Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

 

Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəyliyi bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

Müstəqil dövlət quruculuğu prosesi fonunda Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Ümummilli liderin fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir. Bu kontekstdə ilk növbədə qeyd etmək lazımdır ki, milli dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi baxımından Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikaya rəhbərliyi zamanı həyata keçirilən işlər fundament rolunu oynamışdır. Xüsusilə də, siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə fundamental töhfələr verdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Bunlara paralel olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsinin mühüm əsaslarından biri də ölkəmizə qarşı ermənilərin təşkil etdikləri təbliğat və hücumların qarşısının məharətlə alınmasıdır. Belə ki, ermənilərin ölkəmizə qarşı təşkil etdikləri antitəbliğatın SSRİ miqyasında Ulu öndər Heydər Əliyev tərəfindən məharətlə qarşısının alınması tarixi nailiyyət kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, həmin ərəfədə ermənilər mütəmadi surətdə Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə cəhd edirdilər. 1977-ci ildə də belə təşəbbüs edilməsinə baxmayaraq, Ulu öndərin operativeffektiv tədbirləri sayəsində bunun qarşısı məharətlə alındı. Eyni zamanda, Bakı şəhərinin milliləşməsi, gənclərin kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər də dövlətçilik ənənələrinin qorunması - möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QURTULUŞU VƏ DİRÇƏLİŞİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Sadalananlar kontekstində Ulu öndərin fəaliyyətinin Naxçıvan dövrüxüsusi əhəmiyyət daşıyır. 1990-cı ildə Azərbaycanın mürəkkəb situasiya qarşısında olduğu zaman Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildimuxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Bu baxımdan, milli dövlətçilik ənənələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Bununla da Naxçıvan MR-in müstəqil inkişafı üçün ilkin zəmin yaradıldı və sabitliyə real təhdid yaradan faktorların neytrallaşdırılması istiqamətində mühüm işlər görüldü.

Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördütarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasihüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Bütün bunlarla yanaşı, Ulu öndərin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadiaqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildiinfrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyaslı beynəlxalq münasibətlər sisteminin formalaşdırılması yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu.

Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

XALQIMIZIN VƏ DÖVLƏTİMİZİN XİLASKARI...

Sirr deyil ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtidarında deyildi. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi daha da artmışdı. 1993-cü ilə qədər bu vəziyyət davam etdi və ölkədə tam bir anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı.

Qeyd etdiyimiz kimi, bu durum 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotikanarxist meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji missiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri, Əbədiyaşar lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqlayeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.

Bu məqamda qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biriuğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq - demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.

Eyni zamanda, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu.

Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyev uğurlu dövlət quruculuğu prosesinin əsasını qoyaraq Azərbaycanın davamlı inkişafını təmin etmiş oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

YAP XALQIMIZI VAHİD AMAL ƏTRAFINDA BİRLƏŞDİRDİ

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini anlamaq və təsvir etmək üçün toxunulması zəruri olan başlıca məsələlərdən biriümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır.

Bəlli olduğu kimi, YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaosqeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən, 91 nəfər ziyalı 1992-ci ilin oktyabr ayının 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildiUlu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bununla yanaşı, həyata keçirilən siyasət sayəsində Azərbaycan Respublikasının siyasi sisteminin inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Prezident İlham Əliyevin siyasi kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu da ölkəmizdə fərdlərin siyasi iştirakçılıq səviyyəsini artırmaqla yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə, siyasi-hüquqi islahatların davamlı xarakter daşımasına, ümumiyyətlə, müstəqilliyin möhkəmlənməsinə təkan verir.

Bununla yanaşı, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırır.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2015.- 8 may.- S. 4.