Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə də geniş əməkdaşlıq edir

 

Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər zamanı bir sıra görüşlər keçirən rusiyalı qonaqlar, eyni zamanda, Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirən sərgi ilə tanış olub, həmçinin, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında möhkəm hüquqi baza mövcuddur. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son 5 ildə 5 mindən çox adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib. Tədbirdə bildirilib ki, indiyədək 14 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya Federasiyası, eləcə də, onun əksər federal subyektləri, o cümlədən, Şimali Osetiya-Alaniya Respublikası arasında uğurlu əməkdaşlıq var. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə isə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Azərbaycan və Rusiya Federasiyası arasında, o cümlədən, Şimali Osetiya-Alaniya Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Sənaye, kənd təsərrüfatı, turizm, İKT, logistika və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib.

Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Sergey Takoyev Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını bildirib. Takoyev Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən, Şimali Osetiya-Alaniya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüşün sonunda Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin MustafayevRusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev imzalayıblar. Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də, təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sferalarında Azərbaycan Respublikasının və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyatasosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər öz əksini tapıb.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, qida, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən adamları da iştirak edib.

İşgüzar görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə əlaqələrin uğurla davam etdiyini, biznes-forumişgüzar görüşlərin adamları arasında əməkdaşlığın genişlənməsində, ölkələrimizin biznes və investisiya potensialının təqdim olunmasında əhəmiyyətini vurğulayıb, sahibkarları fəal əməkdaşlığa dəvət edib. Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev adamlarının yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirmələri üçün böyük potensialın olduğunu xatırladıb.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznesinvestisiya mühiti barədə məlumat verib. Şimali Osetiya-Alaniya Respublikasının turizm, sahibkarlıq və investisiya siyasəti nazirinin müavini Aleksandr Kokaev isə təqdimatında təmsil etdiyi federal subyektə investisiya qoyuluşu imkanlarını Azərbaycan adamlarının diqqətinə çatdırıb.

Bu məqamda vurğulamaq yerinə düşər ki, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyadaregionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin müstəqil Azərbaycanın dövlət başçısı kimi, Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını aldı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixində Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının genişləndirilməsinə təkan verdi. Ulu öndər Heydər Əliyevin daxilixarici siyasət kursunu davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. Bunun təsdiqi kimi, Azərbaycanın dövlət başçısı 5-7 fevral 2004-cü il tarixində bu ölkədə rəsmi səfərdə olub. Bundan əlavə, 2004-2005-ci illərdə Azərbaycan Prezidenti Rusiya Federasiyasına işgüzar səfərlər edib. Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin 21-22 fevral 2006-cı il tarixində Azərbaycana işgüzar səfərə gələrək “Rusiya İlinin təntənəli açılış mərasimində iştirak edib. Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü 16 iyun 2006-cı ildə Qazaxıstanın Almatı şəhərində Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirədə iştirak çərçivəsində gerçəkləşib. İki ölkə prezidentlərinin səfərləri və görüşləri sonrakı illərdə də davam etdirilib. Belə ki, 3 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə baş tutan görüşündə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rusiya Federasiyasının hazırkı Baş naziri Dmitri Medvedyevin prezidentliyi dövründə də iki ölkə arasında imzalanan çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin iqtisadiyyat, enerji və digər sahələrdə dərinləşməsinə şərait yaradıb. Belə ki, Rusiya Prezidentinin 2008-ci il səfərinin yekununda iki ölkə arasında bir sıra mühüm sənədlərlə yanaşı, Dostluqstrateji əməkdaşlıq haqqında Bəyannamə də imzalanıb. Rusiya dövlət başçısının Azərbaycana bir il sonra gerçəkləşən işgüzar səfəri zamanı “Xəzər dənizi üzrə birgə Bəyannamə və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə” birgə Bəyannamə imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtləri imzalanıb. 2013-cü il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sazişlər də Azərbaycanla Rusiya arasında münasibətlərin genişlənməsindən xəbər verir.

Qeyd olunanlarla yanaşı, Azərbaycanla Rusiya iqtisadi sahədə də uğurlu əməkdaşlıq qura bilib. Belə ki, iki ölkə arasında kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq, maşınqayırma, məişət avadanlıqları və digər sahələr üzrə geniş ticarət əlaqələri mövcuddur. Bundan başqa, yuxarıda da vurğulandığı kimi, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir.

Eyni zamanda, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə geniş əməkdaşlıq edir. Bir faktı qeyd etmək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması isə bu istiqamətdə atılmış növbəti addımdır. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir.

Bütün bu sadalananlar onu deməyə əsas verir ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf edir.

 

Oktay HACIMUSALI

Yeni  Azərbaycan.-2015.- 5 fevral.- S. 8.