Azərbaycan
birinci Avropa Oyunlarına tam hazırdır
“Bakı-2015” birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyeva: Bu Oyunlar
bütün iştirakçıları birləşdirəcək
və yeni idman ənənəsi üçün güclü
təməl yaradacaq
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət sayəsində
regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə
artan, bütün dünyada etibarlı tərəfdaş imici
qazanan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin,
nüfuzlu idman yarışlarının keçirildiyi məkana
çevrilib.
Hazırda isə ölkəmiz cari ilin
yayında Bakıda keçiriləcək birinci Avropa
Oyunlarının həyəcanı ərəfəsindədir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin
yayında Bakıda keçirilməsi barədə qərar
2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində
qəbul edilib.
Avropanın idman-olimpiya ailəsi Bakının
namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.
Bakıda keçiriləcək yarışlarda
Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin
iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi
ilə əldə olunmuş razılığa əsasən,
Bakıda keçiriləcək yarışlara 49 ölkədən
20 idman növü üzrə 6 mindən çox atlet
qatılacaq. Təşkilatçılar bəyan
ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə
Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına
kvalifikasiya platforması qismində istifadə ediləcək.
Belə ki, birinci Avropa Oyunları çərçivəsində
keçiriləcək yarışlardan 16-sı olimpiya idman
növüdür. Buraya velosiped idman
növü, güllə atıcılığı,
üzgüçülük, stolüstü tennis, taekvando,
triatlon və digər idman növləri daxildir.
Azərbaycan
birinci Avropa Oyunlarına böyük məsuliyyətlə
hazırlaşır
Yuxarıda deyilənlərdən də
göründüyü kimi, cari ilin yayında ölkəmizin
paytaxtında keçiriləcək birinci Avropa
Oyunlarının miqyası kifayət qədər
böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox
innovativ olacağını və adi yarışmalarda olmayan
müxtəlif idman növləri ilə seçiləcəyini
xüsusi nəzərə çatdırıb. AOK-in rəsmisi
bildirib ki, onların sayəsində atletlər gələcək
Olimpiya Oyunları üçün nəticələri daha da
yaxşılaşdıracaqlar: “Sonra onlar 2016-cı ildə
Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən
yüksək idman nailiyyətlərinə daha yaxşı
hazırlaşacaqlar”.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki,
Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək
bu yarışmanı yay Olimpiya Oyunları səviyyəsində
keçirmək əzmindədir. Prezident İlham Əliyevin
vurğuladığı kimi, gələcək Avropa
Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək:
“Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində
keçirmək əzmindəyik. Bu Oyunlar bir
Avropa bayramına çevrilməlidir. Azərbaycan
burada yenə də liderlik keyfiyyətlərini göstərir.
Çünki Avropa Oyunlarının
standartları, əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər
belə oyunlar keçirilməmişdir. Bu
oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi.
Ancaq biz istəyirik ki, bu möhtəşəm
idman bayramı möhtəşəm dostluq bayramına
çevrilsin. Buna böyük ehtiyac var”.
Qeyd etmək xoşdur ki, Avropa Olimpiya Komitəsi birinci
Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar
verdikdən sonra ötən müddətdə bu mötəbər
idman yarışmasına hazırlıqla bağlı
respublikamızda genişmiqyaslı işlər həyata
keçirilib.
Yəni, ölkəmiz tarixdə ilk dəfə
təşkil olunan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə
hazırlaşır. Bütün hazırlıq işləri
isə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik
etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi
tərəfindən həyata keçirilir. “Bakı-2015”
birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin hələ
2013-cü il 2 fevral tarixində keçirilən
ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə
qərar verilməsini ölkəmiz üçün yüksək
etimad kimi dəyərləndirmişdi: “Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmiz
üçün, ümumiyyətlə, bütün Avropa
Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın
sürətli inkişafı, dünya birliyində tutduğu
mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə
əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə
uğurla ev sahibliyi edə bilər”.
Beləliklə, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat
Komitəsinin üzvləri hazırlıq işlərinə
start verdikləri ilk gündən öz fəaliyyətlərində
Avropa idman ailəsinin ölkəmizə göstərdikləri
yüksək etimadı doğrultmağa
çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə
əlaqədar həyata keçirilən infrastruktur layihələri,
yeni idman arenalarının inşası, mövcud obyektlərdə
əsaslı yenidənqurma işlərinin aparılması,
atletlər kəndinin hazırlanması, digər
çoxsaylı tədbirlərin əlaqələndirilməsi
və qısa müddətdə reallaşdırılması
Mehriban xanım Əliyevanın rəhbərliyi altında
çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat
Komitəsinin fəaliyyətinin miqyası barədə konkret
təsəvvür yaradır.
Avropa
Olimpiya Komitəsinin rəsmilərinin də
vurğuladıqları kimi, Avropa Oyunları miqyasında
yarışların təşkil edilməsi üçün
ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən
7 il vaxt verilir, Azərbaycanın isə bütün
hazırlıq işlərini həyata keçirmək
üçün cəmi 30 ay vaxtı olub. Lakin
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
işgüzar komandanın böyük əzmkarlığı
sayəsində Azərbaycan birinci Avropa Oyunlarına
hazırlığı yüksək səviyyədə həyata
keçirməkdədir. Artıq ölkəmiz
Avropanın tarixində ilk dəfə keçiriləcək
birinci Olimpiya Oyunlarına ev sahibliyi etməyə
tam hazırdır.
Heç şübhəsiz, birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə həyata keçirilməsində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı və hər bir işə böyük məsuliyyətlə yanaşması müstəsna rol oynayır. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işləri də məhz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında reallaşdırılıb. Yüksək hazırlıq sayəsində Bakıda keçirilən “Eurovision-2012” iştirakçılar tərəfindən ən yaxşı mahnı müsabiqəsi kimi dəyərləndirildi. Mehriban xanım Əliyevanın rəhbərliyi altında işləyən komanda cari ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da eyni yüksək məsuliyyətlə və peşəkarlıqla yanaşır. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva birinci Avropa Oyunları ilə əlaqədar Bakıda tikilən və yaxud yenidən qurulan bütün idman obyektlərində işlərin gedişi ilə şəxsən tanış olub və inşaatçılara öz tövsiyələrini verib. Mehriban xanım Əliyeva Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə Bakıda keçirilən V iclasında ölkəmizin birinci Avropa Oyunlarına böyük məsuliyyət hissi ilə hazırlaşdığını bir daha nəzərə çatdırıb. O, iclasda iştirak edən Avropa Olimpiya Komitəsinin rəsmilərinə xitabən deyib: “Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır. Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik”.
Beləliklə, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında çalışan komanda birinci Avropa Oyunlarına hazırlığın əsas mərhələsini uğurla yekunlaşdırıb. Nəzərdə tutulan bütün tədbirlər qrafik üzrə yerinə yetirilib. Yarışların keçiriləcəyi bir sıra məkanlarda işlər tam başa çatdırılıb. Fevralın sonunadək bütün idman məkanlarının daimi bazasının tikintisinin yekunlaşdırılması nəzərdə tutulub. Hazır olan idman qurğularında yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışması keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.
Təşkilat Komitəsində gənclərin məmnuniyyətlə çalışmaları birinci Avropa Oyunlarının ən dəyərli miraslarından biridir
“Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən V iclasında həmçinin ölkəmizdə Olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu nəzərə çatdıraraq idmançılarımızın nailiyyətlərini qeyd edib. Həqiqətən də, son illərdə Azərbaycan davamlı dövlət qayğısı sayəsində özünü həm də idman ölkəsi kimi təsdiqləyib. Respublikamızda idman infrastrukturunun yenilənməsi istiqamətində intensiv iş aparılır. Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verilib.
Ölkədə idmanın güclü şəkildə təşviq edilməsi və mükəmməl idman infrastrukturu yaradılması öz növbəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda daha uğurla çıxış etmələrini şərtləndirir. Respublikamızın Olimpiya Oyunlarında hər dəfə daha böyük uğur qazanması bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu Olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Son illərdə könüllülük hərəkatının genişlənməsi də Azərbaycan cəmiyyətini xarakterizə etmək baxımından çox səciyyəvidir. Azərbaycan ictimaiyyəti bir qayda olaraq dövlətin xalqımızın xoş məramına uyğun olaraq həyata keçirdiyi siyasətə öz dəstəyini nümayiş etdirir. Əlamətdar haldır ki, respublikamızda birinci Avropa Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də böyük dəstək nümayiş etdirilir. Könüllülər birinci Avropa Oyunlarına hazırlıq işlərində böyük fəallıq nümayiş etdirirlər. İndiyədək 16 mindən artıq könüllü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına öz dəstəyini ifadə edib. Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında ölkəmizdə yarışlara göstərilən ictimai maraq da xüsusi vurğulanıb. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Təşkilat Komitəsində gənclərin çalışmasını birinci Avropa Oyunlarının ən dəyərli miraslarından biri kimi səciyyələndirərək deyib: “Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”.
Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər.
Avropa Olimpiya Komitəsinin təmsilçiləri Bakıda çox gözəl birinci Avropa Oyunlarının keçiriləcəyinə əmindirlər
Onu da bildirmək yerinə düşər ki, Avropanın tarixində ilk dəfə keçirildiyinə görə cari ilin yayında Bakıda təşkil olunacaq birinci Avropa Oyunları müstəsna əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva AOK Əlaqələndirmə Komissiyasının bu günlərdə Bakıda keçirilən V iclasında diqqəti bir daha bu oyunların əhəmiyyətinə yönəldib. Təşkilat Komitəsinin sədri əminliklə bildirib ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.
Yeri gəlmişkən, Avropanın idman ictimaiyyətinin nümayəndələri də cari ilin yayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini də yüksək qiymətləndirirlər. Son vaxtlar bununla bağlı Avropanın ayrı-ayrı ölkələrinin mətbuatında silsilə yazılar dərc edilməkdədir. Avropa Olimpiya Komitəsinin rəsmiləri də birinci Avropa Oyunları ilə əlaqədar Bakıda həyata keçirilən hazırlıq işlərindən məmnun qaldıqlarını dilə gətirirlər. Respublikamızın birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığı bu günlərdə Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclasında da bu, xüsusi vurğulanıb. İclasda iştirak edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan ibarət komandanın çalışdığından məmnunluğunu ifadə edib. Birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq hazırda “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində (BAOƏK) 1356 nəfərin çalışdığını diqqətə çatdırıb. O bildirib ki, işçilərin 68 faizini azərbaycanlılar təşkil edir. BAOƏK-də 43 ölkənin nümayəndəsi çalışır. Onların 230-u London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində çalışmış peşəkarlardır.
Öz növbəsində Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının üzvləri bu yay baş tutacaq ilk Avropa Oyunları öncəsi Bakıya yekun səfərləri zamanı ölkəmizin paytaxtında hazırlanan idman obyektlərini gəzərək görülən işlər barədə müsbət rəy ifadə ediblər. Əlaqələndirmə Komissiyasının üzvləri tur çərçivəsində birinci Avropa Oyunlarına hazırlıqlarla bağlı ətraflı məlumat alıblar. Bundan əlavə, onlar birinci Avropa Oyunlarının Marşrut Şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Avropa Oyunları Parkını və digər idman obyektlərini gəziblər. Onlar, həmçinin, “Bakı-2015” Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Tur çərçivəsində Bakıda yaradılan idman obyektləri ilə tanış olan AOK Əlaqələndirmə Komissiyasının üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib: “Şəhər unudulmaz tədbirə ev sahibliyi etməyə tam hazırdır. İki il ərzində əldə edilmiş bu qədər nailiyyətlər Azərbaycanın Oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir”.
AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos isə birinci Avropa Oyunlarına hazırlıqla bağlı fikirlərini ifadə edərək deyib: “Obyektlərə olan səfərdə dünya səviyyəli idman obyektlərinizdə olan inkişafı görmək və obyektlər arasındakı Marşrut Şəbəkəsi ilə tanış olmaq mən və mənim Komissiyam üçün əvəzolunmaz hiss idi”.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 12
fevral.- S. 2.