Qədim diyar
müasir inkişaf mərhələsində
Yaxud Azərbaycanın
mühüm aqrar-sənaye rayonlarından olan Qax eyni zamanda,
regionun cəlbedici turizm mərkəzlərindən biri kimi
tanınır
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasında avanqard yerlərdən
birini tutur. Bu
inkişafın əsasında isə uğurla
reallaşdırılan daxili və xarici siyasət kursu
dayanır. Belə ki, Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu quruculuq və
inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən
davam etdirilməsi, həmçinin, regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının
reallaşdırılması nəticəsində Azərbaycanın
hər bir bölgəsi inkişaf edib. Və bu inkişafdan qədim tarixə
malik Qax rayonuna da pay düşüb.
Qədim
yurd yeri - Qax
Qax nəinki Azərbaycanın, ümumilikdə regionun qədim
yurd yerlərindən biridir. Qaxın adı və
tarixi barədə ayrı-ayrı mənbələrdə
müxtəlif məlumatlar verilir. Bəzi mənbələrdə
Qax sözünün 3000 il bundan əvvəl yaşamış
qədim qaq tayfasının adından gəldiyi deyilir, Azərbaycan
Milli Elmlər Akademiyası Milli Münasibətlər
İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi
Rəşid Təhməz oğlu isə Qax sözünün
iki kökdən ibarət olduğunu qeyd edir. O, “qa” -
yaşayış yeri, “ax” - çay yeri, çay məskəni
kimi ifadə etməklə bu rayonun ilkin adının “Qaax”
olmasını mümkün hesab edir. İ.Lineviç
“Keçmiş İlusu sultanlığı” adlı əsərində
İlusu sultanlığının Qax kəndinin qədim
adının Torağay adlandırılmasını qeyd edib.
Qıpçaq-latın lüğətində “Torağay”
sözü çökəklik, Mahmud
Kaşğarlının “Divani-lüğəti-türk” əsərində
“Torağay” , “Toruq” kimi verilib və dağlarla əhatə
olunmuş gizlin yer, yaxud dağlar arasında gizlənmək
üçün yer kimi açıqlanıb. Həqiqətən
də, Qax rayonu üç tərəfdən dağlarla əhatə
olunub və Qaxın Qıpçaq kəndinin mövcudluğu
bu ərazidə V əsrdən qıpçaq türk
tayfalarının məskunlaşdığını sübut
edir.
Bugünkü Qax rayonuna gəlincə, Azərbaycan
Respublikasının şimal-qərbində yerləşən
Qax inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. 1963-cü ildə
ləğv edilərək ərazisi Zaqatala rayonuna verilib,
1964-cü ildə yenidən müstəqil rayon olub.
Hazırda əhalisi 54,8 min nəfər olmaqla 59
yaşayış məntəqəsini (1 şəhər, 58 kənd)
özündə birləşdirən rayonun ərazisi 1494
km2-dir. Şimal-şərqdən Dağıstan Respublikası,
cənub-qərbdən Gürcüstan Respublikası,
şimal-qərbdən Zaqatala və cənub-şərqdən
Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi
Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi
hissə Qanıx-Həftəran vadisinə, cənub hissəsi
isə Acınohur ön dağlığına daxildir.
Ərazinin hündürlüyü cənubda Acınohur
gölü sahilində təqribən 100 m, şimalda Baş
Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır.
Rəngarəng
iqlim, zəngin fauna, şirinsulu bulaqlar...
Qeyd etmək yerinə düşər ki, Prezident İlham
Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı
apardığı siyasət Qaxda da öz bəhrəsini verib
və rayon hazırda regionun turizm mərkəzlərindən
birinə çevrilib. Rayonun turizm məkanı kimi məşhurlaşmasından
danışarkən Qaxın rəngarəng iqlimə malik
olduğunu xüsusi vurğulamaq yerinə düşər.
Belə ki, rayonun iqlimi cənub hissədə
quru subtropik, mərkəzi hissədə mülayim isti,
yarımrütubətli subtropik, yüksək dağlıqda
soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə
2 dərəcədən yüksək, dağlıq ərazidə
mənfi 10 dərəcəyə qədər, iyulda müvafiq
olaraq 26 dərəcə və 50 dərəcədir. İllik yağıntı cənubda 300 mm, şimalda
1600 mm-ə qədərdir. Qaxda temperaturun
dəyişmə həddi çox böyükdür,
dağların zirvəsində mənfi 40 dərəcədən
Acınohur gölunun yaxınlığında müsbət 40
dərəcəyə qədər temperatur müşahidə
olunur. Belə bir iqlim şəraiti isə
Qaxı həm yay, həm də qış turizmi
üçün əlverişli məkana çevirib.
Eyni zamanda, rayonun faunası çox zəngindir. Rayon ərazisində
yaşayan heyvanlardan Azərbaycan Respublikası
“Qırmızı Kitab”ına düşmüş vaşaq,
çöl pişiyi, qarapaça, quşlardan iri
qırğı, berqut, toğlugötürən, Qafqaz
tetrası, kəklik, bəzgəgkimilər var. Bunlarla
yanaşı rayonun dağlıq ərazisində ayı,
canavar, çaqqal, tülkü, qamışlıq pişiyi
kimi yırtıcı heyvanlar, maral, cüyür,
Dağıstan dağkeçisi, çöl donuzu,
cütdırnaqlı ov heyvanları və s. yayılıb.
Bundan
başqa, bir çox çaylar, uca dağlar, İlisu kəndində
25 metr hündürlüyə malik Ramramay şəlaləsi,
Ləkit kəndində öz unikallığı ilə
seçilən, 2006-cı ildən Nazirlər Kabineti tərəfindən
təbiət abidəsi kimi qeydə alınan və mühafizə
olunan şəlalə, İlisu kəndi ərazisində
Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində
Gövrüc bulaq, Ləkit-Kötüklü kəndində
Qotur bulaq və s. bulaqlar, həmçinin, kurort resursları cəhətdən
zənginliyi Qaxı turistlər üçün cəlbedici məkana
çevirib.
Turizmin
inkişafı üçün dövlət tərəfindən
mühüm addımlar atılıb
Yuxarıda da qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun
inkişafı siyasətinin uğurlu nəticələri
özünü Qaxda da göstərir. Daha dəqiq desək, “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”nın
qarşıya qoyduğu tələblərə uyğun olaraq
Qaxda da yüksək standartlara uyğun turizm infrastrukturunun
yaradılması istiqamətində məqsədyönlü
iş aparılıb. Rayonda artıq 11 turizm
obyekti fəaliyyət göstərir ki, buraya respublikamızdan
və xarıcdən gələn turistlərin sayında
artım müşahidə olunur. Belə ki, 2013-cü
ildə rayona istirahət məqsədilə 20573 nəfər
turist gəlmişdirsə, 2014-cü ildə bu göstərici
23630 nəfər, bunların da 395 nəfəri xarici vətəndaş
olub. Bu, ilk növbədə rayonun ərazisində
tarixi abidələrin çoxluğu, coğrafi mövqeyinin
turizm üçün əlverişli olması ilə əlaqədardır.
Rayonun tarixi və görməli yerlərinə
gəzintilərin təşkili məqsədi ilə rayon Mədəniyyət
və Turizm Şöbəsi tərəfindən 6 istiqamətdə
marşrut müəyyənləşərək fəaliyyət
göstərir.
Son
dövrlər rayonda beşulduzlu “El Resort” hotel kompleksinin, habelə
Qax şəhərində “İçəribazar” Turizm Mədəniyyət
Mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz
təbiəti və iqlimi ilə seçilən Qax rayonuna
marağını daha da artırıb. Rayonda 2 mehmanxana,
“Şəfa” istirahət və müalicə pansionatı,
İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”,
“Ulu dağ” turizm və istirahət mərkəzləri və
“Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi,
“El Resort” beşulduzlu hotel turistlərə xidmət işini həyata
keçirir. Hazırda “El Resort” hotel kompleksinin ərazisində
yeni 4 mərtəbəli hotel, İlisu kəndində “Səngər
qala” istirahət kompleksində 5 mərtəbəli mansarlı
mehmanxana və Ağçay kəndində 3 mərtəbəli
hotel binalarında tikinti işləri davam etdirilir.
Qaxa gələn
turistlər tarixi məkanlarla tanış
ola bilərlər
Təbii ki, hazırda əcnəbi turistləri ən
yaxşı şəraitə malik hotellərlə
yanaşı, qədim tarixi məkanlar da maraqlandırır və
Qax bu baxımdan da fərqlənir. Məsələn, Qaxa
gələn xarici turistləri heyran edəcək məkanlardan
biri də “İçəribazar”dır. Bugünkü
“İçəribazar” tarixi abidə kimi Azərbaycanın ən
cəlbedici və maraqlı turizm mərkəzlərindən
biri sayılır. “İçəribazar”
keçmiş yüzilliklərin memarlığını yeni
ideya və məzmunda duymaq, müasir reallığı hiss
etmək mümkündür. Burada şimal
və cənub istiqamətindəki qapılar bərpa olunub,
turistlərə xidmət göstərəcək dükanlar
tikilib, bazar meydanında isə yaşıl teatr fəaliyyət
göstərir.
Ümumiyyətlə, Qaxda dünya və ölkə əhəmiyyətli
60-dan çox abidə qeydə alınıb. Arxeoloji abidələr,
kurqanlar burada məskunlaşmanın paleolit dövrünə
gedib çıxdığından xəbər verir. Ləkitdə
dairəvi alban məbədi (V əsr - Bizans
memarlığı üslubunda tikilib), Qum kəndində
bazilika (V əsr), Sırt qalası (VII əsr - həm
müdafiə, həm də müşahidə qalası kimi
tikildiyi ehtimal edilir), 7 kilsə (VI-VII əsrlər - 2 bazilika və
5 kiçik sövmədən ibarətdir), XVII əsr abidəsi
olan və Kürmük çayı üzərində
salınmış Ulu körpü, inşa tarixi XVII-XVIII əsrlərə
aid edilən Sumuq qala, Cümə məscidi (XVIII əsr),
Alaverdi kilsəsi ( XIX əsr) tarixə səyahət
üçün ideal məkanlardır. Amma bu, hələ
hamısı deyil. Elə təkcə məşhur
İlisu kəndində 11 tarixi abidə qeydə alınıb.
Deyilənə görə, dağlardakı
yüksəkliklərdə elə möhtəşəm abidələr
var ki, hətta isti yay aylarında belə oralara gedib
çıxmaq müşkülə dönür. Hündürlüyü 10 metrə çatan
Qacır qalası (IX əsr), Cinliqala (VII-IX əsrlər) buna
nümunədir.
Bildirmək yerinə düşər ki, hazırda qədim
abidələrlə yanaşı müasir memarlıq nümunələri
də Qaxa gələn yerli və xarici qonaqların diqqətini
cəlb edir. Qaxdakı Heydər Əliyev Mərkəzi isə belə
memarlıq nümunələri içərisində
xüsusilə fərqlənir. 2013-cü
ilin avqustunda Prezident İlham Əliyevin də
açılışında iştirak etdiyi Heydər
Əliyev Mərkəzi milli memarlıq ənənələrini
saxlamaqla ən müasir üslubda tikilib. Yerli
inşaat materiallarının istifadə edildiyi tikinti işləri
rayonun daxili imkanları hesabına həyata keçirilib.
Qax öz
mətbəxi ilə də sevilir
Məlum olduğu kimi, istənilən məkanı
turistlər üçün cəlbedici edən məqamlardan
biri də orada təqdim edilən mətbəx nümunələridir
və Qax bu baxımdan da fərqlənir. Yəni, bu gün öz mətbəxi
ilə seçilən Qaxın sürhüllü, hingili, girs
(ala girsi, ət girsi, çürümtək girsi) kimi ləziz
təamları var. Qaxın bu 3 milli xörəyinin
hamısı xəmir əsaslı olsa da, dadları tamam fərqlidir.
Yeməyin yanındakı əlavələr
çətin həzm olunmanın qarşısını
alır. Turistlər əsasən Qaxın
mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində
daha dadlı, spesifik sürhüllü, hingili, girs yeyə bilərlər.
Rayona bir dəfə gəlib bu təamları
yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcək.
İnkişafın
Qax nümunəsi...
Heç şübhəsiz, ötən müddətdə
həyata keçirilən ardıcıl tədbirlər
Qaxın bütün sahələrində inkişafa da təkan
verib. Daha dəqiq desək, Azərbaycanın mühüm
aqrar-sənaye rayonlarından biri olan Qax bu gün inkişaf
nümunəsidir. İqtisadiyyatın əsasını
kənd təsərrüfatı təşkil edən rayonda
2003-cü ildən ötən dövr ərzində
iqtisadiyyatın bütün sahələrində dinamik
inkişafa nail olunub.
Rayon iqtisadiyyatının əsasını bitkiçilik
(xüsusilə tütün və taxılçılıq
üzrə ixtisaslaşıb), heyvandarlıq məhsullarının
istehsalı təşkil edir. Yeyinti sənayesi
bağçılıq, tütünçülük və
heyvandarlıq məhsullarının emalına əsaslanır.
Qax meyvə-tərəvəz konservi zavodları
yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi
başqa rayonlara göndərilir. Yağ-pendir,
çörəkbişirmə, spirtli içkilər, Şərq
şirniyyatı məhsulları istehsal edən kiçik
müəssisələr də fəaliyyət göstərir.
Onların məhsulları əsasən yerli tələbatı
ödəyir. İqtisadi rayon bir sıra faydalı
qazıntılarla zəngindir: kükürd, polimetal filizi.
Dağlıq və dağətəyi yerlərdə, əsasən
də çayların gətirmə konuslarında bol
çınqıl, qum, gil və başqa
tikinti materialları xammalı var.
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, dövlət başçısının
müvafiq tövsiyə və tapşırıqlarının
yerinə yetirilməsi, həmçinin, müvafiq Dövlət
proqramlarının icrası nəticəsində 2014-cü
ildə bütövlükdə respublikamızda olduğu kimi,
Qax rayonunun iqtisadiyyatında da dinamik inkişaf təmin olunub,
müvafiq sahələrdə bir sıra işlər
görülüb. Belə ki, Prezident İlham Əliyevin 2 aprel 2014-cü
il tarixli 358 nömrəli Sərəncamı əsasında
rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə 7 min nəfər əhalinin
yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə
2014-cü il dövlət büdcəsindən dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb. Sərəncamın icrası ilə əlaqədar
yolun 9 km hissəsinə asfalt-beton örtük salınıb və
həmin yolun üzərində aşırımının
uzunluğu 33 p/m olan körpünün tikintisi başa
çatdırılıb.
Hesabat
dövründə avtomobil yollarının əsaslı təmiri
ilə bağlı büdcədə nəzərdə
tutulmuş 1milyon 93 min manat vəsait hesabına rayonun
Aşağı Malax kəndinə giriş yolunun 0,7 km, Zərnə
kəndinə giriş yolunun 1,5 km və Tasmalı kəndinin
daxili yollarına 1,7 km, o cümlədən şəhərin
Qaxmuğal, Nəsimi küçələrinə və Heydər
Əliyev prospektində döngə və keçidlərə
asfalt-beton salınıb.
Ötən
il ərzində mənzil fondunun əsaslı təmiri ilə
bağlı büdcədə nəzərdə tutulmuş 298
min 540 manat vəsait hesabına şəhərin
Ü.Hacıbəyov küçəsindəki 6a və 8a
saylı, S.Vurğun küçəsində 2 və 3
saylı kommunal yaşayış binalarının dam
örtükləri və fasadları əsaslı təmir
olunub, Ş.Rustaveli küçəsindəki 14 saylı
kommunal yaşayış binasının isə fasad hissəsində
əsaslı təmir işləri aparılıb.
2014-cü
ildə rayon büdcəsindən şəhərin
abadlığı üçün ayrılmış 580 min
manat vəsait hesabına “Şəhər” parkında
abadlıq işləri aparılıb və uşaqların əyləncəsi
üçün attraksionlar quraşdırılaraq istifadəyə
verilib, şəhərin C.Cabbarlı, Ü.Hacıbəyov,
A.Məmmədov və Okracanaşvili küçələrində,
“Heydər bulağı”nın kənarında abadlıq
işləri aparılıb.
Məişət
tullantılarının zərərsizləşdirilməsi məqsədi
ilə poliqon tikilib istifadəyə verilib, şəhərdə
FHN-in Qax rayon Dövlət Yanğından mühafizə hissəsinin
yeni inzibati binasının və Almalı kəndində FHN-in
Qax rayon Dövlət Yanğından mühafizə hissəsinin
92 saylı Yanğından mühafizə bölməsinin
inzibati binalarının tikintisi başa
çatdırılıb, rayon Kənd Təsərrüfatı
İdarəsi üçün, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rayon şöbəsi üçün inzibati
binaların tikintisi davam etdirilir.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon
üçün nəzərdə tutulmuş 22 bənddən
ibarət tədbirlərin icrası 2014-cü ildə
uğurla həyata keçirilib, ötən müddət ərzində
şəhərdə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
yaşayış binası, həkim məntəqəsi, kəndlərdə
sahə baytarlıq məntəqələri tikilib, məktəblərdə,
səhiyyə obyektlərində, kitabxana və klublarda əsaslı
təmir işləri aparılıb, yeni körpülər
salınıb, beton bəndlər tikilib istifadəyə
verilib, yeni artezian quyuları qazılıb, respublika əhəmiyyətli,
kəndlərarası və kəndlərin giriş
yollarına asfalt döşənib. Görülmüş
işlər nəticəsində hesabat ilində 472 daimi yeni
iş yeri açılıb.
Hesabat
dövründə əhalinin sosial müdafiəsini
yaxşılaşdırmaq məqsədi ilə, həmçinin,
rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su
və poçt-rabitə xidməti ilə təmini istiqamətində
də mühüm addımlar atılıb, Dövlət
Proqramına uyğun olaraq rayonun təhsil və səhiyyə
müəssisələrinin əsaslı təmiri və
tikintisi sahəsində də bir sıra işlər
görülüb.
Sahibkarlığın
və kənd təsərrüfatının inkişafı
diqqət mərkəzindədir
Sahibkarlığın inkişaf etdirilməsi, hüquqi
bazanın möhkəmləndirilməsi və dövlət tərəfindən
hərtərəfli dəstəyin verilməsi nəticəsində
son illər rayonda bu sahədə də mühüm irəliləyişlər
əldə edilib. Belə ki, 2003-cü ildə rayonda iqtisadiyyatın
bütün sahələri üzrə kiçik sahibkarlıq
obyektlərinin sayı 130 olmuşdursa, bu göstərici 1
yanvar 2015-ci il tarixə 1613 vahid artaraq 1743-ə
çatdırılıb, sahibkarlıq subyektlərində
çalışan muzdlu işçilərin sayı
2003-cü ildə 245 nəfər olmuşdursa, bu göstərici
1 yanvar 2015-ci il tarixə 2759 nəfər artaraq 3004 nəfərə
çatıb. Bütün bunlara sahibkarlığın
inkişafı sahəsində uğurlu dövlət siyasətinin
həyata keçirilməsi sayəsində nail olunub.
Məlumat
üçün bildirək ki, indiyədək (2002-2014-cü
illər) İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 5,9 milyon manat, o cümlədən 2014-cü ildə
28 sahibkara 499 min manat dövlətin güzəştli kreditləri
verilib. Bu kreditlərin hesabına rayonda 1000-dən çox, o
cümlədən 2014-cü ildə 40 yeni iş yerinin
yaradılması imkanı yaranıb.
Rayonda,
eyni zamanda, dövlət başçısının “Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli
gələn vəzifələrin icrası təmin olunub,
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş
qaydalara ciddi əməl olunmaqla, lazımi sənədlərin
tərtibatı təmin edilməklə 2007-ci ildən etibarən
kənd təsərrüfatı məhsulları
istehsalçılarına 6,2 milyon manat, o
cümlədən, 2014-cü ildə 594,5 min manat məbləğində
yardımın verilməsi təmin edilib.
Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq
məhsulları istehsalının və emalının
inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması sahəsində tədbirlər
davam etdirilib.
Eyni zamanda, rayonun iqtisadiyyatında mühüm
rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilib, aparılan işlər və həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
mühüm uğurlar əldə edilib.
Beləliklə,
yuxarıda sadalananlar, rayonun bütün sahələrində
həyata keçirilən quruculuq-abadlıq işləri, əldə
edilən inkişaf göstəriciləri Azərbaycana gələn
turistlərin bu gün istər turizm, istərsə də
iqtisadi baxımdan inkişaf edən Qaxa baş çəkməsini
zəruri edir, desək, heç də yanılmarıq. Və şübhə yoxdur ki, iyunda keçiriləcək
ilk Avropa Oyunlarını izləməyə gələn xarici
turistlər də həmin səfər çərçivəsində
ölkəmizin bu qədim diyarına baş çəksələr,
yalnız qazanmış olacaqlar.
Nadir AZƏRİ
Yeni
Azərbaycan.-2015.- 3 mart.- S.6.