Regionların inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası ərzaq təhlükəsizliyinin təminatına yol açır

 

Rayonlarda payızlıq səpinin yüksək səviyyədə aparılması gələn il üçün taxıl istehsalı ilə bağlı nikbin proqnozları şərtləndirir

Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindən sayılır. Dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, regionlarımızda kənd təsərrüfatı məhsullarının həm kəmiyyətində, həm də keyfiyyətində mühüm irəliləyişlərə nail olunur. Vurğulamaq lazımdır ki, regionlarda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi, eləcə də texniki yardımlar nəticə etibarı ilə daha çox məhsul əldə edilməsinə yol açır.

Cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Bu artım isə məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Hazırkı dünyanı bürüyən iqtisadi böhran fonunda əldə olunan bu nəticə isə olduqca yüksək nailiyyət sayılır. Qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artıb. Bu isə aparılan islahatların, dayanıqlı iqtisadi siyasət kursunun həyata keçirilməsi nəticəsində əldə edilib. Bununla yanaşı, son 9 ayda ölkəmizdə sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunub.

Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemliuğurla həyata keçirilməsi cari ilin 9 ayında kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.

Ən aktual problemlərdən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm addımlara nail olunub. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları komplekslərinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxarıb.

Məsələn, Beyləqan rayonunda taxıl istehsalı ilə bağlı nikbin proqnozlar səsləndirilir. Belə ki, payız səpini çərçivəsində indiyədək təsərrüfatlarda 19 min 609 hektar sahədə şum aparılıb, 1633 hektarda arpa, 2839 hektarda buğda səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Rayonun təsərrüfatlarında təkrar əkinin aparılması da diqqət mərkəzində saxlanılır. Bu günədək taxıl biçilmiş sahələrin 1525 hektarında qarğıdalı əkini aparılıb. Qeyd edək ki, rayon taxılçıları cari ildə 13 min 276 hektar sahədən 4230 ton arpa, 39050 ton buğda tədarük ediblər.

Ağcabədi rayonunda isə daha bir özəl iri taxılçılıq təsərrüfatı yaradılır. Hindarx qəsəbəsi ərazisində “AzAqro-Taxıl” MMC tərəfindən yaradılan təsərrüfat 1000 hektar sahəni əhatə edir.

Bildirilib ki, təsərrüfatın yaradılmasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsi ilə dövlətin güzəştli kreditlərindən istifadə olunub. Hazırda süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılır. Yeraltı su borularının çəkilişi üçün qazıntı işləri aparılır. Ayın sonunadək təsərrüfatdaxili yollar, suelektrik xətləri çəkiləcək. Mövcud su nasos stansiyası və boruları əsaslı təmir olunacaq. Fermer təsərrüfatının müasir texnikaları da var. Ehtiyac yaranacağı təqdirdə lizinq yolu ilə də texnikalar alınacaq. Növbəli əkin sisteminin həyata keçiriləcəyi təsərrüfatda hər hektardan orta məhsuldarlığın 70-80 sentner olacağı gözlənilir.

O cümlədən, Zaqatala rayonunun qarğıdalı istehsalçıları üçünbuilki mövsüm uğurlu olub. Belə ki, fermerlər cari ildə 5 min 910 hektar qarğıdalı sahəsindən 32 min 623 ton məhsul götürüblər. Qarğıdalı istehsalı ötən illə müqayisədə 136 ton artıb. Hər hektardan orta hesabla 55,2 sentner dən qarğıdalı əldə olunub. Təsərrüfatlarda meyvə və tütün istisna olmaqla, kartof, tərəvəz, günəbaxan və digər növ bitkiçilik məhsullarının yığımı da artıq başa çatıb. Bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə xeyli artım qeydə alınıb.

Şamaxı rayonunda isə bu il meyvə bağlarından 879,2 ton meyvə yığılıb. İstehsal olunan məhsullar Şamaxının, eləcə də Bakı və Sumqayıt kimi iri şəhərlərin bazarlarında alıcılara təqdim edilib. Hazırda rayonun bir sıra ərazilərində meyvə yığımı davam edir. Daha 200 tonadək məhsul yığılacağı gözlənilir.

Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkənin artan inkişaf göstəriciləri arasında qeyri-neft sektorunun, ən əsası da kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında nefttikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb.

Digər tərəfdən, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilibbu kreditlər hesabına 9900-dək yeni yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Yeri gəlmişkən, kənd təsərrüfatında özəl sektora, yerli fermer təsərrüfatlarına dövlət qayğısı bu sahədə inkişafın əsas təməl bazası sayılmalıdır. İstər ötən illərdə, istərsə də bu il kənd təsərrüfatı sahəsində çalışan insanlara verilmiş subsidiyalar, dəstək, maddi kömək sahibkarların bu sahəyə olan marağının daha da artmasına yol açıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.

Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb.

Vurğulamaq lazımdır ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə dünya üzrə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərinin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə, ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.

Beləliklə, bu gün bölgələrin hər bir guşəsində quruculuqinkişafa yönəlik işlərin görülməsi, yeni yolların çəkilməsi, sukanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsi müasir inkişaf mərhələsinin reallıqlarıdır. Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edibbu tendensiya ardıcıl surətdə davam etməkdədir.

Pərviz SADAYOĞLU.

Yeni Azərbaycan.- 2015.- 11 noyabr.- S.- 8