Regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir

Aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında nefttikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühümuğurlu nəticələr əldə edilir.

Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemliuğurla həyata keçirilməsi bu il kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.

Yeri gəlmişkən, kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 25-də Qəbələ şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqifiziki şəxslərlə görüşüb. Tədbirdə Ağdaş, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Ucar, Yevlax rayonları üzrə 75 istifadəçiyə lizinqə verilən ümumilikdə 1 773 431,0 manat məbləğində 135 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 632 082 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.

Görüşdə nazir Heydər Əsədov bildirib ki, lizinq xidmətindən istifadə edən hüquqifiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 4100 istifadəçinin lizinqə götürdüyü ümumilikdə 12150 kənd təsərrüfatı texnikasına 49,5 milyon manat məbləğində güzəşt tətbiq edilib. Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə edən istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə Xüsusi Komissiyanın Xaçmaz, Quba, Tovuz, Zaqatala rayonlarında və Gəncə şəhərində səyyar iclasları keçirilib.

Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 26 rayonu üzrə 434 istifadəçiyə lizinqə verilmiş 887 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 5 694 529 manat məbləğində güzəşt tətbiq edilib. Eləcə də yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən 263 ədəd müxtəlif texnikanın istifadəçilərin mülkiyyətinə verilməsi təmin olunub.

Vurğulamaq lazımdır ki, kənd təsərrüfatına göstərilən diqqət və qayğı ərzaq təminatının formalaşdırılmasında da öz sözünü deyir. Belə ki, artıq bölgələrdə strateji məhsul sayılan taxılın payızlıq səpini başa çatdırılıb. Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 67 min 400 hektar sahəyə payızlıq taxıl səpilib. Əkin sahələri cari illə müqayisədə 5 min 300 hektaryaxud 9 faiz artırılıb. Təsərrüfatlarda taxıl səpini kampaniyası artıq yekunlaşıb. Taxıl əkinlərinin 42 min 200 hektarını buğda, 25 min hektarını arpa, 250 hektarını isə xəsil sahələri təşkil edir. Buğda əkilən sahələr 2 min 200 hektar, arpa sahələri isə 3 min 100 hektar artırılıb.

Taxılçılıq Ağsu rayonunda iqtisadiyyatın aparıcı sahələrindəndir. Hər il olduğu kimi, cari mövsümdə də rayonda gələn ilin məhsulu üçün payızlıq əkin kampaniyası müvəffəqiyyətlə başa çatıb.

Fermerlər və fiziki şəxslər 34876 hektar sahədə səpin aparıblar. Əkinlərin 15359 hektarı buğda, 19517 hektarı isə arpadır. Ötən illə müqayisədə payızlıq taxıl əkinləri əlavə torpaq sahələri cəlb edilməklə 587 hektar artıb.

Səpin kampaniyasında 120-dən çox texnikanın qüvvəsindən istifadə olunub. Rayonun daha çox taxıl əkilən Kəndoba, Gəgəli, Qaraqoyunlu, Ərəbsarvan, Bicobir sıra digər ərazi vahidlərində payız əkinləri daha mütəşəkkil aparılıb.

Ucar rayonunda payızlıq taxıl əkini kampaniyası başa çatıb. Taxılçılar cari mövsümdə 11701 hektar sahədə səpin aparıblar. Bu da ötən ildəkindən 30 hektar çoxdur. Əkin sahələrinin 6713 hektarı buğda, qalanı isə arpadır.

Builki əkin kampaniyasına 50-dək texnika cəlb olunub. Əksər ərazilərdə, xüsusən daha çox taxıl əkilən Yuxarı Şilyan, Bərgüşad, Alpout, Qaziyanbir sıra digər ərazi vahidlərində səpin kampaniyası yüksək səviyyədə aparılıb.

Bəli, müasir qlobal dünyanın ən aktual problemlərindən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aparılan tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm uğurlar qazanılıb. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarıb. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatdırılıb. Atılan addımlar isə məhsuldarlığın artımına da şərait yaradıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Bununla yanaşı, rayonlarda salınan aqroparklarla bağlı tədbirlər də davam etdirilir. Xüsusi olaraq vurğulanmalıdır ki, Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlərin ilin sonunadək yekunlaşacağı proqnozlaşdırılır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.

Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi amildir: “Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının - Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes-plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir”.

Yeri gəlmişkən, kənd təsərrüfatında özəl sektora, yerli fermer təsərrüfatlarına dövlət qayğısı bu sahədə inkişafın əsas təməl bazası sayılmalıdır. İstər ötən illərdə, istərsə də bu il kənd təsərrüfatı sahəsində çalışan insanlara verilmiş subsidiyalar, dəstək, maddi kömək sahibkarların bu sahəyə olan marağının daha da artmasına yol açıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.

Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. Cari ilin iyununda 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə, ərzaq məhsulları ilə etibarlı təminat iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2015.- 30 dekabr.- S. 8