Azərbaycan bundan sonra
da inkişaf yolu ilə gedəcək
Prezident İlham Əliyev:
Gələcəkdə bizim
böyük uğurlarımız
və qələbələrimiz
olacaqdır
Dinamik inkişaf
tempinə malik olan Azərbaycanda həyata keçirilən
davamlı islahatlar sayəsində bütün
sahələrin paralel
tərəqqisi təmin
edilib. Ümumiyyətlə,
milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və
səmərəli iqtisadi
siyasət sayəsində
hədəflənən nəticələrin
əldə olunması,
sosial-iqtisadi islahatların
mütəmadi qaydada həyata keçirilməsi,
həmçinin, digər
bu kimi tədbirlər
Azərbaycanın sürətli
inkişafını təmin
etməklə yanaşı,
perspektiv tərəqqinin
əsaslarını formalaşdırır.
Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik
etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan
dövlətinin qüdrətinin
artmasında ifadə olunub.
Azərbaycan Avropanın idman
mərkəzlərindən birinə çevrilib
Ölkəmizdə paralel inkişaf siyasətinin səmərəli
nəticələrindən biri də idman
sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi
istiqamətində görülən
genişmiqyaslı işlər
nəticəsində ölkəmiz
Avropanın idman mərkəzlərindən birinə
çevrilib. Eyni zamanda,
gənc nəslin sağlam böyüməsi
üçün dövlət
tərəfindən lazım
olan bütün addımlar atılıb.
Ümumiyyətlə, fiziki və
mənəvi cəhətdən
sağlam nəsil yetişdirmək üçün,
ilk növbədə, müasir
infrastrukturun yaradılması
vacibdir. Və son illərdə
ölkəmizdə bu
istiqamətdə mühüm
işlər görülüb.
Prezident İlham Əliyevin təşəbbüsü və
nəzarəti ilə
Azərbaycanın hər
bir bölgəsində
idman arenalarının,
müasir komplekslərin
tikilərək yeniyetmələrin,
gənclərin ixtiyarına
verilməsi ölkəmizdə
böyük idmançı
ordusunun formalaşmasını
təmin edib. Paytaxtda və bölgələrdə
olan idman arenalarına yeniyetmələrin
axını da buna bariz nümunədir.
Eyni zamanda, bir-birini əvəzləyən
idman yarışları
Bakının daha böyükmiqyaslı yarışlara
ev sahibliyi
etmək imkanlarını
artırıb. Ölkəmizin
birinci Avropa Oyunları kimi planetin bir nömrəli
idman yarışına
uğurla ev
sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin
olunduğu sabit ölkə olması amili dayanır.
İnkişafın Azərbaycan modeli
idman sektorunda da özünü göstərir
O da qeyd edilməlidir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasətin fonunda ölkəmizdə idmanın
inkişafı mütəmadi
səciyyə daşıyır.
Eyni zamanda, dövlət tərəfindən idmana göstərilən xüsusi
diqqət və qayğının məntiqi
nəticəsidir ki, Azərbaycanın beynəlxalq
idman yarışlarında
əldə etdiyi göstəricilər ildən-ilə
daha da yaxşılaşır.
Məhz
“Bakı-2015” ilk Avropa Oyunlarının
nəticələri bu
qəbildən olan nümunələr sırasındadır.
Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq
nüfuzu güclənməkdə
və bu istiqamətdə beynəlxalq
aləmdə ölkəmizin
uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə
güclü idman infrastrukturu yaratmağının,
Olimpiya hərəkatının
öncül ölkələrindən
birinə çevrilməyinin
sayəsində bu kontekstdə inkişafın
Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan
Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən
biridir və aparılan dövlət siyasəti sayəsində
ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların
məşqçiləri, Azərbaycan
idman ictimaiyyətinin nümayəndələri və
Oyunların təşkilində
xidmətləri olan xarici tərəfdaşlarla
görüş zamanı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev qeyd edib ki, idmanda
əldə edilən uğurlar müəyyən
bir baza əsasında yaranır:
“Bu bazanı biz yaratmışıq.
Artıq
neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq.
İdmançılar, klublar, federasiyalar,
idman cəmiyyətləri,
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya
Oyunlarında bizim idmançılarımız ən
yüksək kürsüyə
qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan
idmanının, Azərbaycan
dövlətinin təntənəsidir”.
Azərbaycanın dinamik inkişafı
davamlı xarakter daşıyır
Ümumiyyətlə, bu və digər
nailiyyətlər Azərbaycanın
inkişafının davamlı
xarakter daşıdığını
göstərir. Sirr deyil ki, bu gün Azərbaycanın
dinamik iqtisadi inkişafı, o cümlədən,
həyata keçirilən
iqtisadi siyasət və formalaşdırılmış
iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün
nümunə qismində
çıxış etməkdədir.
Neft gəlirlərinin səmərəli
idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, iqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi,
regionların tarazlı
inkişafı, özəl
sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət
dəstəyi kimi
fundamental tədbirlər ölkəmizin
iqtisadiyyatının davamlı
tərəqqisini təmin
edən strateji faktorlar qismində çıxış edir.
Eyni zamanda, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda
iqtisadi subyektlərin,
eləcə də, milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından
biri kimi çıxış etməkdədir.
Belə ki, miqyasına görə regional, mahiyyətinə
görə isə qlobal xarakterli layihələrdə Azərbaycan
lokomotiv aktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq platformalarının
formalaşmasında, inkişafında
müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir.
Bununla yanaşı,
Azərbaycan iqtisadiyyatının
dinamik inkişafı əhalinin gəlirlərinin
artmasında ifadə olunur. Ümumilikdə, aparılan uğurlu,
məqsədyönlü siyasət
nəticəsində ildən-ilə
daha yüksək inkişaf göstəriciləri
nümayiş etdirən
iqtisadiyyatın formalaşdırılması
ölkədə işgüzar
fəallığın daha
da yüksəldilməsinə,
yoxsulluğun azaldılmasına
əlverişli şərait
yaradıb, əhalinin
etibarlı sosial müdafiəsini, maddi-rifah
halının əhəmiyyətli
dərəcədə yaxşılaşmasını
təmin edib. Ümumiyyətlə, ölkəmizin iqtisadi
imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin
həlli hazırda dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın
həyatında əhəmiyyətli
dəyişikliklərlə müşayiət olunan islahatları gerçəkləşdirmək
üçün kifayət
qədər maliyyə
potensialına və üstün siyasi iradəyə malikdir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi,
valyuta ehtiyatlarının
səmərəli idarə
edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa
dövlət dəstəyinin
gücləndirilməsi, özəl
bölmənin inkişafı
üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması
əhalinin sosial rifahının daha da yaxşılaşmasına
zəmin yaradıb. Bütün bunlara paralel olaraq, əhalinin məşğulluq səviyyəsinin
və işgüzar fəallığın artırılması,
eyni zamanda, işsizliyin azaldılması
istiqamətində əhəmiyyətli
tədbirlər həyata
keçirilir.
Bəhs olunan istiqamətdə böyük nailiyyətlərin
əldə olunmasını
təmin edən mühüm faktorlardan biri davamlı iqtisadi və maliyyə sabitliyidir. Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı
olmayan iqtisadi siyasət yürüdür
ki, bu da
inkişafın əsas
komponenti kimi çıxış edir.
O da vurğulanmalıdır
ki, ölkə iqtisadiyyatının inkişafı
üçün mütəmadi
surətdə reallaşdırılan
praqmatik islahatlar modeli formalaşdırılıb
ki, bu, bütövlükdə
milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşımaqla
yanaşı, maliyyə
sabitliyinə müstəsna
töhfələr verir.
Bütün bunları nəzərə alan ekspertlərin proqnozuna görə respublikamızın makroiqtisadi inkişafı davamlı xarakter daşıyacaq, eyni zamanda, ölkənin maliyyə imkanları daha da yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına və digər hədəflərə tam çatmağa imkan verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.-
2 iyul.- S. 2.