Azərbaycanla Rusiya arasında çoxşaxəli münasibətlər mövcuddur

 

Hər iki dövlət eyni zamanda beynəlxalq müstəvidə də bir-birinə dəstək nümayiş etdirir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib. İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildiribbu işdə ölkəmizə uğurlar arzulayıb.

Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşü olub. Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın AvropaDünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Bakıda təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.

Bu məqamda qeyd edək ki, Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də məhz Rusiya Federasiyasıdır. Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyadaregionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Öz növbəsində Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrə böyük önəm verir. Hazırda ölkələr arasında bir çox sahələri ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Ümumiyyətlə, dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsas milli maraqların qarşılıqlı-faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə və məsələlərə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Təhsil, humanitar, nəqliyyat, kommunikasiya və digər sahələrdə formalaşdırılmış əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən fundamental faktorlar sırasında elmi-texniki, humanitariqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov Ulu öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman Onun rəhbərliyi altında çalışmasını və Onunla səmimi münasibətlər qurmasını dərin ehtiramla xatırlayıb. Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan Gennadi Züqanov həmin illərdə nümayəndə heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini deyib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izlənildiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirib. Bakını dünyanın inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını deyib və həmin təşkilat çərçivəsində əlaqələrimizin bu günbu prinsiplər əsasında davam etdirildiyini vurğulayıb. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb. Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib. Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir PutininBaş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Prezident Vladimir PutininBaş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətləri xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Məlum olduğu kimi, Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 17 mart.- S.12.