Regionlarda kənd təsərrüfatının inkişafı yüksək səviyyədə təmin edilir

 

Qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı məhsullarının artımına yol açıb

Ölkəmizin inkişaf göstəriciləri arasında qeyri-neft sektorunun, ən əsası da kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında nefttikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühümuğurlu nəticələr əldə edilir.

Məsələn, Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4766 baş inək və düyə süni yolla mayalandırılıb, 2653 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək 5 min başdan çox heyvanın süni mayalandırılması nəzərdə tutulub.

Bundan başqa, bu il rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 67 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib. Rayonun Təzəkənd kəndində isə kiçik ailə-fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçirilir. Artıq 25 ailə-fermer təsərrüfatı üçün tövlələr tikilib, yem bazası yaradılıb. Bu ayın sonunadək təsərrüfatlara 200 baş cins heyvanın gətirilməsi nəzərdə tutulur. Görülən tədbirlər nəticəsində Ağcabədi rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.

Eyni uğurlu nəticə payızlıq taxıl səpinində də qeydə alınıb. Belə ki, Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. İndiyədək təsərrüfatlarda 9 min 500 hektar sahədə şum aparılıb, 7 min 382 hektar sahəyə toxum səpilib. Taxıl əkinlərinin 4 min 592 hektarını buğda, 2 min 790 hektarını isə arpa sahələri təşkil edir.

Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 12 min hektar sahədə payızlıqların səpini proqnozlaşdırılır. Səpin üçün 3 min 670 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Hazırda “AqrolizinqASC-nin rayon filialı tərəfindən fermerlərə güzəştli şərtlərlə mineral gübrələrin satışı davam etdirilir.

Tovuz rayonunda da artıq bir neçə müddətdir ki, taxıl əkininə start verilib. Rayonun taxılçılıqla məşğul olan sahibkarları hələlik 7 min 45 hektar sahədə şum çıxarıblar. Artıq şum çıxarılan sahələrin 3755 hektarına taxıl əkilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şumlanmış sahələr 230 hektar, səpin aparılan sahələr isə 45 hektar çoxdur.

Rayonda meyvə yığımı də yüksək səviyyədə aparılır. Belə ki, 621 hektar üzüm bağından sahibkarlar indiyədək 8 min 265 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 ton çoxdur.

Ağstafalı fermerlər isə 976 hektar bağda bol meyvə yetişdiriblər. Sahibkarlar meyvə bağlarından indiyədək 4 min 859 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 442 ton çoxdur.

Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bu sahədə görülən işlərin sistemliuğurla həyata keçirilməsi bu il kənd təsərrüfatının 6,7 faiz artmasına səbəb olub.

Müasir qlobal dünyanın ən aktual problemlərindən sayılan ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aparılan tədbirlər sayəsində kənd təsərrüfatının inkişafında mühüm uğurlar qazanılıb. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarıb. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatdırılıb. Atılan addımlar isə məhsuldarlığın artımına da şərait yaradıb. Məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Bununla yanaşı, rayonlarda salınan aqroparklarla bağlı tədbirlər də davam etdirilir. Xüsusi olaraq vurğulanmalıdır ki, Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlərin ilin sonunadək yekunlaşacağı proqnozlaşdırılır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.

Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı da bildirib ki, kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi amildir: “Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının - Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes-plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir”.

Yeri gəlmişkən, kənd təsərrüfatında özəl sektora, yerli fermer təsərrüfatlarına dövlət qayğısı bu sahədə inkişafın əsas təməl bazası sayılmalıdır. İstər ötən illərdə, istərsə də bu il kənd təsərrüfatı sahəsində çalışan insanlara verilmiş subsidiyalar, dəstək, maddi kömək sahibkarların bu sahəyə olan marağının daha da artmasına yol açıb. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.

Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. Cari ilin iyununda 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2015.- 19 noyabr.- S.8