Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə noyabrın 17-də mükafatları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ABOEMDA-nın sədri Akim Bədəlov “Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlarmövzusunda keçirilən yazı müsabiqəsinin məqsədinin ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsiperspektiv imkanların təhlil edilməsi olduğunu deyib.

A.Bədəlov Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər, bu sahədə dövlətin apardığı məqsədyönlü siyasətdən danışıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə ölkəmizdə jurnalistlərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, bu kimi yazı müsabiqələrinin KİV nümayəndələrinin fəaliyyətinin genişləndirilməsi və onların həvəsləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, müsabiqəyə 18 KİV orqanından 29 yazı təqdim olunubonlardan 16-sı mükafata layiq görülüblər.

Sonda yazı müsabiqəsinin qalibləri mükafatlar, həmçinin ABOEMDA və KİVDF-nin xüsusi diplomları ilə təltif olunublar.

Yeni Azərbaycan.- 2015.- 18 noyabr.- S.- 4