Azərbaycanda iqtisadiyyatın
şaxələndirilməsi siyasəti öz
bəhrəsini verməkdədir
Milli Məclisin Sosial
siyasət komitəsinin sədr müavini,
YAP Siyasi Şurasının üzvü Musa Quliyev
- Musa müəllim, Azərbaycan cəmiyyətində ötən ilin sosial-iqtisadi yekunları müzakirə olunur. 2014-cü ilin nəticələrini necə qiymətləndirirsiniz?
- Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli liderimiz Heydər Əliyevdir. Məhz Heydər Əliyev siyasəti nəticəsində müstəqil dövlətimiz inkişaf yoluna çıxıb. 2003-cü ildən isə bu inkişafın yeni, əzəmətli mərhələsi başlayıb. Bu mənada başa vurduğumuz 2014-cü ilin nəticələrini 2003-cü ildən başlayan sosial-iqtisadi inkişaf konsepsiyasının davamı kimi səciyyələndirmək olar. Ötən il regionların sosial-iqtisadi inkişafı uğurla davam edib ki, bu da Azərbaycan xalqının sosial-iqtisadi həyatına öz töhfələrini verdi. 2014-cü ilin ən xarakterik xüsusiyyətlərindən biri də ölkədə qeyri-neft sektorunun sürətli inkişafı kimi yadda qalmasıdır. Bilirsiniz ki, ÜDM-nin yarıdan çoxu qeyri-neft sektorunun hesabına formalaşdı. Bu da onu göstərir ki, Prezident İlham Əlyievin iqtisadiyyatın şaxələndirilməsi siyasəti Azərbaycanda öz bəhrəsini verməkdədir. Məhz bu siyasət nəticəsində ötən il inflyasiya cəmi 1,4 faiz səviyyəsində olub. Bu, yüksək göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyib. Ümumilikdə isə əhainin rifahı da xeyli yüksəlib. 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Eləcə də, Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, işsizlik 5 faizdən aşağıdır. Bütün bunlar uğurlu siyasətin nəticələridir. Bununla yanaşı, təqaüdlər də artırılıb və bir sıra sosial layihələr uğurla həyata keçirilib. Bütün bunlar Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə təsir göstərən faktorlardan biridir.
Ümumiyyətlə, 2003-cü ildən başlayaraq Azərbaycanda 3000-ə qədər ümumtəhsil məktəbi binası, 600 tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, xeyli sayda parklar salınıb, yollar, körpülər tikilib və s. Yəni bütün bunlar əhalinin rifahına müsbət təsir göstərən amillərdir.
Ötən ilin ən mühüm nəticələrindən biri də beynəlxalq hesabatlarda Azərbaycanın rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yerə çıxması olub. 200 dövlət arasında Azərbaycan ilk 40 dövlətin sırasında qərarlaşdı. MDB məkanında ilk olaraq ölkəmiz belə bir uğura imza atıb. Bu, ölkəmizin sosial-iqtisadi dayanıqlılığının göstəricisidir. Yəni xarici kapital qarşısında ölkənin müqavimət gücü var. Bir sözlə, rəqabətlilik indeksi ölkə iqtisadiyyatının potensialını, sahibkarlığın, biznesin inkişafı üçün yaradılan ictimai-hüquqi şəraitin səviyyəsini göstərir.
Önəmli məqamlardan biri də odur ki, ötən il Azərbaycana 28 milyard manat həcmində investisiya qoyulub. Bunun da, 11 milyard manatı daxili investisiya idi. Bu o deməkdir ki, Azərbaycan dövləti güclüdür, sahibkarlarımızın imkanı var ki, özləri investisiya yatırsınlar. Sahibkarlarımız hətta xarici ölkələrə də ciddi sərmayə qoyurlar. 2014-cü ildə transmilli layihələrin həyata keçirilməsi istiqamətində də ciddi addımlar atılıb. Ötən il «Cənub» qaz dəhlizinin təməlinin qoyulması TAP və TANAP layihələrinin reallaşması istiqamətində çox ciddi faktordur. Bütün bunlar onu göstərir ki, Azərbaycan gələcəkdə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edəcək. Eləcə də, ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətli hissəsi inşa olunub və bu il layihə yekunlaşa bilər. Əlbəttə ki, görülən bu işlər dövlətimizə, xalqımıza divident gətirən addımlardır.
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunmaqdadır. Sizcə, proqram və layihələr bölgələrdə əhalinin rifahına necə təsir göstərir?
- Regionaların sosial-iqtisadi inkişafına dair dövlət proqramları yüz illər boyu müstəqil Azərbaycanın tarixində qalacaq çox uğurlu layihədir. Bu layihə 2004-cü ilin fevralından həyata keçirilir ki, artıq onun üçüncü mərhələsi reallaşdırılır. Bilirsiniz ki, bu proqramın həyata keçirilməsində məqsəd, qeyri-neft sektorunun inkişafını təmin etmək, respublikanın bütün regionlarını proporsional şəkildə inkişaf etdirmək, neft sektorundan gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltmək və Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdan ibarətdir. Eyni zamanda, rayonların və onların kəndlərinin inkişaf səviyyəsini qaldırmaq, əhalinin məskunlaşmasını və məşğulluğu təmin etmək, yerlərdə normal gəliri olan iş yerləri ilə təmin etmək də başlıca məqsədlərdən biridir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci və ikinci mərhələsi investisiya qoyuluşlarına, infrastrukturun yaradılmasına, magistral yolların çəkilməsinə, elektrik energisi sisteminin yenidən qurulmasına, qaz təminatının yaxşılaşdırılmasına, bu sahədə xüsusi layihələrin həyat keçirilməsinə yönəlmişdi. Eyni zamanda, yeni iş yerlərinin açılması, turizmin inkişafı, aqrar sektorun inkişafı da diqqət mərkəzində olub.
Artıq üçüncü mərhələ isə açılmış iş yerlərinin rəqabətqabiliyyətli məhsul istehsalını qarşıya məqsəd qoyub. Məqsəd Azərbaycan brendlərinin, Azərbaycan markalı məhsulların xarici bazarlara çıxarılmasını təmin etməkdir. Təsadüfi deyil ki, bu yaxınlarda Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda da vurğulandı ki, artıq Azərbaycanın müvafiq strukturları, səfirlərimiz iş adamları ilə birgə məhsullarımızın xaricdə satışı üçün bazarlar axtarmalıdırlar. Artıq keyfiyyətli məhsullarımız istehsal olunub ki, onların ixracı ilə məşğuluq. Ölkə Prezidentinin də bildirdiyi kimi Azərbaycan həm sənaye, həm tikinti malları, həm də kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmək səviyyəsindədir. Bir sıra məhsullar var ki, onları xarici bazarlara çıxarmaqla ölkəmizə yeni kapital gətirməyə çalışmalıyıq. Bu, artıq mümkündür. Artıq sözügedən konfransda bu məsələyə diqqətin artırılması zərurəti vurğulandı.
- Ölkəmizdə aqrar sahənin potensialını necə qiymətləndirmək olar? Bu sahənin inkişaf perspektivləri haqqında fikirlərinizi bilmək istərdik...
- Bəli, Azərbaycanda aqrar sahənin potensialı çox böyükdür. Ona görə də, bu sahənin inkişafına diqqət daha da artırılmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması bu baxımdan çox əhəmiyyətlidir. Ümumiyyətlə, kənd təsərrüfatı Azərbaycanda tarixən inkişaf etmiş və öz ənənəsi olan sahələrdən biridir. Azərbaycanın imkanı var ki, özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı xarici bazarlara Azərbaycan brendi olan kənd təsərrüfatı məhsullarını çıxarsın. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq addımlar atılır, bu sahədə məhsuldarlığın artırılması üçün tədbirlər görülür. Eyni zamanda, yeni texnologiyaların istifadə olunur, fermer və digər kəndli təsərrüfatlarına böyük güzəştlərin edilir, subsidiyalar verilir. Yəni bütün şərait yaraldılır ki, insanlar kənd təsərrüfatı işlərinə daha fəal qoşulsunlar.
Azərbaycanda digər inkişaf etməkdə olan sahə İKT-dir. Bilirsiniz ki, Azərbaycanın iki süni peyki kosmik orbitə çıxarılıb. Üçüncü peykimiz isə 2017-ci ildə orbitə çıxarılacaq. Bunlar da ölkəmizə xeyli divident və gəlirlər gətirəcək.
Ölkəmizdə inkişaf
potensialı olan digər sahə isə turizmdir. Turizmin inkişafı da son illər daha da yüksəlib. Azərbaycanın bu baxımdan dünyanın cəlbedici
ölkələrindən birinə
çevrilməkdədir. Nəqliyyat sektoru da qeyri-neft sektorunun
xüsusi qoludur ki,
gəlir gətirən
sahədir. Bu sahənin inkişafına
da ciddi diqqət verilir. Bir sözlə, dövlət
proqramları çərçivəsində
görülən işlər
regionların inkişafına,
ölkənin daha da yüksəlişinə
səbəb olub.
Bu gün ölkəmizin
istənilən rayonunun
mərkəzi qonşu
ölkələrin paytaxtlarından
daha gözəldir, daha abaddır və daha inkişaf
etmiş görünür.
Bu da heç şübhəsiz ki, xaricdəki iş adamlarını Azərbaycana
gəlməyə, burada
yatırımlar etməyə sövq edir. Bütün bunlar isə
Azərbaycanın daha
da inkişafına xidmət edən faktlardır.
- Musa müəllim, radikal müxalifətin nümayəndələri
ölkəmizin sosial-iqtisadi
inkişaf göstəricilərini
təhrif etməyə
çalışır. Onların bu
mövqeyinə münasibətiniz
necədir?
- Bilirsiniz, bu insanların abır-həyası
olsaydı, çoxdan
siyasətdən gedərdilər.
Onlar əmək kitabçalarına
yazılmaq xatirinə
faydalı işlərlə
məşğul olardılar.
Sonralar isə övladları,
nəvələri öz
yaşıdları qarşısında
utanmazdılar ki, böyükləri ömrü
boyu faydalı işlə məşğul
olmayıblar. Belə adamlar
demaqogiyadan əl çəkməlidir. Xaricdəki müəyyən
dairələrin tapşırıqları
ilə dövlətimizin
əleyhinə bəyanat
verməkdən əl
çəkmək lazımdır.
Bu adamlar reallıqları
qəbul etməlidir.
Neft gəlirlərinin
düzgün istifadə
olunmaması haqda deyilənlər tamamilə
yanlış mövqedir. Məsələn, müvafiq dövlət proqramı çərçivəsində
5 mindən çox gəncimiz dünyanın ən aparıcı universitetlərində təhsil
alırlar. Onlar məhz
dövlətin ayırdığı
vəsait hesabına xaricdə oxuyurlar. Neft kapitalının insan kapitalına çevrilməsi
istiqamətində bu faktı qəbul etməmək mümkündürmü?
Əlbəttə ki, yox.
Yuxarıda qeyd etdiyim kimi 10 ildən artıq bir müddətdə 3000 məktəb,
600 tibb müəssisəsi
tikilib istifadəyə
verilib, yüzlərlə
parklar salınıb, yollar çəkilib. Eləcə də, bölgələr
abadlaşır, 1 milyon
300 mindən çox yeni iş yerləri
açılıb. Bunlar hamısı
nəyin hesabınadır?
Przident İlham Əliyevin düzgün siyasətinin
nəticəsidir. Bunlar
hamısı neft gəlirlərinin
düzgün bölüşdürülməsinin
və balanslaşdırılmasının
hesabınadır.
Bu gün
dünya böyük iqtisadi böhran içərisində çapalayır.
Avropanın böyük
dövlətləri öz
siyasətlərinə yenidən
baxırlar, iş yerləri
ixtisar olunur, əmək pensiyaları kəsilir, əməkhaqları
aşağı salınır.
Amma Azərbaycan bu böhranı elə də hiss etmir. Onun hesabına
hiss etmir ki, vaxtında neftdən gələn gəlirlər
düzgün istiqamətləndirilir.
Bu gün ölkəmizin
50 milyard dollardan artıq valyuta ehtiyatı var. Yəni Azərbaycan dövləti iki
il ərzində heç bir gəlir əldə etmədən xalqımızı
bugünkü səviyyədə
yaşatmağa qadirdir.
Bütün bunların müqabilində
radikal müxalifətin
nümayəndələrinin utanmadan dövlətin siyasətinin düzgün
olmadığını iddia
etməsi qərəzli
mövqeyin göstəricisidir. Əslində,
onların belə fikirlərinə
münasibət bildirmək
də lazım deyil. Onların kim olduğunu
xalq yaxşı bilir. Əgər sözlərində həqiqət
olsaydı, ən azı keçirdikləri mitinqlərdə
ailə üzvlərindən
başqa adamlar da iştirak edərdi. Belələri müxtəlif
xarici kəşfiyyat orqanlarına işləyən
adamlardır. Bunların bir
hissəsi ifşa olunub, hazırda istintaq altındadır, digər hissəsi də yəqin öz növbələrini
gözləyirlər. Ümumilikdə, isə ölkəmizin sosial-iqtisadi
durumu haqqında radikal müxalifətin nümayəndələrinin fikirlərini qeyri-ciddi hesab edirəm.
Yeni Azərbaycan.-2015.- 7 fevral.- S.5.