“ASAN xidmət” ictimaihüquqi xidmət sahəsində yeni keyfiyyət formalaşdırıb

 

Prezident İlham Əliyev: Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycan dünyada həm bir sıra özünəməxsus kreativ reallıqları ilə fərqlənir. Ölkəmizdə müasir çağırışlarla səsləşən innovativ təşəbbüslərə daim yaşıl işıq yandırılır. Respublikamızda dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyibu qurumun “ASAN xidmət” mərkəzləri Azərbaycanda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiyabu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib. Prezident İlham Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında vurğuladığı kimi: “ASAN xidmət”, doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub”.

“ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada həm də intellektual məhsul yaradanixrac edən ölkə kimi tanıdıb

Məlum olduğu kimi, respublikamızda ilk “ASAN xidmət” mərkəzi pilot layihə kimi 2012-ci il dekabrın 29-da Bakıda fəaliyyətə başlayıb. Ötən qısa dövr ərzində yeni xidmət şəbəkəsi uğurlu inkişaf yolu keçib və vətəndaşlara müxtəlif növ xidmətlər göstərilməsi sahəsində bütün dünyada Azərbaycan brendinə çevrilib. Dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, unikal təsisat yoxdur. İki ildən artıq bir müddətdə ölkəmizdə “ASAN xidmət”in uğurla fəaliyyət göstərməsi Azərbaycanın intellektual məhsul yaratmaq sahəsində də liderlik keyfiyyəti nümayiş etdirdiyini təsdiqləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında bu cəhətə xüsusi diqqət çəkib: “Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir”.

Sevindirici haldır ki, qısa müddətdə ölkəmizdə vətəndaşların məmnuniyyətlə üz tutduqları “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferası əhəmiyyətli dərəcədə genişlənib. Artıq respublikamızda 4-ü Bakıda, digərləri isə Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə olmaqla 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmçinin, ölkəmizin digər bölgələrində də belə mərkəzlərin yaradılması istiqamətində intensiv aparılır. Hazırda Qəbələdə və Masallıda “ASAN xidmət” mərkəzinin binalarının inşası həyata keçirilir. Bundan başqa, “ASAN xidmət” mərkəzləri ölkə vətəndaşlarına həm də səyyar xidmət göstərir. Bu məqsədlə ölkəmizə gətirilən və ən müasir avadanlıqla təchiz edilən avtobusların sayı 10-a çatdırılıb. Ümumiyyətlə, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 4 milyon 120 mindən çox müraciət daxil olub. Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də, miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Qeyd etmək xoşdur ki, Azərbaycanın yaratdığı “ASAN xidmət” dünyada ictimai münasibətlərdə yeni mütərəqqi model kimi qəbul olunur. Avropa Parlamentində “İnnovasiyaMobil İmza - Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimimövzusunda təşkil olunan konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada marağın getdikcə artmasından xəbər verir. Müxtəlif vaxtlarda ölkəmizdə səfərdə olan bir sıra dövlətlərin rəsmiləri “ASAN xidmət”lərin fəaliyyətindən məmnun qaldıqlarını və bu təcrübənin yayılmasının zəruriliyini ifadə ediblər. Azərbaycan isə, öz növbəsində, bu layihənin başqa ölkələrdə də həyata keçirilməsinə yardım göstərməyə həmişə hazırdır. Prezident İlham Əliyev Sabirabadda keçirilən ASAN Könüllülərinin I Ümumrespublika Forumundakı çıxışında ölkəmizin xoş məramını ifadə edərək deyib: “Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidirbiz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır”.

Qısa müddətdə “ASAN xidmət” mərkəzlərinin maddi-texniki bazasının möhkəmlənməsi və onların öz fəaliyyətlərini genişləndirmələri, ilk növbədə, Azərbaycan reallığının təzahürüdür. Respublikamızda buya digər istiqamətlər üzrə zəruri islahatlar həyata keçirilir və aparılan islahatlar arasında “ASAN xidmət”in xüsusi yeri vardır. Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında “ASAN xidmət” mərkəzlərinin yaradılmasını Azərbaycan dövlətinin niyyəti kimi səciyyələndirərək deyib: “Ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə görülür. Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar”.

Qarabağ torpağında - Bərdədə “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması xüsusi məna kəsb edir

Məlumdur ki, Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində respublikamızın ərazilərinin təxminən 20 faizi düşmən əlinə keçib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb, şəhər və kəndlərimiz, çoxlu sayda maddi mədəniyyət abidələrimiz dağıdılıb. Lakin Azərbaycan öz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Hələlik Azərbaycan dövləti xalqımızın xoş məramını ifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT çərçivəsində aparılan danışıqlarda daim konstruktiv mövqe nümayiş etdirir. Bununla belə, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin edəcək. Bu gün Azərbaycan bölgədə ən güclü və ən nizami orduya malikdir. Ölkəmizdə orduya ayrılan vəsait bütövlükdə Ermənistan büdcəsinin xərclərini iki dəfə üstələyir. Son vaxtlarda Azərbaycan qoşunların təmas xəttində həlledici üstünlüyə yiyələnib və düşmənin təxribat-diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınır. Qarşı tərəf törətdiyi hər təxribat cəhdlərində böyük itkilərlə üzləşərək geri çəkilmək məcburiyyətində qalır.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə addım-addım yaxınlaşır. Bu mənada Qarabağ torpağında - cəbhə bölgəsində yerləşən Bərdədə “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması adi hadisə deyil. Bu, bir tərəfdən getdikcə daha sürətlə iflas girdabına yuvarlanan Ermənistanla müqayisədə Azərbaycanın inkişafını, müasirləşməsini göstərirsə, digər tərəfdən də cəbhəyanı bölgələrdə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradır, insanlar inanırlar ki, işğala məruz qalan torpaqlarımız gec-tez azad ediləcək. Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması, əlbəttə ki, xüsusi məna daşıyır. Azərbaycanın dövlət başçısının Qarabağ torpağına növbəti səfəri zamanı verdiyi mesajlar da xüsusi önəm kəsb edir. Azərbaycanın gücünə, cəmiyyətdəki həmrəyliyə istinad edən dövlət başçısı Şuşada da “ASAN xidmət” mərkəzinin yaradılacağına əminliyini ifadə edib: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik, iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq”.

Qeyd edək ki, yeni yaradılan “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxil olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür.

Bir sözlə, Bərdə “ASAN xidmət” mərkəzində Qarabağ bölgəsinin sakinlərinə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev buradakı şəraitlə tanış olduqdan sonra Bərdə “ASAN xidmət” mərkəzinin Qarabağ bölgəsinin sakinlərinə yüksək səviyyədə xidmət göstərəcəyinə əminliyini ifadə edərək deyib: “Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” varbu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək”.

Gənclərin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyəti ən xoş niyyətdir

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətini səciyyələndirən cəhətlərdən biri ondan ibarətdir ki, burada kreativ meyillərə böyük önəm verilir. “ASAN xidmət” mərkəzlərində gənc könüllülərin vətəndaşlara ictimai xidmətlər göstərilməsinə cəlb olunmaları da bunun ifadəsidir. Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Gənclər ölkəmizdə vətəndaşlara ictimai xidmətlər göstərilməsinə könüllü şəkildə qoşulmaqla respublikanın inkişafına töhfə vermək istəklərini nümayiş etdirirlər. Respublikamızda ilk “ASAN xidmət” mərkəzi üçün 2012-ci ilə verilən könüllü elanı ilə bağlı ümumilikdə 11 mindən çox müraciət qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində indiyədək 3 mindən çox könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda “ASAN xidmət” mərkəzlərində 500-ə yaxın könüllü əməkdaş çalışır.

Prezident İlham Əliyev ölkəmizdə könüllülər institutunun formalaşmasına böyük önəm verdiyini xüsusi nəzərə çatdıraraq bunu ən gözəl niyyət kimi səciyyələndirib: “Azərbaycanda artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr sahəsində yenilikdir”.

Prezident İlham Əliyev bildirib ki, könüllülər, eyni zamanda, bizim kadr ehtiyatımızdır. Qeyd edək ki, indiyədək 400-dən çox könüllü gənc “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 2 aprel.- S.2.