Azərbaycan bu gün zirvədədir

 

Prezident İlham Əliyev: Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq

 

Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxilixarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə dünyaya öz qüdrətini nümayiş etdirdi

Müasir müstəqil Azərbaycanın mühüm gerçəkliklərindən birini də ölkəmizin beynəlxalq dialoq məkanı kimi çıxış etməsi təşkil edir. Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Məhz cari il iyunun 12-dən 28-dək dünyanın idman nəbzinin tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla ev sahibliyi edən ölkəmizdə döyünməsi xüsusilə qeyd edilməlidir. Bakıda yeni inşa olunan möhtəşəm Olimpiya Stadionunda baş tutan birinci Avropa Oyunlarının son dərəcə heyrətamiz açılış və bağlanış mərasimi “qoca qitə”nin idman tarixində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın gücünü və potensialını dünyaya nümayiş etdirmiş oldu.

O da qeyd edilməlidir ki, ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada yayımlandı. Artıq dünya ictimaiyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaət ifadə edir, bunu Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirir. Əsas etibarilə diqqətə çatdırılır ki, yarışların hər məqamı Azərbaycanın ilk Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşdığını göstərir. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi 2,5 ilə ən yüksək səviyyədə tamamlayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı qeyd edib ki, bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi: “Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin gördük. Gərgin şəraitdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idikkeçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı, əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün, bəlkə, yüzilliklər lazımdır. Bu Oyunlar, sadəcə olaraq, bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də, öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik - məhz budur bizim uğurlarımızın əsas şərtləri”.

Dünya ictimaiyyəti Azərbaycan reallıqlarının şahidi oldu

Qeyd etdiyimiz kimi, birinci Avropa Oyunları dünya idman tarixində vacib hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Bununla yanaşı, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasiminin kompozisiyaları sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. Özünün sürətli inkişafı sayəsində birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanan Azərbaycan yarışlara uğurla ev sahibliyi etməklə yanaşı, ölkə reallıqlarını da nümayiş etdirmiş oldu. Ən əsası, vurğulandığı kimi, ilk Avropa Oyunları Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində inkişafın Azərbaycan modeli formalaşdırılıb. Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Ümumiyyətlə, Azərbaycanın davamlı inkişafı bundan sonra da bütün sahələr üzrə böyük uğurlar qazanmağa tam əsas verir. Çünki ölkəmizin gələcək hədəfləri çox böyükdür. İlk Avropa Oyunları isə gələcək nailiyyətlərimiz üçün stimul verən amillərdən biridir.

Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı onu da vurğulayıb ki, bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək: “Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik”.

Cənubi Qafqazın lider dövlətinin inkişafı və yüksəlişi davamlı xarakter daşıyır

Ümumiyyətlə, müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyatasiyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dolayısıyla, siyasi-iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyiiqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir.

Bu kontekstdə qeyd etmək lazımdır ki, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda baş verən kataklizmlərə baxmayaraq, öz müstəqil inkişaf yolunda irəliləyir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qüruriftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.

Nəticə etibarilə, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlikiqtisadi tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrünuğurlu olacağını deməyə əsas verir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 1 iyul.- S. 2.