Azərbaycan-Serbiya münasibətləri yeni mərhələyə qədəm qoyur

 

İki dövlət rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafına təkan verib

Xəbər verildiyi kimi, iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb. Görüşdən əvvəl Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Serbiya Prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sretenordeni təqdim olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Sretenordeni ilə təltif edilməsi haqqında Serbiya Respublikası Prezidentinin Fərmanı oxunub. Serbiya Prezidenti Tomislav NikoliçSretenordenini Mehriban Əliyevaya təqdim edib. Birinci xanım Mehriban Əliyeva Prezident Tomislav Nikoliçə öz minnətdarlığını bildirib. Mehriban Əliyeva qeyd edib ki, bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq hörmət rəmzi kimi dəyərləndirir. Ölkəmizin birinci xanımı Serbiya komandasına birinci Avropa Oyunlarında uğurlar arzulayıb.

Serbiya Prezidenti Tomislav Nikoliç deyib: “Bilirsiniz, Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun”.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Prezidenti Tomislav Nikoliçin görüşündə ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, siyasi, iqtisadi, enerji digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Ümumiyyətlə, Azərbaycan-Serbiya əlaqələrinin inkişaf tarixinə nəzər saldıqda, milli dövlət maraqlarına uyğun olaraq hər iki tərəfin əməkdaşlığa böyük önəm verdiyi özünü göstərir. Xatırladaq ki, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb, 1997-ci il avqustun 21-də Serbiya Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlərin əsası qoyulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının iqamətgahı Buxarest şəhərində yerləşməklə, eyni zamanda, Serbiya Respublikasında da səfiri təyin edilmiş Eldar Həsənov etimadnamələrini Serbiya Prezidentinə təqdim edib. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan səfirliyi vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili fəaliyyətə başlayıb. Serbiya Respublikasının Azərbaycana təyin olunmuş səfiri Zoran Vajoviç 26 may 2011-ci il tarixində etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.

Azərbaycanla Serbiya arasında siyasi münasibətlər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı daha da möhkəmlənib. Belə ki, 2010-cu il 11-13 may tarixlərində Prezident B.Tadiçin ölkəmizə, 2011-ci il 8-9 iyunda isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri baş tutub. Bundan əlavə, xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı görüşündə iştirak etmək məqsədilə 2007-ci il aprelin 18-19-da Serbiyada işgüzar səfərdə olub. Həmçinin, Azərbaycanın ekologiya təbii sərvətlər nazirinin, ədliyyə nazirinin ikitərəfli görüşlər beynəlxalq tədbirlər çərçivəsində bu ölkəyə səfərləri olub. Eynilə, qarşı tərəfdən dəfələrlə ölkəmizə müxtəlif səviyyələrdə rəsmi səfərlər baş tutub.

Ötən ilin 10-12 dekabr tarixlərində isə Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə bir sıra görüşlər keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Xanım Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirib. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib. Parlament sədri ölkəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə , dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

2013-cü ilin əvvəlində Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri dövlət başçıları arasında keçirilən görüşlər iki ölkə əlaqələrinin inkişafında mühüm təkan olub. İki ölkənin dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətində səfərin yekunlarının müsbət olacağına əminliyini ifadə edib, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu bildirib.

Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığı da yüksək səviyyədədir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq bir-birinə dəstək verirbu, hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, ölkələrin ərazi bütövlüyü məsələlərində Azərbaycan ilə Serbiya daim bir-birinin yanındadır.

Ölkəmizə səfər edən Serbiyanın dövlət başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycanın mövqeyini ifadə edib: “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik”.

Dövlət başçısı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Azərbaycan torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında olduğunu bildirib. Dövlət başçısı onu da əlavə edib ki, iki ölkə arasında imzalanan Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın Azərbaycanı, eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr əksini tapıb. Serbiya Prezidenti isə Azərbaycan ilə ölkəsi arasında sarsılmaz dostluğun olduğunu bildirərək, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü söyləyib. Tomislav Nikoliçin sözlərinə görə, Azərbaycanın Serbiyanı dəstəkləməsi bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər.

Prezident T.Nikoliç qeyd edib ki, Serbiya Azərbaycanı hətta üzv olmadığı təşkilatlarda da dəstəkləyəcək. O, eyni zamanda, Serbiyanın iştirak etmədiyi təşkilatlarda Azərbaycanın ölkəsini təmsil etməsi ilə bağlı istəyini dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Draqiça Nikoliçin şərəfinə verilən rəsmi ziyafətdə isə Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində də mövqelərin üst-üstə düşdüyünü vurğulayıb.

Qeyd edək ki, hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də ikitərəfli görüşlər keçirirlər. Artıq mütəmadi xarakter alan belə görüşlər qarşılıqlı mənafe baxımından böyük əhəmiyyət daşıyan ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç arasında belə görüşlərdən biri 2015-ci ilin fevralında Münxendə baş tutub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edilib. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən, bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırılıb. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. Reallıqlar onu deməyə əsas verir ki, mövcud dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra daha da möhkəmlənəcək.

 

Vüsalə CAVANŞİR

Yeni  Azərbaycan.- 2015.- 13 iyun.- S. 12.