Dövlət proqramlarının uğurla icrası Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqinin davamlı xarakter almasını şərtləndirib

 

Həyata keçirilən islahatlar nəticəsində ölkənin bütün regionlarında olduğu kimi, cəbhəyanı bölgələrdə də çoxsaylı nailiyyətlər əldə edilib

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi davamlı xarakter alıb. Bunu 2015-ci ilin 9 ayının nəticələri də təsdiqləyir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurla davam etdirilməsi nəticəsində əvvəlki illərdə olduğu kimi cari ilin 9 ayı ərzində də ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışlarda qeyd edildiyi kimi Avropada, bütövlükdə dünyada dərin böhranların baş verdiyi bir şəraitdə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, sosial problemlər həll olunub, xalqın rifah halı durmadan yaxşılaşıb. Belə ki, bu dövrdə ölkə iqtisadiyyatı 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İnflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Eyni zamanda, sosial layihələrin icrası davam etdirilib, ötən dövrdə Azərbaycanda 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilibya əsaslı şəkildə yenidən qurulub. 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alıb. Hesabat dövrü ərzində ölkədə 87 min yeni yeri açılıb ki, bunun da 67 mini daimi yerləridir.

Bir sözlə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bu gün güclü ölkədir, iqtisadisiyasi sahədə böyük uğurlara imza atıb. Onu da vurğulamaq yerinə düşər ki, bəhs edilən dövrdə ölkənin bütün regionlarında olduğu kimi, cəbhəyanı bölgələrdə, eyni zamanda, Tərtər rayonunda da çoxsaylı uğurlar əldə edilib. Daha dəqiq desək, bu ilin 9 ayı ərzində də rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib. Hər halda bu ilin 9 ayı ərzində əldə edilən nəticələr belə deməyə əsas verir. Belə ki, ötən dövr ərzində rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni yerlərinin yaradılması, əhalinin sosial problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.

Beləliklə, 2015-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 104,2 milyon manat təşkil edib. Eyni zamanda, keçən ilin müvafiq dövrünə nisbətən rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 7,5 faiz, sənaye məhsulunun həcmi 3,2 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 75,4 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13,2 faiz, nəqliyyat sektorunda yük daşımalarının həcmi 5,4 faiz, sərnişin daşımalarının həcmi 6,1 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,4 faiz artıb. Makroiqtisadi göstəricilərin yüksəlməsi sakinlərin real gəlirlərinin artmasına, insanların həyat səviyyəsinin yaxşılaşmasına təsir göstərib.

Yeni yerlərinin açılması istiqamətində mühüm addımlar atılıb

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən birinci proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsalemal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb.

Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Və bu məsələ, Tərtər rayonunda da diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2015-ci ilin 9 ayı ərzində əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 219 nəfər işaxtaran vətəndaşdan 156 nəfəri öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Məşğulluq Mərkəzində 9 ay ərzində 18 nəfərə işsizliyə görə müavinət verilib. 2015-ci il sentyabrın 30-da rayonda əmək yarmarkası keçirilib. Yarmarkaya 17 müəssisə və təşkilat tərəfindən 228 vakant yer çıxarılıb, 47 nəfər işlə təmin olunub. Ümumiyyətlə, bəhs edilən dövr ərzində rayonda 902 yeni yeri açılıb ki, onun da 272-si daimi yerləridir.

Təbii ki, yeni yerlərinin açılmasını şərtləndirən başlıca məqamlardan biri sahibkarlığın dəstəklənməsidir. Daha doğrusu, regionların sosial-iqtisadi inkişafına təkan verən addımlardan birisahibkarlara güzəştli kreditlərin ayrılmasıdır. Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsalemal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni yerlərinin açılmasına imkan yaradıb. Təbii ki, digər bölgələrimizdə olduğu kimi, Tərtərdə hesabat dövründə də sözügedən istiqamətdə işlər davam etdirilib. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 24 sahibkarlıq subyekti 276,2 min manat kredit alıb. Həmin layihələr çərçivəsində isə 25 yeni yeri açılacaq.

Bölgələrdə tikinti-quruculuq işləri uğurla davam etdirilir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan tikinti-quruculuq və abadlıq işlərini xüsusi qeyd etmək lazımdır. Çünki indiyədək Azərbaycanın bütün bölgələrində sözügedən istiqamətdə böyük həcmi yerinə yetirilibbir sıra layihələr də hazırda uğurla reallaşdırılır. Ümumiyyətlə, regionlarda inkişaf tempi, quruculuq-abadlıq işləri bu ilin 9 ayı ərzində də intensiv şəkildə davam etdirilib. Həmçinin hesabat dövründə respublikamızın digər bölgələrində olduğu kimi Tərtərdə də tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilib. Hazırda da rayonda sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.

Belə ki, bu dövrdə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Hesabat dövründə, eyni zamanda, V.Orucov, T.Rəhimov, S.Vurğun, R.Kərimov və M.Hüseynzadə küçələrində 21,9 min kvadratmetr asfalt-beton örtüyü salınıb. Heydər Əliyev prospektində 1300 metr yüksəkgərginlikli hava xəttinin SİP kabellə yeraltı çəkilişi başa çatıb, həmçinin, prospektdə bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri müasir memarlıq üslubunda aqlay daşı ilə üzlənib, gecə işıqlanması ilə təchiz edilib.

M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilib. M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınıb. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılıb, ümumi uzunluğu 3,5 kilometr olan istinad divarları 7000 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənib, küçədə olan kommunikasiya xətləri səliqəyə salınıb. Heydər Əliyev prospektində, E.Səfərov, M.İbrahimovF.Qulami küçələrində ümumi uzunluğu 3 kilometrdən çox olan yeni səki daşları düzülüb, küçələr genişləndirilib. V.Orucov adına küçədə təmir-abadlıq işləri aparılıb, istinad divarları bəzək daşları ilə üzlənib, gecə işıqlanma sistemi quraşdırılıb, yola asfalt örtüyü çəkilib.

Küçənin girişində Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun barelyefi qoyulub. Rayon ərazisindəki yol kənarlarında və yaşayış məntəqələrində 25 mindən çox müxtəlif növ ağacgül kolları əkilib.

Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, müasir tələblərə cavab verən yeni şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin, Qapanlı kənd tibb məntəqəsinin tikintisi davam etdirilir, Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın salınması üçün hazırlıq işləri aparılır.

Sosial infrastrukturların və kommunal xidmət sektorlarının yenidən qurulması diqqət mərkəzindədir

Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair birinciikinci Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. Elə 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması da bu reallığı təsdiqləyir.

Son illərdə Azərbaycan bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən irimiqyaslı layihələr sayəsində güclü infrastruktur təminatına malik olan ölkəyə çevrilib. O cümlədən ölkənin regionlarında həyata keçirilən infrastruktur layihələri arasında ayrı-ayrı bölgələrin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Son 12 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarca su layihələri reallaşdırılıb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu sahədə hədəf bütün şəhərlərdə 24 saat fasiləsiz yüksəkkeyfiyyətli su təminatına nail olmaqdan ibarətdi.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı üzrə respublikanın bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyükhəcmli layihələr həyata keçirilib. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli sukanalizasiya layihələrinin icrasına başlanılıb. Yeni su layihələrinin icrası artıq 12 şəhərdə yekunlaşıb, digər 28 şəhərdə isə işlər davam etdirilir. Reallaşdırılan tədbirlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır. Hazırda bütün ölkə boyu yeni içməli su layihələri həyata keçirilir. Əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb.

Konkret olaraq Tərtər rayonuna gəlincə, qeyd edək ki, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası da uğurla davam edir. Layihə çərçivəsində, Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli sukanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb. Şəhərin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılıb, 26 kilometr magistral kanalizasiya xətti, 12,4 kilometr su xətti çəkilib, 1317 dəmir-beton baxış quyuları quraşdırılıb. Tutumu 5000 kubmetr olan su anbarının tikintisinə başlanılıb. Anbara 1200 metr su xətti çəkilib. Anbardan şəhərə gələn su xəttinin 500 metr məsafəsi işlənib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla, Tərtər şəhərində 26 min nəfərin içməli sukanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 21 min nəfərin yaşadığı 11 kəndin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə, bu layihədən Tərtər rayonunun 47 min nəfər sakini faydalanacaq.

Son 12 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Öz növbəsində, Tərtər rayonunda hesabat dövründə istehlakçıların enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilib. Tərtər Elektrik Şəbəkəsi tərəfindən 5 yarımstansiyada yağ açarları və 12 ədəd transformator əsaslı, 82 ədəd transformator cari təmir edilib. Tərtər şəhərində 10 ədəd yeni transformator quraşdırılıb. Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün yeni 1,55 km 6 kv-luq hava xətti və kəndin içində 2,5 km 0.4 kv-luq hava xətti çəkilib. 225 km uzunluqda hava xətləri əsaslı təmir olunub, 110 km uzunluqda hava xətlərinin qabariti bərpa edilib, 197 ədəd dayaq yenisi ilə əvəzlənib. Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması davam etdirilib. 2015-ci ilin 9 ayı ərzində rayonda 8 yaşayış məntəqəsi - İsmayılbəyli, Evoğlu, Mamırlı, Poladlı, Bala Kənkərli, Kəngərli, Təzəkənd, Hacıqərvənd kəndlərinə qaz xətti çəkilərək əhalinin istifadəsinə verilib. Rayonun 7 yaşayış məntəqəsində Borsunlu, Seydimli, Cəmilli, Qaradağlı, Sarov, Köçərli, Yuxarı Sarıcalı kəndlərində qazlaşma işləri sürətlə davam etdirilirson tamamlama işləri aparılır. 2 yaşayış məntəqəsində İlxıçılar, Bəyimsarov kəndlərində qazlaşma işlərinə başlanılıb. Seydimli-Borsunlu kəndləri istiqamətində diametri 315 mm-lik yeraltı daşıyıcı polietilen qaz xətti çəkilişi başa çatdırılıb.

Hesabat dövründə rabitə-poçt xidməti sahəsində əhaliyə göstərilən xidməti daha da yaxşılaşdırmaq məqsədilə tədbirlər davam etdirilib. Əhaliyə 229 telefon çəkilib, internet istifadəçilərinin sayı 2497 olub. 135 abonent genişzolaqlı internetə qoşulub.

Əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Bəyimsarov kənd xəstəxanasında əsaslı, Qazyan həkim məntəqəsi və mərkəzi rayon xəstəxanasının yardımçı binasında cari təmir işləri görülüb. Hazırda Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası, ilk növbədə, sosial məzmunu ilə fərqlənir. Ölkəmizdə son 12 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması və respublikanın bütün regionlarında məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə təhsillə bağlı hədəf belə müəyyənləşdirilib: Azərbaycanda təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Qeyd edək ki, Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, paytaxtiri şəhərlərlə bərabər, regionlarda da mükəmməl infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də bütün ölkə boyu təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çox haqlı olaraq ölkəmizdə təhsil sahəsinə investisiyaların yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir. Bu baxımdan hesabat dövründə Tərtər rayonunda ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər ardıcıllıqla davam etdirilib, 148274 manat dəyərində mal-material, 64822 manat dəyərində kompüter avadanlığı, 37390 manat dəyərində idman avadanlığı, 16575 manat dəyərində yumşaq invertal alınıb və aidiyyəti üzrə tədris müəssisələrinə paylanıb.

Sadalananlarla yanaşı, Qaraağacı kənd tam orta məktəbində, Mədəniyyət Mərkəzinin Soyulan folklar klubunda əsaslı, Mərkəzi rayon xəstəxanasının yardımçı binasında, Qazyan kənd həkim məntəqəsində, Əskipara kənd tam orta məktəbində, Qazyan kənd ümumi orta məktəbində, Kovdadıq kənd ibtidai məktəbində və Mədəniyyət mərkəzinin Ələsgərli filialında, Ələsgərli və Qaradağlı kənd kitabxanalarında cari təmir işləri görülüb. Gənclər Mərkəzi və Təhsil Şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənib, hər iki bina gecə işıqlanması ilə təchiz edilib.

Göründüyü kimi, cari ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülüb, uğurlu nəticələr əldə edilib.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2015.- 13 noyabr.- S.- 8