Dövlət proqramlarının icrası Bərdə rayonunun da sosial-iqtisadi inkişafını təmin edib

 

Ötən müddət ərzində əldə olunmuş nailiyyətlər görülən işlərin uğurlu olduğunu təsdiq edir

Məlum olduğu kimi, son illər Azərbaycanın bölgələri dinamik surətdə inkişaf edir. Xüsusilə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizin inkişafı böyük vüsət alıb. Hazırda bu proqramın üçüncü mərhələsi həyata keçirilməkdədir. Bu proqramların icrası nəticəsində bölgələrimizin hərtərəfli inkişafı təmin olunur.

Bunu Bərdə rayonunun timsalında da aydın şəkildə görmək mümkündür. Bu ilin birinci rübü ərzində də rayonda sosial-iqtisadi inkişaf baxımından vacib işlər görülüb. Cari ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilib. Rüb ərzində Azərbaycan Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “ASAN xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin və 2 saylı Uşaq Musiqi məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Bunlarla birlikdə İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulub, piyada yolları tikilib, həmin küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri (9 min kv. metr) yenidən tikilib, fasadları təmir edilib. Rüb ərzində Heydər Əliyev park-bulvarının qarşısındakı ərazinin yenidən qurulması başa çatdırılıb, ərazidə piyada yolu tikilib, yaşıllıq zolağı salınıb, 1000 ədəd ağac əkilib.

Rüb ərzində rayonun ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının 7973 kv. metr dağılmış asfalt beton örtüyü, 218 km təhlükəsizlik xətləri çəkilib, 2290 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənib, qış mövsümündə avtoqəzaların qarşısının alınması üçün yollara 11 ton duz və 186 kubmetr qum səpilib. Uğurbəyli kəndinin 1,5 km. baş yolu yenidən tikilib, yerli əhəmiyyətli yollarda 13284 kv. metr dağılmış örtük bərpa edilib, 5896 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənib.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rüb ərzində 8 layihə həyata keçirilib. Həmçinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Həsənqaya və Saatlı kəndlərində 14,5 km. küçələrə içməli su xətti çəkilib, 337 həyətə içməli su verilib. Bunlarla yanaşı, 2 kənd qazlaşdırılıb, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər evinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu anbarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilib.

Həmçinin, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində körpünün, hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb, həmin obyektlərin tikintisinə başlanacaq.

Bunlarla yanaşı, rayonda Nizami parkının, beşulduzlu mehmanxananın, Yeni Əyricə kəndi ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətdə olan körpünün, 5 ümumtəhsil məktəbinin, 1 saylı uşaq musiqi məktəbinin və Tarix-diyarşünaslıq muzeyinin, 4 körpələr evi-uşaq bağçasının, qəzalı vəziyyətdə olan kommunal yaşayış binalarının sakinləri üçün yeni yaşayış binasının tikintisi, 8 ümumtəhsil məktəbinin və 2 körpələr evi-uşaq bağçasının əsaslı təmiri üçün ardıcıl işlər aparılır.

Rüb ərzində Heydər Əliyev prospektində 2 və 3 saylı ikimərtəbəli, E.Əsədov küçəsində 5 saylı beşmərtəbəli, Nüşabə küçəsində 36,45 və 47 saylı, İ.Qayıbov küçəsində 25 saylı birmərtəbəli kommunal binaların dam örtükləri yenidən tikilib. Heydər Əliyev prospektində 22, 115,116,149 və 155 saylı beşmərtəbəli, R.Axundov küçəsində 10, E.Əsədov küçəsində 11 və 12, C.Məmmədquluzadə küçəsində 1, Təbriz küçəsində 1 və 12 saylı ikimərtəbəli, H.Əliyev prospektində 87 saylı birmərtəbəli kommunal yaşayış binalarında təmir işləri aparılıb, H.Əliyev prospektində 112a, 112b, 112d, 149 və 151, Ü.Hacıbəyov küçəsində 33 saylı beş mərtəbəli kommunal yaşayış binalarının 5292 kv. metr zirzəmiləri tullantılardan təmizlənib, səliqə-sahman yaradılıb. Bunlarla yanaşı, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında 170 min manat dəyərində sahilbərkitmə işləri aparılıb, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilib.

Bildiyimiz kimi, cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfər edib, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olub, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik qəsəbəni, “ASAN xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, 15,5 km. Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açıb, “Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olub. Prezident yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini verib. Azərbaycan Prezidenti İlham Əliyev Bərdəyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixində “Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırıb.

Qeyd edək ki, bütövlükdə 2015-ci il Bərdə rayonu üçün uğurlu başlayıb. Belə ki, rüb ərzində 54,3 milyon manatlıq ümumi məhsul, o cümlədən, 3,4 milyon manatlıq sənaye, 20,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, əhaliyə 1,6 milyon manatlıq nəqliyyat və anbar, 0,3 milyon manatlıq rabitə, 23,4 milyon manatlıq ticarət xidmətləri göstərilib, 3,1 milyon nəfər sərnişin və 0,4 min ton yük daşınıb. İqtisadiyyatın inkişafına 5,1 milyon manat əsas kapitala investisiya yönəldilib, bunun 4,8 milyon manatını və ya 95 faizini tikinti-quraşdırma işləri təşkil edib. 2014-cü ilin birinci rübünə nisbətən sənaye məhsulu istehsalı 6,2 faiz, kənd təsərrüfatı 25,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,3 faiz, informasiya və rabitə xidmətləri 5 faiz, ticarət xidmətləri 23,8 faiz artıb. Göründüyü kimi, istehsal böyük həcmdə artıb, rayonun dinamik inkişafı davam edib.

Rüb ərzində rayonda sahibkarlığın da inkişaf etdirilməsi üçün tədbirlər davam etdirilib. Dövlət tərəfindən göstərilən diqqət və qayğının artması, yeni iqtisadi münasibətlərin və infrastrukturun inkişaf etdirilməsi nəticəsində əvvəllər muzdla işləyən bir çox şəxslər fiziki şəxs kimi fəaliyyət göstərməyə başlayıblar. Rüb ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,7 faiz artaraq 9,6 min nəfərə çatıb. Sahibkarlığın inkişafında iri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi prioritet istiqamət təşkil edir. Rüb ərzində Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılaraq istehsala başlanıb, Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisi davam etdirilib. Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 87 layihə üzrə sahibkarlara 1 milyon 157 min 800 manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 135 yeni yerinin yaradılması imkanı yaranıb. Proqramın əvvəlindən 2067 sahibkara 61 milyon manat güzəştli şərtlərlə kreditlər verilərək 4317 yeni yerlərinin açılmasına şərait yaradılıb.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 977 yeni yerləri açılıb ki, bunun da 437-si daimi yerləridir. Yeni açılmış yerlərinin 75-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 362-si fiziki şəxslərdə, 570-i digər layihələrin həyata keçirilməsində yaradılıb. Dövlət proqramları qəbul olunandan indiyədək 26581 yeni yerləri açılıb ki, bunun da 13200-ü daimi yerləridir.

Rayonda aparılan geniş tikinti-abadlıq işləri yeni yerlərinin yaradılmasına xidmət göstərir. Bu işlər bundan sonra da geniş miqyasda və sürətlə davam etdiriləcək.

Vurğulayaq ki, Bərdə rayonunda aqrar sahənin inkişaf etdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində tədbirlər davam etdirilib. Mirzalıbəyli kəndi ərazisində heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb və kompleksə güzəştli hesabla 327 baş cins heyvan alınıb gətirilib. Bunlarla yanaşı, Bərdə rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Dövlət Toxum Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının, Mehdili kəndində yem istehsalı müəssisəsinin tikintisi davam etdirilib. Kənd təssərrüatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaqmotor yağlarına və buğda əkininə görə subsidiyaların hazırlanması və verilməsinə nəzarət gücləndirilib.

Onu da vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası, öz növbəsində, respublikamızda kənd təsərrüfatının, yəni aqrar sahənin inkişafına da müsbət təsir göstərib. Bu istiqamətdə Bərdə rayonunda görülən işlər və əldə edilən nəticələr də deyilənləri təsdiqləyir. Yəni, istər bundan öncə qəbul edilmiş iki Dövlət Proqramının nəticələri, istərsə də icrası davam etdirilən üçüncü proqram çərçivəsində atılan addımlar Bərdə rayonunda aqrar sahənin inkişafına müsbət təsir göstərib. Elə yuxarıda bəhs edilən müddətdə də rayonda bu sahədə davamlı işlər görülüb. Belə ki, rayonda əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 274 min kubmetr, açıq dren kanalları 115,9 min kubmetr lildən təmizlənib, 45,8 min kubmetr torpaq işi görülüb, 1 km beton kanallar, 2 ədəd dizel mühərriki, 1 ədəd nasos stansiyası, 2 ədəd elektrik mühərriki əsaslı təmir edilib, Tərtər çayının məcrasında 19,6 min kubmetr tənzimləmə işləri aparılıb. Həmçinin, 3 km. beton kanallar, 44 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost, 2 ədəd nasos stansiyası cari təmir edilib.

Bunlarla yanaşı, 9 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilib və sayğac quraşdırılıb, 130 ədəd subartezian quyusunun dərinlik nasosu mühərriki ilə birlikdə təmir edilib, 153 subartezian quyusu sökülüb yenidən yığılıb.

Cari ildə əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 16 kənddə 20 ədəd subartezian quyusunun vurulması üçün layihələndirmə işləri aparılıb və yaxın vaxtlarda həmin subartezian quyularının qazılmasına başlanacaq.

Bəhs edilən müddət ərzində torpaqlardan istifadənin vəziyyətinə nəzarət təmin edilib, torpaqlardan qanunsuz istifadənin qarşısının alınması üçün tədbirlər görülüb. Eyni zamanda, 2014-cü ilin payızında əkilmiş 11979 hektar taxıl, o cümlədən, 8956 hektar buğda və 3023 hektar arpa sahəsinə aqrotexniki qaydada xidmət göstərilib, yazlıq əkinlərin optimal müddətdə həyata keçirilməsi, sahibkarların keyfiyyətli toxumla təmin edilməsi üçün tədbirlər görülüb.

Bərdə rayonunda heyvandarlığın inkişaf etdirilməsi, heyvan xəstəliklərinə qarşı mübarizə daima diqqət mərkəzində saxlanılıb, müasir texnologiyalara əsaslanan iri heyvandarlıq komplekslərinin yaradılması üçün tədbirlər davam etdirilib. Rüb ərzində 466 baş südlük cins heyvan alınıb rayona gətirilib. 1093 baş iribuynuzlu heyvan süni mayalandırılıb, süni mayalandırılmış heyvanlardan 567 baş bala alınıb. Rübün sonuna rayonda 89 min baş qaramal, 138,8 min baş qoyunkeçi mövcud olub. 2014-cü ilin müvafiq dövrünə nisbətən qaramalın baş sayı 1,7 faiz, qoyun və keçilərin sayı 1 faiz artıb.

Bundan başqa, rüb ərzində diri çəkidə 3265 ton ət, 13650 ton süd, 4,4 milyon ədəd yumurta istehsal edilib. 2014-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 14 faizya 400 ton, süd istehsalı 12 faizya 1464 ton, yumurta istehsalı 15,8 faizya 600 min ədəd artıb. Müqayisə üçün bildirək ki, 2014-cü il ərzində diri çəkidə ət istehsalı cəmi 716 ton artdığı halda, cari ilin yalnız birinci rübündə istehsal 400 tonya il ərzindəki artımın 55,8 faizi qədər artıb.

Bunlarla yanaşı, rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün hazırda geniş tədbirlər hazırlanır. Rayonun Kolayır kənd inzibati ərazi dairəsində fermerlərə güzəştli şərtlərlə 34 ailəyə südlük cins heyvan satılması üçün tədbirlər görülməkdədir. Bəhs edilən dövrdə rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 110,8 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Aqrar sahənin inkişaf etdirilməsi üçün hazırda ardıcıl tədbirlər görülməkdədir.

Vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyan Bərdə rayonunda əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmini istiqamətində də işlər davam etdirilir. Belə ki, bu ilin birinci rübündə 110/35/10 kv-luq Bərdə yarımstansiyasında qapalı paylayıcı qurğunun tikintisi və 10 kv-luq kabellərin çəkilişi başa çatdırılıb, 35 kv-luq H.Aslanov budaqlanmasında və 35 kv-luq Xam Torpaq hava xəttində zədəli izolyatorlar yenisi ilə əvəz edilib, 10 ədəd 10 kv-luq, 15 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılıb, 250 ədəd yeni sayğac quraşdırılıb, 352 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilib, 50 ədəd 10/04 kv-luq transformator yarımstansiyası, 15,2 km 10 kv-luq və 6,4 km 0,4 kv-luq elektrik hava xətləri əsaslı, 35/10 kv-luq Qaradəmirçi yarımstansiyasında TM2,5 MVA transformatorun giriş yağ açarı, 110/35/10 kv-luq Bərdə yarımstansiyasından çıxan 10 kv-luq su kəməri, 2 və 5 saylı şəhər, 2 saylı kənd hava xətlərinin vakuum açarları, 35/10 kv-luq Şirvanlı yarımstansiyasından qidalanan 2 saylı 10 MVA transformator, 35/10 kv-luq Yeni Həyat yarımstansiyasında 6,3 MVA transformator, 35/10 kv-luq Kələntərli yarımstansiyasında 4 MVA transformator, 35/10 kv-luq Canavarlı yarımstansiyasında 6,3 MVA transformator, 20,4 km 10 kv-luq və 9,1 km 0,4 kv-luq hava xətləri cari təmir edilib.

Bu müddətdə rayonda kəndlərin qazlaşdırılması üçün təşkilati tədbirlər həyata keçirilib, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər davam etdirilib. Belə ki, ilin əvvəlindən podratçı təşkilatlar tərəfindən 21,9 km müxtəlif diametrli qaz xətləri çəkilərək Xanxanımlı və Qasımbəyli kəndləri qazlaşdırılıb, 522 abonentə təbii qaz verilib, qaz itkilərinin qarşısını almaq üçün 0,5 km müxtəlif diametrli qaz xətləri çəkilib, 181 ədəd istismar müddətini bitirmiş qaz sayğac yenisi ilə əvəz edilib. Hazırda rayonun 10 kəndinin qazlaşdırılması üçün aparılır. 2015-ci ilin sonunadək rayonun bütün kəndlərinin təbii qazla təmin edilməsi gözlənilir.

Rayonda əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması işləri də davam etdirilir. Rüb ərzində içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 79 ədəd yeni su sayğacı quraşdırılıb, 6 subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunub, 42 quyunun dərinlik nasosları və 2 quyunun transformatoru əsaslı təmir edilib, 16 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılıb, 162 su qəzası aradan qaldırılıb. Bunlarla yanaşı, Ü.Hacıbəyov küçəsində yüksək mərtəbəli kommunal yaşayış binalarının diamerti 300 mm. olan 350 p/metr kanalizasiya xətti tikilib, Heydər Əliyev adına park-bulvarda müxtəlif diametrli 650 p/metr su xətti çəkilib. Bunlarla yanaşı, rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilir.

Bir sözlə, əhalini və iqtisadiyyatı fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, istilik və içməli su ilə təmin etmək istiqamətində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Onu da qeyd edək ki, ilin birinci rübündə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı əsasında rayonda əhaliyə göstərilən rabitə və informasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilib. Belə ki, Bərdə şəhəri ərazisində 1,2 km optik xətt çəkilib, E.Əsədov, Nüşabə və C.Cabbarlı küçələrində 4,1 km rabitə xətləri yenidən qurulub, 2 ədəd paylayıcı şkaf texniki normaya gətirilib, Mirzalıbəyli kəndi istiqamətində 1,5 km optik xətt yer altından çəkilib, Otuzikilər kənd Elektron ATS-i üzrə daxili xətt şəbəkəsi yenidən qurulub. Rüb ərzində telefon abunəçilərinin sayı 23 ədəd artıb. Ümumi provayderlə birlikdə indiyədək 4748 abonentə sürətli internet verilib, telefon abunəçilərinin sayı 18165 nömrəyə çatdırılıb. Telefon abunəçilərinin 93 faizi təklif olunan servis xidmətindən istifadə edir.

Həyata keçirilmiş tədbirlər nəticəsində telefon şəbəkəsinin optikləşməsi 91,4 faizə, hər 100 ailəyə düşən telefonların sayı 46-ya çatdırılıb, hər 100 abunəçidən 29-u genişzolaqlı internetdən istifadə edir. Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlib, rüb ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna ilk dəfə olaraq 120 faiz əməl edilib.

Bunlarla yanaşı, poçtamt şöbələri və ATS-lər üçün yeni binaların tikilməsi, bütün kəndlərin sürətli internetdən istifadə etməsi, debitor borcların azaldılması istiqamətində təşkilati tədbirlər bundan sonra da davam etdiriləcək.

Onu da qeyd edək ki, Bərdə rayonunda ilin birinci rübündə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilib. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı əsasında təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilib. Rüb ərzində 380 şagird yerlik şəhər 7 saylı ümumi orta məktəbin tikintisi başa çatdırılıb, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbinin tikintisi, 480 şagird yerlik şəhər 5 saylı, hər biri 1150 şagird yerlik olan şəhər 5 və 6 saylı tam orta məktəblərin əsaslı təmiri və bərpası davam etdirilib. Hazırda 5 ümumtəhsil məktəbinin, 4 körpələr evi-uşaq bağçasının tikintisi, 8 ümumtəhsil məktəbinin və 2 körpələr evi-uşaq bağçasının əsaslı təmiri üçün ardıcıl işlər aparılır.

Bu dövrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də ardıcıl tədbirlər görülüb, 2 saylı Uşaq Musiqi Məktəbi istifadəyə verilib, “Bərdə” türbəsinin bərpası, rayon Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilib.

Rüb ərzində rayonda turizmin inkişaf etdirilməsi məqsədilə mövcud 2 ölkə əhəmiyyətli və 17 yerli əhəmiyyətli tarixi abidənin ətrafında abadlıq işləri aparılması davam etdirilib, Bərdə imamzadəsində təmir işləri aparılıb. Rayonda inşa edilən hər bir obyektin millimüasir memarlıq elementlərindən istifadə edilərək tikilməsinə xüsusi diqqət yetirilir.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.-2015.- 7 iyul.- S. 8.