Azərbaycan gəncliyinin formalaşmasında Ulu öndər Heydər Əliyevin ideyaları başlıca rol oynayıb
YAP Gənclər Birliyinin 2014-cü il ərzindəki fəaliyyətinə
və 2 fevral-Azərbaycan
Gəncləri Gününə
həsr olunmuş tədbir keçirilib
Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər
Birliyinin 2014-cü il ərzindəki fəaliyyətinə
və 2 fevral - Azərbaycan Gəncləri
Gününə həsr
olunmuş tədbir keçirilib.
Tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, gənclər və idman nazirinin
müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri və YAP-ın gənc fəal üzvləri iştirak ediblər.
Əvvəlcə, tədbirdə YAP Gənclər
Birliyinin 2014-cü il ərzindəki fəaliyyətini
əks etdirən slayd-şou nümayiş etdirilib.
Daha sonra
çıxış edən
Azərbaycan Respublikası
Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gəncləri 2 fevral - Azərbaycan Gəncləri
Günü münasibətilə
təbrik edib. Bu gün Azərbaycanın
öz tarixinin qızıl dövrünü
yaşadığını deyən Əli Əhmədovun sözlərinə
görə, müasir
gənclik məhz belə bir dövrdə
yaşadığı üçün
xoşbəxtdir. Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətdə gənclərə
qayğının xüsusi
yer tutduğunu deyən YAP Sədrinin müavini Gənclər və İdman Nazirliyinin yaradılmasını,
Gənclər Gününün
təsis edilməsini bu qayğının parlaq nümunəsi kimi dəyərləndirib.
Əli Əhmədov
qeyd edib ki, Prezident İlham
Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi
gənclər siyasətini
uğurla davam etdirir. Onun sözlərinə
görə, həm yüksək təhsil almaq, həm ictimai-siyasi fəallığı
təmin etmək, həm də dövlət quruculuğu işində yaxından iştirak etmək baxımından gənclər
üçün bütün
imkanlar yaradılıb.
“Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident
İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvu var ki,
onların 40 faizi gənclərdir. Bu, təxminən 250 minə yaxın gənc deməkdir. Əlbəttə
ki, bu, böyük
güc deməkdir. Hesab edirəm ki, Azərbaycan tarixində YAP Gənclər
Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb.
Burada çox fədakar, Vətənini,
dövlətini sevən,
Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən
gənclər birləşib.
Biz YAP Gənclər Birliyinin fəaliyyətini
yüksək qiymətləndiririk.
Partiyamız gənclərə
hər zaman dəstək verir və bunu davam
etdirəcək”, - deyə
YAP Sədrinin müavini
vurğulayıb.
Əli Əhmədov
qeyd edib ki, Ulu öndər
Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud
imkanlarından istifadə
edərək gənclərimizin
daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi
yetişməsinə səfərbər
edilməsindən ibarət
olub. YAP Sədrinin müavini məmnunluq hissi ilə deyib ki, Gənclər
Gününün təsis
olunmasından bu günə qədər keçən illər ərzində Azərbaycanda
müasir gəncliyin inkişafı üçün
böyük işlər
görülüb. “Təbii
ki, bu işlərin
əsasını Heydər
Əliyev ideyaları təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar
gənclər üçün
daha geniş imkanların yaradılmasından
ibarətdir. Azərbaycanın
inkişafı və artan imkanları gənclərlə bağlı
siyasətimizin daha əhatəli şəkildə
həyata keçirilməsi
üçün əlavə
imkanlar yaradır. Bu gün ölkəmizdə
layiqli gənclik formalaşıb. Azərbaycan
gəncliyi yüksək
biliklərə yiyələnməklə,
müasir dünyagörüşünə
sahib olmaqla, eyni zamanda, azərbaycançılıq
ideyalarına yiyələnməklə
ölkəmizin layiqli
vətəndaşları kimi
yetişirlər. Biz Azərbaycanın gələcəyini
bu gün formalaşan, gələcəyə
ümidlə baxan və özünü gələcəyə hazırlayan
gənclərdə görürük.
Təbii ki, hər bir xalqın
gələcəyi gənclərlə
bağlıdır. Bu
mənada biz də Azərbaycanın gələcəyini Ümummilli
lider Heydər Əliyev tövsiyələrinə
istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən,
bütün parametrləri
ilə Azərbaycanın
gələcəyinin layiqli
təmsilçiləri olmağa
qadir olan gənclik formalaşıb”
- deyən Əli Əhmədovun sözlərinə
görə, bu gənclərin əhəmiyyətli
bir hissəsi YAP-ın Gənclər Birliyində toplaşıblar.
Baş nazirin
müavini qeyd edib ki, Prezidentimizin
gənclərlə bağlı
siyasətinin mərkəzində
dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar
kimi yetişdirməkdən
ibarətdir. Onun fikrincə, layiqli vətəndaş, vətənpərvər
insan, sadəcə olaraq, sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın
inkişafı üçün
özünün potensialını
ortaya qoymağı bacaran insan olmalıdır:
“Prezident İlham Əliyev ölkə gəncliyinin bu parametrlər üzrə formalaşıb inkişaf
etməsi üçün
bütün imkanlardan
səmərəli şəkildə
istifadə edir. Təhsil infrastrukturunun yaxşılaşdırılmasından tutmuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə
qədər həyata
keçirilən bütün
işlər, islahatlar
məhz bu məqsədin reallaşmasına
xidmət edir. Eyni zamanda, gənclərimizin
ölkəmizdən kənarda,
müasir dünya səviyyəsində olan universitetlərdə təhsil
almaları üçün
geniş Dövlət
Proqramının həyata
keçirilməsi də
bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə
reallaşmaqdadır. Bu
gün çoxlu sayda gənclərimiz yüksək reytinqli dünya universitetlərində
təhsil alırlar. Onlar dünyanın inkişaf meyillərini, yüksək biliklərini
Azərbaycana gətirirlər
və bu biliklər əsasında ölkəmizin inkişafına
əlavə təkanlar
verəcək böyük
qüvvədirlər. Həmin
gənclərin böyük
əksəriyyəti vətənə
qayıdaraq ölkəmizin
gələcəkdə daha
yüksək inkişaf
etməsinə təkan
verəcəklər. Eyni
zamanda, onlar xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.
Gənclərin bu gün dövlət
işlərinə də
geniş şəkildə
cəlb olunduğunu deyən Əli Əhmədov bildirib ki, dövlət idarəçiliyində çox
məsul vəzifələrə
irəli çəkilmiş
gənclər var. O, belə gənclər arasında YAP üzvlərinin
də olmasını sevindirici hal kimi dəyərləndirib.
İcra katibinin fikrincə, bu ondan xəbər verir ki, gələcək
Azərbaycanın formalaşmasında
YAP gəncləri də
yaxından iştirak edirlər: “Biz Azərbaycanın gələcəyinə
baxarkən bu gün əldə etdiyimiz səviyyədən
gələcəkdə daha
yüksək səviyyədə
dayanmağa layiq olan Azərbaycanın formalaşmasını arzu
edirik. Bu arzu bu gün
gəncliyimizin istək
və arzuları ilə tamamilə uyğun gəlir. Bu uyğunluq Azərbaycanın bundan sonra da sürətli
inkişafının çox
fundamental əsaslarından
birini təşkil edir. YAP elə bir siyasi təşkilatdır
ki, gənclər burada gələcək Azərbaycanın formalaşmasında
yaxından iştirak edirlər. Gənclərimiz
həmişə milli
dəyərlərimizə, adət-ənənələrimizə sədaqəti ilə seçilirlər. Əgər
dünya dəyişirsə,
dəyərlər dəyişirsə,
təbii ki, Azərbaycanın dəyərləri
də müsbət mənada inkişaf edir. Həm milli, həm dünyəvi, həm də inkişaf edən dəyərləri
mənimsəyən ən
əhəmiyyətli sosial
qrup gənclikdir. Amma milli dəyərlərimiz
heç zaman unudulmamalıdır, azərbaycançılıq
ideyaları öndə
olmalıdır. Azərbaycanda
gənclərin vətən
uğrunda fədakarlıq
göstərməsi üçün
hər cür şərait yaradılıb
və inanırıq ki, gənclər ölkəmizin ərazi bütövlüyünün təmin
olunması üçün
hər şeyə hazırdır”.
Gəncliyin üzərinə
bundan sonra da böyük vəzifələrin düşdüyünü
deyən Əli Əhmədov onların dövlətimizin gələcək
inkişafında iştirakı
ilə bağlı tövsiyələr verib. Qeyd edib ki,
gənclər yüksək
biliklərə sahib olmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər,
dövlətçiliyimizi qorumalıdırlar.
Eyni zamanda, müasir gənclik Azərbaycanı dünya miqyasında daim layiqincə təmsil etməlidir. Çünki
Azərbaycanın gələcəyi
məhz gənclərin
əlində olacaq. Həmçinin, gənclər
daim milli-mənəvi
dəyərlərimizə də
sadiqliyini nümayiş
etdirməlidir. “Həqiqətən,
YAP-ın sıralarında
təkcə say etibarilə çoxlu gənclər birləşməyib,
eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi
ilə seçilən,
yüksək biliklər
mənimsəmiş gənclər
cəmləşib ki,
bugünkü və daha çox gələcək Azərbaycan
haqqında daha aydın təsəvvürlərimizin
formalaşmasına təkan
verir. YAP-ın gəncləri Azərbaycanın
ictimai-siyasi həyatında
yüksək fəallıq
nümayiş etdirirlər.
YAP-ın gəncləri
sözün həqiqi
mənasında özündə
böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün
Azərbaycanın gələcəyinə
inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü
bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində
bütünlüklə bu
ideyalara istinad edirlər. Çünki bu ideyalar onların
formalaşmasında bilavasitə
başlıca rol oynayıb” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Gənclərə öz fəaliyyətlərində
uğurlar arzulayan Əli Əhmədov deyib ki, partiyada
təmsil olunan gənclər həmişə
düzgün mövqedən
çıxış edərək
milli maraqların qorunmasına xidmət ediblər.
Tədbirdə çıxış edən
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da partiyanın
Gənclər Birliyinin
fəaliyyətini yüksək
qiymətləndirib. Gənclərin
vətənpərvərlik ruhunda böyüməsinin
vacibliyini deyən B.Muradova YAP-ın sıralarında məhz belə gənclərin birləşdiyini vurğulayıb:
“Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra gənclərlə
iş dövlət siyasətinin aparıcı
istiqamətinə çevrilib”.
B.Muradova bildirib
ki, bu gün
Azərbaycan gəncliyinin
inkişafı üçün
bütün imkanlar yaradılıb. Onun sözlərinə görə,
dövlətimiz bu istiqamətdə lazımi
dəstəyi göstərir:
“Bu gün Heydər Əliyev ideyaları ilə müstəqil həyata qədəm qoyan gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyin
inkişafına xidmət
edirlər. Təsadüfi
deyildir ki, gənclərin savadlı,
geniş dünyagörüşünə
malik olmaları üçün dövlət
tərəfindən hər
cür şərait yaradılır. Dövlətin
qayğısından faydalanan
gənclər yüksək
səviyyədə təhsil
alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər vətəndaş
olmalıdır ki, gələcəkdə Azərbaycanı
daha da inkişaf
etdirib irəliyə apara bilsinlər. Eyni zamanda, gənclərin
vətənpərvər ruhda
böyümələri vacib
şərtdir. Sevindirici
haldır ki, bu baxımdan da gənclərimizə güvənə bilərik”,
- deyə vitse-spiker vurğulayıb.
Tədbirdə YAP-ın fəal gənc üzvlərindən
Arzu Xəlilova və Güllü Eldarzadə çıxış
edərək dövlətimizin,
o cümlədən, YAP-ın
gənclərlə bağlı
siyasətinin əhəmiyyətini
vurğulayıblar.
Sonda YAP Gənclər
Birliyinin bir qrup fəal üzvünə fəxri fərmanlar, mükafatlar təqdim olunub.
Tədbir tanınmış
sənətçilərin konsert proqramı ilə davam edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2015.- 3 fevral.- S. 4.