Azərbaycançılıq
ideologiyası dünya azərbaycanlılarını
birləşdirən milli məfkurə kimi
Hər bir xalqın tarixi və milli ideologiyası onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib.
Milli ideologiya ictimai-siyasi zərurət qismində...
Müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistematik
formada konseptuallaşdıraraq
mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın
qarşısında başlıca
məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş
dövlət dəstəyi
və qayğısı
lazım idi. Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən
sonra bu missiyanın reallaşdırılması
yönündə strategiya
hazırlandı və
onun sistemli şəkildə reallaşdırılması
prosesi uğurla həyata keçirildi.
Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı
olduğu sivilizasiyalararası
dialoqun formalaşdırılması
və inkişaf etdirilməsi, Azərbaycandakı
milli azlıqların
- müxtəlif xalqların
nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya
cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi. Bu kontekstdə milli
həmrəylik və
bütövlük yarada
biləcək ideologiya
yalnız 1993-cü ildəki
siyasi dönümdən
sonra müəyyənləşdirildi.
Ümumiyyətlə, ən müxtəlif nəzəri-konseptual mənbələrdə və tətbiqi araşdırmalarda belə bir yekun qənaət ifadə edilir ki, universal səciyyəli, milli dəyərlərin və rasional ənənələrin ehtiva olunduğu və adekvat surətdə əks edildiyi ideologiya milli gücün keyfiyyət ünsürü kimi dəyərləndirilməlidir. Başqa sözlə, bir milləti və ya xalqı digərindən fərqləndirən, onun mənəvi potensialını ehtiva edən, həmçinin, milli mövcudluğunun mənəvi əsasını təşkil edən milli ideologiya ümummilli inkişafı təmin edən keyfiyyət ünsürü kimi səciyyələndirilir. Çünki özündə ehtiva etdiyi ümumi prinsiplərə və dəyərlərə müvafiq olaraq monist yox, universal səciyyəli milli ideologiya normativ-semantik strukturuna görə fərdi və ictimai şüurun struktur elementlərini təkmilləşdirən və onun bütövlüyünü təmin edən mənəvi mexanizm qismində çıxış etməklə yanaşı, ümummilli inkişafın da təkanverici keyfiyyət ünsürü və fundamental faktoru önəmi daşıyır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası isə özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mənəvi-ideoloji mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən ideoloji faktor səciyyəsi daşıdı.
Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Azərbaycançılıq ideologiyası neokonservatizmin milli modeli kimi
Sadalanan keyfiyyət və xüsusiyyətlər kontekstində
onu da qeyd
etmək lazımdır
ki, Azərbaycançılıq
ideologiyası özündə
ehtiva etdiyi təməl prinsiplərə
görə liberalizmlə
mühafizəkarlığın bir sıra prinsiplərindən
ibarət olan neokonservatizm ilə sıx bağlıdır. Akademik Ramiz Mehdiyev “Yeni siyasət: inkişafa doğru” kitabında yazır ki, azərbaycançılıq
coğrafi məkan baxımından neokonservatizmin
milli variantı, onun prinsip və
ideyalarının Azərbaycanın
konkret şəraitində
təcəssümüdür: “Metodoloji prinsip baxımından - ümuminin
və xüsusinin, yəni birincinin və ikincinin nisbəti baxımından
azərbaycançılıq ikinci kimi çıxış
edir. Azərbaycançılıq və neokonservatizm
bir-birini zənginləşdirərək
vahid tam kimi çıxış edirlər.
Buna görə də azərbaycançılığın
milli ideologiya kimi qəbul edilməsi ölkəmizin
sivilizasiyalı dövlətlər
sırasına daxil olması, ümumdünya oriyentirləri və meyilləri kontekstində daha uğurlu inkişafı üçün
möhkəm zəmin
yaradır. Neokonservatizm və
azərbaycançılıq öz ləyaqətini itirməmiş xalqın sağlam düşüncəsinə,
zəkasına eyni dərəcədə söykənir.
Bu mənada vətənpərvərlik
öz vətəninə,
ölkəsinə, xalqına
məhəbbət deməkdir
və onun şovinizm ilə, milli müstəsnalıq və etnoeqoizm ilə heç bir əlaqəsi yoxdur. Əsrlərin, minilliklərin dərinliklərindən
gələn ənənəyə
mənsubluq bizim mədəniyyətimiz kimi
qədim mədəniyyət
üçün dövlətçiliyin
əsasını, bütün
vətəndaşların rifahı
naminə dövlətin
mövcudluğunun və
inkişafının əsasını
təşkil edir.
Məhz buna görə zəngin keçmişi olan dövlət fərdi və ya qrup
mənafelərinin mexaniki
məcmusunun ifadəsi
deyildir, əksinə,
bütün cəmiyyətin
ali mənafelərinin
təcəssümüdür. O mənafelərin ki, vətəndaş onların
naminə təkcə
öz mülkiyyətini
deyil, həm də həyatını qurban verməyi bacarmalıdır”.
Azərbaycançılıq ideologiyasının
təbliği gəncliyin
vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna
əhəmiyyət kəsb
edir
Vurğulayaq ki, Ümummilli lider Heydər Əliyevin milli ideologiya kontekstində əsasını qoyduğu
siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına
və reallıqlarına
müvafiq surətdə
modernləşdirilmiş formada
davam etdirilir. Azərbaycançılıq ideologiyası hər
bir azərbaycanlının
milli istinad və qürur mənbəyi kimi çıxış edir.
Buna paralel olaraq
dövlətimizin həyata
keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli
nəticələri bütövlükdə
milli-mənəvi dəyərlərimizin
inkişafına, qorunmasına,
təbliğinə xüsusi
stimul və təkan verir.
O da qeyd edilməlidir
ki, azərbaycançılıq
ideologiyasının sistemli
şəkildə təbliği
gəncliyin vətənpərvərlik
ruhunda tərbiyəsi
baxımından da müstəsna əhəmiyyət
kəsb edir. Ümumiyyətlə, müasir dövrdə
- qloballaşma şəraitində
hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan
fundamental faktorlardan biri
də milli-mənəvi
dəyərlər və
milli ideologiya əsasında gənclərin
inkişafı və tərbiyəsinin təmin
edilməsidir. Şübhəsiz, bu, sistemli və
çoxşaxəli məsələ
kimi çıxış
etdiyinə görə
özündə bir çox məsələləri
ifadə edir. Dövlətin yüksək səviyyəli
diqqət və qayğısının fonunda
mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində,
həm də təbliğində aktiv -
dinamik təbəqə
kimi çıxış
edir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun
surətdə çevik
və səmərəli
fəaliyyət mexanizmi
ilə milli inkişafa strateji töhfələr verir.
Ana dilimizin qorunması azərbaycançılıq ideologiyasının
təbliği kontekstində
Bundan başqa,
Azərbaycançılıq ideologiyası çərçivəsində
diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri
də ana dilimizin qorunmasıdır. Azərbaycan dövləti
bu istiqamətdə mühüm addımlar ataraq sistematik tədbirlər görür.
Bununla bağlı bir neçə nüansı
diqqətə çatdırmaq
zəruridir. 2001-ci il avqustun 1-də Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda
latın qrafikalı əlifbaya keçməklə
bağlı Sərəncam
imzalandı. Dövlət
tərəfindən rəsmi
şəkildə latın qrafikalı əlifbanın qəbul olunması Azərbaycan dilinin inkişafında keyfiyyətcə yeni mərhələ açmış
oldu. Bunun ardınca görülən
kompleks tədbirlər
bəhs olunan istiqamətdə müstəsna
əhəmiyyət kəsb
etdi. Eyni zamanda, Prezident
İlham Əliyevin dilimizin mühafizəsi və inkişafına göstərdiyi yüksək
səviyyəli diqqət
və qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını
təmin edən
fundamental faktor oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə
reallaşdırılan fundamental tədbirlər milli ideologiyanın - azərbaycançılığın
daha da möhkəmlənməsini
və kütləvilik
səviyyəsinin daha
da artmasını şərtləndirdi.
Bunlarla yanaşı,
Prezident İlham Əliyevin imzaladığı
Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm
əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli
mexanizm oldu. “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 12
yanvar 2004-cü il tarixli Sərəncamı və
“Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 12
yanvar 2004-cü il tarixli Fərmanı bu sahədə xüsusi əhəmiyyət
kəsb etdi.
Beləliklə, Ulu öndər
Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin
- Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə
həyata keçirilən
operativ və effektiv işlərin Prezident İlham Əliyev tərəfindən
dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına
müvafiq surətdə
uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik,
bütövlük və
identikliyi təmin edən əsas kimi çıxış etməsini şərtləndirmiş
oldu.
Nurlan QƏLƏNDƏROV
Yeni Azərbaycan.-2015.- 2 iyul.-
S. 6.