Sonsuz Dəhliz” filmi nüfuzlu Milan festivalının mükafatına layiq görülüb

 

Litvalı müstəqil rejissor Aleksandras Brokasın rejissoru olduğuSonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Milan festivalında dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqrafçılar bir araya gəlib. Film yaradıcılarının fikrincə, “Sonsuz Dəhliz” filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır.

Xatırladaq ki, film rəsmi olaraqMilan IFF 2015” kino festivalında müsabiqədə iştirak etmək üçün bu ilin iyul ayında seçilmişdi.

Sonsuz Dəhliz” filmiMilan IFF 2015” kino festivalında aşağıdakı nominasiyalarda iştirak edib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film”.

Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz Dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Bu dəfə isə münsiflər heyətinin diqqəti “Sonsuz Dıhliz” filminin müstəsna yaradıcı və texniki keyfiyyətində cəmlənmişdi.

Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. “Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri, nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.

Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyanalman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Film, həmçinin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, İsrailinChannel 1” televiziya kanallarında, Albaniyanın Milli Televiziyasında nümayiş etdirilib.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya FilmTeleviziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzluGrammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Yeni Azərbaycan.- 2015.- 11 noyabr.- S.- 4