“Göygöl Milli Parkı” sənədli filminin təqdimatı olub
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimatda iştirak edib
Dekabrın 29-da Nizami Kino Mərkəzində
IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi”
adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl
Milli Parkı” sənədli filminin təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
AZƏRTAC
xəbər verir ki, filmin təqdimatından
əvvəl Leyla Əliyeva “Göygöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı
lentə aldığı
fotolardan ibarət sərgi ilə tanış olub.
Mərasimdə çıxış edən
İqor Bışnyov
“Göygöl Milli Parkı” layihəsinin təşəbbüskarı Leyla
Əliyevaya təşəkkürünü
bildirərək filmin
çəkiliş prosesindən
təəssüratlarını qonaqlarla bölüşüb. Buradakı görüşlərin
növbəti filmin treyleri ilə başlamasının çox
gözəl ənənə
olduğunu söyləyib.
İqor Bışnyov bildirib ki, layihəni IDEA İctimai Birliyi reallaşdırıb.
Rejissor deyib: “Layihə çərçivəsində ilk film ötən il təqdim edilən “Şirvan Milli Parkı”, ikinci film cari ilin aprel
ayında təqdim olunan “Quşlar cənnəti - Ağgöl
Milli Parkı” sənədli filmidir. Bu gün isə
mən çox şadam ki, ilin sonunda “Göygöl
Milli Parkı” sənədli filmi təqdim edilir”.
Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını
diqqətə çatdıran
İ.Bışnyov bildirib
ki, bu film qoruğun yaranmasının
90 illiyi ilə bağlıdır.
İqor
Bışnyov layihə
çərçivəsində çəkilən ilk iki filmin sırf təbiətə həsr edildiyini vurğulayaraq “Göygöl Milli Parkı” sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti,
həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.
Rejissor Azərbaycanda
şəxsən Prezident
İlham Əliyevin milli parkların açılışlarında iştirak etməsinin çox xoş hadisə olduğunu qeyd edib.
İqor Bışnyov layihənin rəhbəri Leyla Əliyevaya minnətdarlığını
bildirərək deyib ki, IDEA ilə əməkdaşlıq etmək
olduqca maraqlıdır. IDEA İctimai Birliyinin uşaqları ekoloji cəhətdən tərbiyələndirməsi
çox əhəmiyyətli
məsələdir.
O, hamını Yeni il və
Göygöl Milli Parkının 90 illiyi münasibətilə təbrik
edərək deyib ki, qoy bu
film bayramlara bir hədiyyə olsun.
IDEA-nın “Azərbaycanın
9 möcüzəsi” layihəsi
çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə
tutulur. Bu filmlərdə
Şahdağ, Hirkan, Altıağac, Zəngəzur,
Abşeron və Samur-Yalama Milli parklarından söhbət
açılacaq.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə
“Göygöl Milli Parkı” filmi ölkəmizin ali
təhsil müəssisələrində,
həmçinin birliyin
Bakı və Gəncə şəhərlərindəki
Resurs mərkəzlərində
nümayiş etdiriləcək.
Bununla yanaşı, “Göygöl
Milli Parkı” filminin digər ölkələrdə və
müxtəlif beynəlxalq
tədbirlər çərçivəsində
də nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycanın 9 möcüzəsi”
layihəsi çərçivəsində
çəkilmiş “Ağgöl
Milli Parkı” filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində
keçirilən “Xilas
etmək və qorumaq” adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında “İlin televiziyası layihəsi” mükafatına
layiq görülüb.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi”
layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz
təbiət gözəlliklərini ölkə daxilində və
xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini
diqqətə çatdırmaqdır.
Yeni Azərbaycan.-
2015.- 30 dekabr.- S. 4