. Bununla bərabər biz ümumi işlər naminə siyasi fəaliyyətimizi daha da artırmalıyıq”.

Milli Məclisin 21 qadın deputatından 13-nün Yeni Azərbaycan Partiyasının üzvü olduğunu xatırladan Bahar Muradova deyib ki, YAP-ın üzvü olan qadınlar ölkənin həm ictimai, həm mədəni, həm siyasi həyatında yaxından iştirak edir, Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər: “Onların həm partiya işində əldə etdiyi təcrübə, həm qazandığı nailiyyətlər bir örnəkdir”.

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi Ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirməsi üçün yaratdığı şəraitdir: “Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin, Azərbaycanın vahid idarəetmə prinsiplərinə uyğun gəlsin. Dəyərlərimizə uyğun fəaliyyət göstərməliyik. Sevindirici haldır ki, bu gün idarəetmə orqanlarında, bələdiyyələrdə qadınlarımızın sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Təmsilçilik, qanunçuluq nəzarət funksiyalarının məsuliyyətini dərindən öyrənərək gələcək fəaliyyət müddətində tətbiq etməklə böyük təcrübə qazanmaq mümkündür. Qanunları öyrənmək onlara yenilik gətirmək üçün, ilk növbədə, siyasi, hüquqi savadımızı artırmalıyıq. Bəllidir ki, Prezident İlham Əliyevin əsas tələblərindən biri ölkədəki inkişafa, baş verən hadisələrə ictimai nəzarətin gücləndirilməsidir bu tövsiyəni başlıca tələb kimi daim diqqətdə saxlayır, bütün vətəndaşları bu sahədə fəal olmağa çağırır. Bu çağırışa, ilk növbədə, millət vəkilləri səs verməlidirlər”.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova çıxış edərək Azərbaycan qadınlarını düşündürən məsələlərlə bağlı görülən işlərdən danışıb, qadın millət vəkilləri ilə birgə həyata keçirilən tədbirləri səmərəli fəaliyyət istiqaməti kimi dəyərləndirib.

Azərbaycanda güclü qadın potensialı formalaşıbdeyərək bu qüvvədən səmərəli istifadə etməklə istənilən problemin həllinin mümkünlüyünü diqqətə çatdıran Hicran Hüseynova Azərbaycanda uğurlu gender siyasəti həyata keçirildiyini, bu siyasətin sayəsində bu gün Azərbaycan qadınlarının bütün sahələrdə müvəffəqiyyətlə təmsil olunduğunu qeyd edib: “Komitəmizin xətti ilə görülən işlər səmərəsini verir. Bakıətrafı kəndlərdə, bölgələrdə qızların təhsildən yayınması hallarına qarşı mübarizə aparmaqla artıq bu sahədə müəyyən nailiyyətlər qazanılıb. Amma hələ bir sıra problemlərimizin tam aradan qaldırıldığını deyə bilmərik. Bölgələrdə həddi-büluğa çatmayan qızları zorla ailə qurmağa vadar etmə halları mövcuddur ki, bu mənfi amillər sonra ailələrin dağılmasına, şikəst uşaqların doğulmasına, gənc anaların vəfatına səbəb olur”.

Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan qadınlarının fəaliyyət istiqamətləri barədə məlumat verildiyini, ölkəmizə marağın artdığını deyən Hicran Hüseynova bildirib ki, qadınların çiyninə çox böyük zəhmət, məsuliyyət düşür: “Biz ailədə atanın ananın nüfuzunun bərabər olmasını istəsək , bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olurlar. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı, uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar, demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. Ona görə bu məsələlərin aradan qaldırılmasına hamımız dəstək verməliyik”.

Görüşdə Milli Məclisə yeni seçilmiş qadın deputatlar seçicilərinin etimadını doğruldacaqlarını və dövlət siyasətinin yerinə yetirilməsində, qarşıdakı hədəflərin reallaşmasında millət vəkili kimi əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Yeni Azərbaycan.- 2015.- 29 dekabr.- S.- 5